Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Blefaroplastika ( Göz qapağı plastikası )

Blefaroplastika ( Göz qapağı plastikası ) nədir?

blepharoplasty-illustration-9c8eac.png

Bleforplastika və ya göz qapağı plastikası , alt və üst göz qapaqlarına uyğulanan,sallanmış dəri və artıq əzələ toxumasının çıxarılması və göz çevrəsi toxumalarının gərilməsinə yönəlik cərrahi prosesdir

 

Yaşın ilərləməsiylə birlikdə təbii olaraq dəridə sallanmalar əmələ gəlir. Buna paralel olaraq göz qapaqları nın torbalanması, dəridə boşalma, rəng dəyişikliyi, qırışıqlıq kimi əlamətlər ortaya çıxır. Günəş şüalarına məruz qalmaq, hava kirliliyi, düzgün olmayan yuxu rejimi, siqaret və alkoqol istifadəsi dərinin yaşlanma prosesini sürətləndirir.

 

Göz qapağının yaşlanma əlamətləri nələrdir?

ideal-female-upper-eyelid.jpg

Dəri normalda elastik bir quruluşa malikdir. Göz qapağı yaşlandıqca elastikliyidə qədəməli olaraq azalmaqdadır. Üz dərisində ortaya çıxan elastiklik itkisi nəticəsində artıq dəri ilk olaraq göz qapaqları nda toplanır. Bu səbəblə yaşlanmanın ilk səbəbi göz qapaqları nda ortaya çıxır. Göz qapaqları nda ortaya çıxan yaşlanmağa bağlı dəyişikliklər insanda yorğun, donuğ və olduğundan daha yaşlı görünümə səbəb olur. Alt və üst göz qapaqlarında görülən yaşlanma əlamətlərinin bəziləri;

 

  • Göz altlarında torbalanma və rəng dəyişikliyi
  • Üst göz qapaqlarında sallanması
  • Göz qapağı dərisində qırışıqlıq və sallanma
  • Göz kənarlarında qaz ayağı xətləri
  • Yorğun  üz ifadəsi 

 

Göz qapaqları nda ortaya çıxan dəri boşalması üst göz qapağının sallanmasına səbəb olur. Bu sallanma bəzən görməyi çətinləşdirəcək səviyyədə olabilməktədir. Belə olduğu halda funksiyonal olaraq da bu vəziyyətin müalicəsi şərttir. Bəzən qaşlarda və alındakı sallanma da göz qapağı sallanmasına səbəbiyət

verir. Bu halda estetik olaraq daha pis bir görüntü ortaya çıxır.

 

Estetik ya da funksiyonal səbəblərlə blefaroplastika əməliyyatı olmaq istəyənlərdə ehtiyaca görə sadəcə üst göz qapağı ya da alt göz qapağına blefaroplastika olabiləcəyi kimi hər ikisi birlikdə də olabilər. 

 

Göz qapağı estetikası ( Blefaroplasti ) neçə yaşında olunur?

 

Göz qapağı estetikası üçün daha çox 35 yaşından yuxarı şəxslər müraciət edir. Göz qapaqları nda yaşlanma əlamətləri bu yaşdan sonra tez-tez görülməyə başlayır. Lakin, medikal olaraq ehtiyacı olan hər kəs, hər yaşda bu əməliyyatı icra etdirə bilər. Əməliyyat göz qapaqlarındakı yaşlanmanı dayandırmır, lakin 7-8 il qədər effektivliyini saxlayır.

 

Göz qapağı estetikası ( Blefaroplasti ) öncəsində nələrə diqqət etməliyik?

Əməliyyatdan 15 gün əvvəl aspirin və antibiotik kimi dərmanların istifadəsi kəsilməlidir, çünki bu dərmanlar əməliyyat əsnasında qanama riskini arttırır. Yara sağalmasını geciktirdiği üçün siqaret və bənzəri tütün məmulatlarının istifadəsi də 2-3 həftə əvvəldən dayandırılmalıdır.

 

 

Üst göz qapağı estetikası necə icra edilir?

 

Üst göz qapağı estetikası ya da göz qapağı sallanması əməliyyatı qısaca həmin bölgədəki artıq dəri və əzələ toxumasının kəsilərək çıxarılması prosesidir. Əməliyyat izinin görünməməsi üçün kəsik göz qapağı nın qatlanan hissəsindən yəni büküş nahiyəsindən aparılır.

 

 

#blefaroplastika #blefaroplasty #gozqapagi #estetika #estetikemeliyyatlar #estetikemeliyat #plastikemeliyyat