Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Varikoz damar genişlənməsi

Aşağı ətraf venalarının venoz çatışmazlığı

və bununla bağlı yaranan varikoz xəstəliyi.

0924VaricoseVeins_SC.jpg

Aşağı ətrafda venoz çatışmazlıq və bununla bağlı yaranan varikoz xəstəliyi əhali arasında çox rast gəlinən bir xəstəlik olub , həyat keyfiyyətini aşağı salan çox ciddi bir xəstəlikdir. Bir çox araşdırmalara görə insanlar arasında varikoz xəstəliyinin  rast gəlinmə tezliyi 20-40% arasındandır. Bu qədər varikoz xəstəliyinə çox rast gəlinməsinə baxmayaraq tibbi kitablarda bu xəstəlik haqqında az sayda rast gəlinir. İnsanları çox narahat edən varikoz xəstəliyi son zamanlara qədər həkimlər tərəfindən də çox ciddi qarşılanmamış və mümkün olduğu qədər müalicəyə ehtiyac olmadığı düşüncəsiylə qəbul edilmişdir. Bu düşüncə tərzi 2000 ci illərə qədər qeyri invaziv müayinə üsullarının olmaması və varikoz xəstəliyinin müalicə ancaq cərrahi üsul olduğundan irəli gəlir. Elə buna görədir ki toplum arasında venoz çatışmazlıq və varikoz xəstəliyinin müalicə edilə bilməməsi və ya edilsə belə təkrarlanacağına inanırdılar.

   Son 10 ildə isə venoz çatışmazlıq və varikoz xəstəliyinin müalicəsində konkretlik və protollar qəbul edildi. Bunlardan 1 ci Rəngli Dopler Ultrasəs müayinə həm varikoz xəstəliyinin müayinəsində həm də müalicəsində istifadə olunması başladı. İnkişafla bağlı eyni zamanda Lazer ( EVL ) və Radiofrekans ( RF ) kimi termal ablasion vasitələr kəşf edildi və Ustrasəs Müayinə ilə birlikdə yerli anesteziya altında istifadəsi bütün dünyada qəbul edilib istifadə edilməyə başladı. Əvvəllər cərrahi olaraq çıxarılan venalar köpük skleroterapiya ilə aradan qaldırıldı.

AYAQLARDA VENALARIN YERLƏŞMƏSİ

Aşağı ətrafın venoz sistemi dərin və səthi venalardan və bu venaları birləşdirən perforant venalardan ibarətdir. Dərin venalar aşağı ətrafın ana drenaj funksiyasını yerinə yetirir. Bu venalar arteriyalara eşlik edər . Səthi venalar V.Safen , V.Parva və bunları bir birləri ilə birləşdirən komunikant venalardır. Dərin venaların əksinə səthi aşağı ətrafın venoz sistemində vazgeçilməz deyildirlər. ELə buna görədir ki bir çox ürək əməliyyatları edərkən aşağı ətrafın səthi venaların kəsilib istifadə edilir. Yəni bu venaların kəsilib xaric edilməsi hər hansı ciddi bir fəsad yaratmır. Vena Safen iç topuq nahiyyəsindən başlayır qasıq nahiyyəsində dərin femoral venaya birləşir. Buna SafenoFemoral birləşmə deyilir. VSP isə bayır topuq nahiyyəsindən başlayıb baldırın yuxarı hissəsində popliteal vena dediyimiz venayla birləşir. Perforant venalar səthi və dərin venaları bir bir birlərinə birləşdirərkən komnukant venalar səthi venaları bir birinə birləşdirir.

lower-limb-veins.jpeg

VARİKOZ XƏSTƏLİYİ NECƏ YARANIR ?

Digər orqanlara nisbətdə ayaqlarımızın venoz sistemində bir şansızlığı vardır. Yer çəkimi və tərs istiqamətdə venoz qan daimi olaraq yuxarı qalxmalıdır. Bu iki mexanizm hesabına alınır.

