Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Varikoz damar genişlənməsi əməliyyatı

 

VARIKOZ XƏSTƏLİYİ NƏDİR ?

sorgen-lycra-class-i-knee-length-compression-stockings-for-varicose-veins-500x500.png

Varikoz xəstəliyi çox rast gəlinən bir xəstəlikdir. Bizim ölkədə dəqiq bir hesablama aparılmamışdır ancaq , ABŞ da 25 milyondan artıq insan varikoz xəstəliyindən əaziyyət çəkdiyi dəqiqdir. Normal fizialoji halda ürək döyünərək qanı arteriyalarla qanı toxumalara qovar və toxumalar qandan oksigeni və digər qidalı maddələri götürdükdən sonra çirkli qan toplanaraq venalara ürəyə qayıdar. Ancaq çirkli qanın geriyə yəni ürəyə qayıtması üçün toxumalarda olan təzyiq , damar daxilində olan qapaqçıqlar, əzlələrin pompa funksiyası və bir qədər də ürəkdə olan mənfi təzyiq hesabına qan ürəyə qayıda bilər. Əzələlər yığıdıqda qan ürəyə tərəf atılır , əzələlər boşaldıqda qapakçıqlar qanın geri axmasına mane olur. Sistem belə bir ideal vəziyyətdə işləyir. Ancaq işlər yolunda getməzsə hər hansı bir səbəbdən qanın axınında problem yaranar . Geri qayıdan qan aşağıda olan venalarda təzyiqi avtomatik atrırır və onların genişlənməsinə səbəb olur. Qanın geri qayıtmasına “ Reflü ” və ya venoz çatışmazlıq deyirik. Təzyiqin ən çox olduğu yer dizaltı nahiyyə olduğundan varikozun da yaranma yeri adətən bu yerdə çox rast gəlinir. Bundan başqa venalarda təzyiqin artması qan dövranının pozulmasına və şikayətlərin əmələ gəlməsinə səbəb olur.

VARİKOZ XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ :

  • Varikoz genişlənmiş damarlar
  • Ayaqlarda ağrı
  • Ayaqlarda yorgunluq
  • Ağırlaşma hissi
  • Gecələr ayaqlarda qıcolmalar
  • Şişlik ( Ödem )
  • Dəridə qızarıqlıq
  • Topuqda reng deyişikliyi
  • Qaşıntı
  • Dəri və dəri altında sərtləşmə
  • Yara açılmasına qədər geden simptomlar.


Ağrı günün sonunda və gecələr daha çox olur. Uzun zaman ayaq üstə durmaq və ya oturmaq da ağrıların artmasına səbəb olur. İsti havalarda bütün şikayətlər artıq və isti aylar varikoz xəstələri üçün çox çətin olur

VARİKOZ XƏSTƏLİYİNƏ SƏBƏB OLAN RİSK FAKTORLAR:

  • Genetik meyillik
  • Yaş
  • Hamiləlik
  • Artıq Çəki
  • Uzun zaman ayaq üstə durmağa məcbur işlər
  • Dərin venalarda trombu olanlar
  • Hərəkətsizlik və əzələ xəstəlikləri.

Həqiqətən də ayaq üstə çox durulası işlər var ki ( cərrahlar , bərbərlər , təhlükəsizlik işçiləri , qarsonlar və s ) onlarda varikoz xəstəliyi və varikoz xəstəliyinin ağırlaşmaları daha çox rast gəlinir. Varikoz xəstəliyinin diaqnozu Dopler US müayinə ilə qoyulur. Dopler müayinənin aparılması son dərəcədə vacibdir. Dopler müayinənin aparılması damarların xəritələnməsi , damarların vəziyyəti , varikozun gələcəkdə təkrarlanmaması və seçiləcək müalicə taktikasının düzgün aparılması üçün çox vacib və mütləqdir. Düzgün müalicə düzgün diaqnozdan sonar mümkündür.

VARİKOZ XƏSTƏLİYİNDƏ DƏRMAN MÜALİCƏ:

Varikoz xəstəliyində istifadə olunan dərman müalicə varikozun yox olmasına təsir etməz. Çünki varikozda problem mexaniki olaraq venalarda olan təzyiqin artmasıdır. Dərman müalicə varikoz hesabına toxumalarda yaranan zədələnməyə kömək edə bilər , zədələnmənin qarşısın ala bilər yaxud da dayandıra bilər. Göz xəstələri üçün eynək nə məna verirsə varikoz xəstəliyindən əziyyət çəkənlər üçün də compression corablar da o deməkdir. Kompression corablar damarlara xaricdən təzyiq edir damar kənarındakı mayenin damar daxilinə keçməsinə şərait yaradır. Corabların özəlliyi topuq nahiyyəsinə daha çox yuxarı qalxdıqca daha az təzyiq etməkdə venalardakı qanın ürəyə doğru daha rahat qalxmasını təmin etməkdir. Əlbəttə ki corablar da varikozu yox etməz sadəcə simptomları azaldar , toxuma zədələnməsinin qarşısını alar və toxuma zədələnməsinin artmasına mane olar. Hətta varikozu olmayıb ayaq üstə çox qalan insanlar belə gün ərzində kompression corablardan geyinsələr gələcəkdə profilaktik varikoz xəstəliyinin qarşısını almış olurlar.

VARİKOZ XƏSTƏLİYİNİN MÜALİCƏSİ :
Son 10 ilə qədər varikoz xəstəliyinin tək müalicə forması cərrahi əməliyyatla varikoz genişlənmiş damarların çıxarılması idi. Zaman keçdikcə , texnologiya inkişaf etdikcə “damarı daxildən bağlama” vasitələri çıxmağa bağladı və günümüzdə bütün dünyada istifadəsi qəbul olundu. Əlbəttə bu texnoloji vasitələrin hesabına bu gün daha invaziv , risksiz əməliyyatlar etmək bizə bir rahatlıq verir. Damar xaric edilmir daxildən bağlanaraq sistemdən kənarlaşdırılır. Damarın yerində qalması prosedurdan sonar ağrı, rəng dəyişməsi və s xoşagəlməz əlamətlərin kəskin azalmasına səbəb olur.

DAMARLARI KƏSMƏDƏN İÇƏRİDƏN BAĞLAMAQ :

Pasientin yatmasına yəni narkoz almasına və ya beldən keyləşdirilməsinə ehtiyac olmaz, kəsik aparılmaz. Diz bahiyyəsindən US vasitəsi ilə katetrlə damara girilir qasıq nahiyyəsinə qədər gedilir. İstilik yaran system ( ki bunlara LAZER və RADİOFREKANS və s) damar ətrafına yerli anesteziya edilir. Bu alətlərin köməyi ilə katetrin ucunda istilik yaranır və katetr geri çəkildikcə damar daxildən yanır və divarları bitişdiyindən həmin damar sistemdən kənarlaşmış olur.

   İstilik ilə işləməyən vasitər var ki bura köpük skleroterapiyası və Moca yapışdırıcı vasitələrlə isə keyləşdiriciyə ehtiyac belə olmur. Bu vasitələr daha rahatdır. Bu vasitədə ağrı yox , qanama yox , infeksionlaşma yox . Bu vasitələrdə həmən gün pasient yeriyə bilir, yeməyini yeyir , sabahı işinə dönə bilir.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az

© 2014 - 2019 Dr-alif.az . Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design