Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Liposaksiya ( Bədən şəkilləndirmə )

Liposaksiya nədir? 
 liposuction.jpg
Obezite kimi çəki problemi olmayan, lakin bölgəsəl çəki itkisi metodları ilə düzəldilə bilməyən insanlarda artıq yağ toxumasını çıxarmaq və bədənə daha yaxşı bir forma vermək üçün istifadə olunan cərrahi üsullara verilən addır. Ümumiyyətlə yağ sorulması adlandırılan liposaksiya, ötən illərdən bu günə qədər ən çox tətbiq olunan estetik əməliyyatlardan biridir. Bu üsul qalça  və qarın, bel və diz kimi regional artımların göründüyü bölgələrə tətbiq olunur.
 
Liposaksiya müxtəlif üsullarla daha axışqan hala gətirilən yağ toxumalarını 1-2 mm’lik kəsiklər içindən incə və uzun liposaksiya kanulasından istifadə edərək sorulması və uzaklaştırması prosesidir.
 
 Fat_removal_using_cannula_during_tumescent_liposuction.jpg
 
Liposaksiya kimlərdə icra edilə bilər?
 
Hər hansı bir cərrahi əməliyyatda olduğu kimi, bu prosedurda da ilk növbədə mütəxəssis həkim rəyi tələb olunur. Liposaksiya arıqlama metodu deyil, yalnız regional incəlmə və bədən cizgilərinin düzgün olmasını təmin edən üsuldur. Əgər yağlanmadan əlavə çəki probleminiz varsa, əvvəlcə düzgün bir pəhriz  və idman proqramı ilə artıq çəkidən azad olduqdan sonra, əriməyən yağlar üçün liposaksiya metodundan istifadə üçün müraciət edə bilərsiniz. Liposaksiya sistematik bir sağlamlıq problemi olmayan, hamilə olmayan və ya doğum keçirməmiş hər kəsə tətbiq edilə bilən bir üsuldur. Ancaq ürək xəstəliyi, diabet və s. sistemik sağlamlıq problemi olan insanlara bəzi testlər tətbiq etməklə risk faktorları müəyyən edilməli və təhlükəli vəziyyətlərə qarşı lazımi tədbirlər görülməlidir.
 
Hər nə qədər yaş bu tətbiqə təsir etməsə də, yaşla əlaqəli dəri elastikliyini itirməsi səbəbindən bəzi yaşlı xəstələrə bu üsul tətbiq edilə bilməz.
  
Liposaksiya hansı hallarda yararlı olmaz?
 
Unutmamalıyıq ki, liposaksiya əməliyyatdan sonra çəkiniz stabil qalacaq deyə bir qayda yoxdur. Yenidən çəki artımının qarşısını almaq üçün əməliyyat sonrası pəhriz və yüngül idmana diqqət ayırmaq önəmlidir.
Əgər tez-tez çəki alıb itirmə halı mövcuddursa bu üsul çoxda faydalı olmayacaq.
 
Əgər bölgəsəl yağ artıqlığından əlavə dəri sallanması mövcuddursa bu metod  sallanmaları ortadan qaldıra bilmir .
Doğum keçirmiş qadınlarda görülən qarın divarı sallanması da liposaksiyayla effektiv nəticə görülmür.
Bundan əlavə bu üsulla selülitlərdən qurtulmaq mümkün deyil.
 body-after-baby-everymom-social.jpeg
 
Liposaksiyadan  sonrası sağalma dövrü necədir?
 
Liposaksiya əməliyyatdan sonra xüsusi hazırlanmış korsetlər istifadə edilməlidir. Bu korsetlər alınan yağ toxumasının miqdarından və şəxsin xüsusiyyətlərindən asılı olaraq təxminən 4 ilə 8 həftə ərzində istifadə olunur. İltihab və göyərmələrin əmələ gəlməsi gözlənilən haldır, zamanla bu hallar yox olur.
Prosedurdan bir həftə sonra tikişlər çıxarılır və xəstənin ümumi vəziyyətində bir problem yoxdursa 1 ilə 3  həftə sonra xəstə işə və gündəlik həyatına qayıda bilər.
 
#liposaksiya #liposuction