    1. Gündəlik hərəkətimiz zamanı ayaq əzələlərimizin yığılması hesabına qanı pompalayır. Buna “muskulovenoz “ pompa deyilir. 2. Ayaq venalarının daxilində olan çox saylı kapaqçıqlar vardır ki bu qapaqçıqların hesabına qanı bir istiqamətdə buraxır qan geri axmaq istəyəndə buna imkan vermir . Beləliklə qan daimi bir istiqamətdə ağciyərə axır.

Bu mexanizmin bu və ya başqa səbəbdən pozulması hesabına venoz axında problem yaranır. Genetik və sonradan qazanılma ( məs: uzun zaman ayaq üstə qalma, isti iqlimdə yaşamaq , hamiləlik, ağır çəki və s ) . Venoz çatışmazlıq yarandığında əzələrimiz yığıldığı zaman qan ağciyər istiqamətində əzələlər boşaldığında qan yenidən geri qayıdar. Və beləliklə təzyiq artdığından venalarda genişlənmə yaranıb varikoz xəstəliyinə gətirib çıxarır.

Varikoz xəstəliyi 95% halda səthi və perforant venalarda rast gəlinir. Bunların termal ablasion və ya cərrahi yolla ləvi problemi həll etmiş olur. Dərin venaların varikoz xəstəliyi nadir olaraq görülür və əksər hallarda bu problem səthi venaların varikoz xəstəliyi hesabına ikincili olaraq formalaşır. Belə olduğu halda səthi venaların varikoz xəstəliyi müalicə olunduqca dərin venaların problemi də özlüyündə keçir. Bəzi hallarda isə dərin venalarının trombozu hesabına dərin venoz çatışmazlıq problemi yaranır ki bu halda səthi venaların varikoz xəstəliyi müalicə etmək olmaz ciddi problemlərin meydana gəlməsinə səbəb ola bilər. Belə pasientlər bir sadəcə elastik corab geyinməli olacaqlar.

Bir başqa məsələ səthi venaların varikoz xəstəliyində dərin venalarda olan daralmanın ayırd edilməsidir. Tromboz kimi səbəblərdən dərin venada yaranan daralma hesabına kompensator olaraq qanın səthi venalara keçməsi baş verir. Bu çox vacib bir məqamdır. Bu halda da səthi venaların varikoz xəstəliyinin müalicəsinə can atmaq çox ciddi fəsadlarda sizi qarşı qarşıya qoya bilər.

varikoz_5-e1516026774942.jpg

VARİKOZ XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ HANSILARDI ?

Varikoz xəstəliyi zamanı yaranan venaların böyüklüyünə və yerləşməsinə görə 3 növə ayrılır.

1-Ulduzvarı venalar: dəri içi yerləşmiş diametri 1mm dən kiçik olan damarlardır.

telangectases.jpg2-Retikulyar venalar: Dəri içi yerləşmiş diametri 1-3 mm olan mavi rəngli damarlardır.

palisades-vein-reticular-veins.png3-Varikoz venalar: Dərialtı yerləşmiş diametri 4 mm dən böyük , dəridən qabaran, qıvrımşəkilli damarlardır.

varis-tedavisi-izmir03b4b5de686962cb50a6.jpg

Varikoz damarların görünməsindən başqa venoz damar çatışmazlığının ən çox rast gəlinən əlamətləri ayaqlarda ağrı, şişkinlik , qıcolmalar, qaşıntı , piqmentasiya ( rəngin tündləşməsi ) , xoralar. Bu əlamətlərin yaranmasına səbəb varikoz damar xəstəliyi zamanı damar qapaqçıqlarının funksiyasının itməsi hesabına venoz durğunluğun yaranması və təxumanın qidalanmasının pozulmasıdır. Belə halda ayaqlarda əmələ gələn ağrı ayaqda çox durduqda , isti havalarda artır, uzandıqda , oturaraq ayaqları uzatdıqda ağrılar azalır. Qıcolmalar isə adətən gecələr olur. Varikoz zamanı qanın axınının azalması hesabına damar daxilində trombun yaranma şansı artır. Səthi tromboflebit dediyimiz bu problem zamanı damar daxili yaranan tromb hesabına damar ətrafında iltihab yaranır və həmin nahiyyədə ağrı , şişkinlik və qızarıqlıq meydana gəlir. Elastiki sıxıcı, qan durulducular və iltihab əlehinə preparatlarla çox rahat müalicə oluna bilir. Ancaq əksinə dərin venada olan tromb ağciyər emboliyasına qədər gedib çıxa bilər. Venoz çatışmazlıq bütün dünyada KEAP klasifikasiyasına görə sinifləndirilir. Klinikası ( K ) , Etialogiyası (E ) Anatomiyası ( A ) Patofiziologiyası ( P )

