Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Varikoz damarın müalicəsi

Varikoz damarın müalicəsi :

Varikoz xəstəliyi venaların dəri altında mavi rəngli genişlənmiş və qıvrım formalı görünməsidir. Başlanğıcda şişkinlik kimi görünsə də sonradan böyük qıvrımşəkilli damarların əmələ gəlməsi hətta damar çatlarının meydana gəlməsi ilə nəticələnir. Varikoz xəstəliyi ilk illərdə kosmetik olaraq problem yaratsa da zaman keçdikcə ağrılarla müşahidə olunur. Artıq zaman keçdikcə venoz damarlarda yetməməzlik əmələ gəldikcə ətraflarda şişliklik ( ödem ) əmələ gəlməyə başlayır. Yox əgər varkoz damarlarda laxlalanma baş verərsə tromboflebit dediyimiz problemlə qarşılaşırsız və bunun nəticəsində ayaqlarda şişkinlik , ağrı və qızarıqlıq əmələ gəlir.

         Varikoz xəstəliyi qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir və rast gəlinmə tezliyi yaş artdıqca daha çox rast gəlinir.

Varikoz xəstəliyi niyə yaranır ?

Varikoz xəstəliyinin yaranmasında bir çox səbəblər vardır. Hamiləlik, artıq çəki , uzun müddət ayaq üstə qalma, bəzi peşə sahələri , hormonal müalicələr, hamiləlikdən qorunmaq üçün istifadə olunan preparatlar, dar geyimlər , qəbizlik , yaş və genetic faktorlar.

         Varikoz xəstəliyi venalarda olan kapaqçıqların çatışmazlığı hesabına yaranır. Bu səbəb damar daxilində təzyiqin artmasına və damarın genişlənməsinə səbəb olur. Zaman keçdikcə genişlənmə artar və qıvrım forma əmələ gələr. Varikoz xəstəliyi venaların hər hansı bir yerində meydana gələ bilər. Bəzən varikoz xəstəliyinin yaranmasına səbəb venoz damarda laxtanın olması və bunun fonunda damar daxilində təzyiqin artması hesabına varikoz xəstəliyi meydana gəlir.

Varikoz xəstəliyinin əlamətləri nələrdi ?

Varikoz xəstəliyinin əlamətləri əsasən bunlardır :

  • Ayaqlarda mavi tündləşmiş şişkinlik
  • Ağrı
  • Ayaqlarda ağırlıq hissi
  • Ayaqlarda şişkinlik ( ödem )
  • Ayaqlarda keylik
  • Qaşınma

Varikoz xəstəliyinin hansı növləri vardır :

Varikoz damarlar : Ulduzvari kapiliyarlar, Retikulyar varikoz, böyük damarların varikozu.

  • Ulduzvari varikoz :  damarlara teleangioektaziya da deyilir. Bu tip varikoz xəstəliyi hamiləlik və hormonal müalicə fonunda gənc qadınlarda rast gəlinir. Görüntü olaraq hörümçək toruna bənzəyən tünd nazik kapiliyarların görsənməsidir.
  • Retikulyar varikoz: ən çox diz arxasında və topuq nahiyyəsində mavi təngli dəridən çox az qabaraq damarların görsənməsidir.
  • Böyük venaların varikozu: isə ayağımızda olan əsas böyük venalardan olan vena safen və parvanın genişlənməsi nəticəsində gözlə görünən dəridən qabaraq qıvrımşəkilli damarların görsənməsidir.

Varikoz xəstəliyinin müalicə nələrdi ?

Ən etibarlı yol varikoz damarın çıxarılmasıdır. Ancaq həm əziyyətli hə də sağalması uzun çəkir. Damar daxilinə köpük vurmaq da yəni skleroterapiya  də bir başqa vasitədir.

Lazer və ya radiofrekans üsulları ilə damar daxilinə bir katetr göndərilir və USM altında katetrin ucunun yaratdığı lazer və radiodalğa hesabına damar daxildən yandırılır. Ətraf toxumalara zədə vurmadan patoloji problem yaradan varikoz damarları aradan qaldırmaq mümkündür.

Varikoz xəstəliyinin yaranmaması üçün nələrə diqqət ütmək lazımdır.?

  • Davamlı hərəkət ( qaçmaq , yerimək , velosiped sürmək , üzmək )
  • Uzun zaman ayaq üstə duraraq və ya oturaraq işləməmək
  • Artıq çəkidən azad olmaq
  • Çox dar paltar geyinməmək
  • Qəbizlikdən qaçmaq və çox miqdarda lifli qida qəbul etmək
  • Uzun zaman ayaqda qaldıqda sonar ayaqları qaldıraraq dincəlmək
  • İşiniz ayaqüstədirsə elastiki corablar geyinmək
  • Varikoz damarın üzərini yox, digər hissələri masaj etməyin faydası var
  • Uzun çəkən səyahət zamanı tez tez ayağa qalxıb gəzmək

Yuxarıda qeyd etdiklərimizdən sizlərdə varsa bizə müraciət edib ətraflı müayinə oluna bilərsiniz

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az

© 2014 - 2019 Dr-alif.az . Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design