Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Varikoz damar estetikası

VARİKOZ XƏSTƏLİYİ NƏDİR ?

İnsan orqanizmində olan qan damarlarını 2 qrupa  arteriya və venalara bölünürlər. Arteriyalar oksigen və qida maddələr ilə zəngin olan al-qırmızı arterial qanı, orqan və toxumalara daşıyır toxumaların qidalanmasın təmin edir.

92806-004-95B4D32F.jpg

Tərkibindəki qida maddələrini və oksigeni toxumalara verərək, maddələr mübadiləsinin qalıqlarını və karbon qazını toxumadan alaraq tünd qırmızı rəngli venoz qanı venalar vasitəsi ilə geriyə yəni ürəyə qaytarılır.

Bu zaman aşağı ətraf venaları daha çox gərginliyə məruz qalırlar. Çünki onlar ürəyə doğru istiqamətləndirdikləri qanı, yer çəkimi, ağırlıq qüvvəsinin əksi istiqamətində hərəkət etdirməli olurlar. Məhz bu gərginliyin nəticəsində, aşağı ətrafdakı dərialtı venalar öz elastikliyini itirərək bir qədər genişlənmiş olur, bəzi yerlərdə venoz düyünlər əmələ gəlir. Beləliklə də, venaların varikoz xəstəliyi yaranmış olur. Sözsüz ki, varikoz xəstəliyi heç də hamıda əmələ gəlmir. Varikoz xəstəliyinin yaranmasına bir sıra faktorlar səbəb olur:

leg-foot-varicose-veins.jpg

  1. İrsiyyət. Bu faktor varikoz xəstəliyinin inkişafının əsas risk faktorlarından biri hesab olunur. Buna görə də əgər sizin yaxın qohumlarınız arasında varikoz xəstəliyindən əziyyət çəkənlər çoxdursa, siz, bu xəstəliyin profilaktikasına mütləq diqqət etməli, onun ilkin əlamətləri baş verən kimi tez bir zamanda həkimə müraciət etməlisiniz.
  2. Qadın cinsinə mənsub olmaq: Varikoz xəstəliyi əsasən “qadınların” xəstəliyidir. Statistik məlumatlara əsasən varikoz xəstəliyi qadınlarda kişilərə nisbən 3-4 dəfə artıq rast gəlinir.
  3. Hamiləlik və doğuş: Hamiləlik vaxtı qadınların 50%-də varikoz xəstəliyinin ilkin əlamətləri meydana çıxır. Hormonal fonda olan dəyişikliklər venalarda tonusunun düşməsinə səbəb olur. Ölçüsü artan uşaqlıq çanaq venalarını sıxdığı üçün aşağı ətraf venalarında təzyiqin artmasına səbəb olur. Doğuş zamanı qarın boşluğunda təzyiq xeyli artdığı üçün venalar daha çox gərginliyə məruz qalaraq güclü şəkildə genişlənir.
  4. Ağır fiziki işlə əlaqədar olan işlərdə əksər hallarda varikoz xəstəliyinin inkişafına səbəb olur. Ağır fiziki işlə məşğul olanlarda və trenajor zallarında ağır fiziki hərəkətlər edənlər də varikoz xəstəliyinin rast gəlinmə ehtimalı eyni dərəcədə olur.
  5. Uzun müddət ərzində ayaq üstə işləyənlər yəni peşə xəstəliyi : Əgər siz işinizdə gün ərzində xeyli müddət ayaq üstə qalmağa məcbursunuzsa , sizdə varikoz xəstəliyinin “qazanılması” riski də xeyli yüksək olur. Ayaq üstə və oturaq vəziyyətdə olarkən aşağı ətraf venaları böyük gərginliyə məruz qalır.
  6. Hormonal dərmanların qəbul edilməsi: Bu risk faktoru da qadınlara aiddir. Çünki bu zaman söhbət qadın hormonlarına aid olan preparatların qəbul edilməsindən gedir.
  7. Artıq çəki də həmçinin aşağı ətrafların varikoz xəstəliyinin yaranmasında çox ciddi risk faktorlarındandır.

Əlbətdə ki, sadalanan faktorlardan ancaq birinin olması heç də sizdə varikoz venaların olacağı demək deyil. Ancaq istənilən halda varikozun profilaktikas sizə xeyirdən başqa bir ziyan gətirməz. Ayaqlarınızda ağırlıq, ağrı, xoşagəlməz hissiyyatlar, damar torları kimi ilkin əlamətlər baş verdiyi halda, tez bir zamanda mütləq həkim-flebolaqa müraciət edin. Varikoz xəstəliyinin profilaktikası və müalicəsi nə qədər tez başlanılarsa, onun effektivliyi də bir o qədər müsbət olar.

Varikoz xəstəliyinin varlığını necə bilmək olar?

mus-ta-ameliyatsiz-yontemle-varis-tedavisi-yapildi-6267963_8950_o.jpg

Varikoz xəstəliyinin görünən əsas xarici əlaməti - ayaqlarda göy və ya qırmızı rəngə çalan “tor şəkilli”, “ulduz şəkilli”, “hörümçək toru” formasında olan damarların görsənməsidir. Ulduz şəkilli bu torlar ancaq kosmetik narahatlıq yaratmır. Xəstəlik 50% hallarda bu əlamətlə yanaşı, ayaqlarda ağırlıq hissiyyatı, şişkinlik ( ödem ), yorğunluq və keyləşmə, axşam saatlarında baldır əzələlərində qıcolmalar və s əlamətlərlə də müşayət olunur.

Bu əlamətlərin olması, aşağı ətraflarda inkişaf etməkdə olan ( və ya artıq var olan ) venoz çatışmazlığın əlamətləridir. Ona görə də, ayaqlarınızda venaların genişlənməsinin cüzi əlamətləri olduqda belə, həkim-flebolaqa müraciət etmək vacibdir. Aparılan baxış və ultrasəs müayinəsindən sonra həkim, varikoz xəstəliyinin mərhələsini müəyyən etdikdən sonra, sizə lazım olan müalicəni də təyin edəcəkdir.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az

© 2014 - 2019 Dr-alif.az . Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design