  • C0-normal
  • C1-ulduzvari və retikulyar
  • C2-Varikoz
  • C3-Ödem ( şişkinlik )
  • C4-dəri dəyişikliyi
  • C5-Sağalmış yara
  • C6-Aktiv yara

MÜAYİNƏ ÜSULLARI

Venoz çatışmazlığı olan xəstərdə müayinə üsulunun seçilməsi varikozun sonrakı müalicəsində çox önəmlidir. Varikoz xəstəliyinə şübhə olan bütün pasientlər Rəngli Dopler müayinəsindən keçməlidir. Rəngli Dopler müayinə ilə damarların vəziyyəti, çatışmazlıq var ya yox , varsa hansı səviyyədədir, damarların ölçüləri və s kimi bizlər üçün çox informativdir.

varis-tanı-ultrasonografi.jpg

Varikoz Xəstəliyinin müalicəsi

Hal hazırda varikoz xəstəliynin müalicəsində ənənəvi cərrahiyyə, Endovenoz termal ablasiya , Radiofrekans ablasiya və skleroterapiya üsulları bütün dünyada qəbul edilib və istifadə edilməkdədir. Endovenoz termal ablasiya artıq çox istifadə edilməyə başladığından ənənəvi cərrahi üsullardan çox az istifadə olunur. Endovenoz termal ablasiya dedikdə xüsusi lazer cihazından istifadə etməkdə genişlənmiş damara incə katetrlə daxil olunur. Cihaza start verdikdə katetrin ucunda lazer şüası hesabına istilik yaranır. Katetri geri çəkdikcə istilik damarı daxildən yandırır və damarın bağlanmasına səbəb olur. Ətraf orqanlara ziyan vurmur. Əməliyyat əsnasında damar ətrafına xüsusi maye vurulur deyə bu mayenin hesabına istilik çox az keçir ətrafa deyə həm ətraf orqanların zədələnməsinin qarşısı alınmış olur həm də həmin ( Tumusent ) dediyimiz mayenin tərkibində keyləşdirici var deyə proseduru anesteziyasız etmək mümkündür. İkinci ablasiyon müalicə növü radiofrekansdır. Prosedurun aparılması yuxarıda qeyd etdiyimiz lazelə eynidir. Sadəcə bu üsulda damat lazer hesabına yox radiodalga hesabına yandırılır. Bu üsul daha güvənilir və daha qarantili və əməliyyatdan sonra iz çox az demək olar ki yox səvyyəsindədir. Digər bir üsul skleroterapiyadır. Xüsusi sklerozant ( etoklisklerol ) maddədən istifadə etməkdə kiçik kalibli damarların daxilinə bu preparatı vurmaqla kimyəvi ablasiya yəni damar divarının daxildən yanmasını əldə edirik. Çox effektiv , az invaziv , ağrısız və dünya tərəfindən qəbul edilmiş bir müalicə taktikasıdır. Son zamalarda artıq skleroterafiyanın köpük formasından istfadə edilir. Həmin preparat müəyyən nisbəttə hava ilə qarışdırılıb köpük halında bir maddə alnır. Bu üsulun müsbət tərəfi daha az doza dərman istifadə etmək daha geniş nəticə almaqdır.

 

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az