Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Həzm sistemi xəstəlikləri

Həzm sistemi xəstəlikləri

 Müasir həyat ritmi, daimi stress vəziyyətləri, qeyri-düzgün və qeyri-müntəzəm qidalanma, eləcə də əlverişsiz ekoloji amillər həzm sistemi xəstəliklərinin gündən-günə artmasına səbəb olur.

Aşağıda qeyd olunan orqanlarda həzm sistemi xəstəliklərinə rast gəlinir:

  • Qida borusu
  • Mədə
  • Nazik və yoğun bağırsaqlar
  • Mədəaltı vəz
  • Qaraciyər
  • Öd kisə və öd yolları

Həzm sistemi xəstəliklərinin aşağıdakı əsas əlamətləri var:

  • Ağızda acılıq;
  • Ağız suyu ifrazının artması;
  • Udma zamanı narahatlıq və ağrılar;
  • Qıcqırma;
  • Gəyirmə;
  • Hıçqırma;
  • Ürəkbulanma;
  • Qusma;
  • Mədə və qarın nahiyəsində ağrılar;
  • Nəcisin rənginin və qatılığının dəyişməsi;
  • Qarında qurultular;
  • Köp;
  • İshal;
  • Qəbizlik;
  • İştahanın pozulması.

Həzm sistemi xəstəlikləri zamanı aşağıda göstərilən digər əlamətlər də müşahidə oluna bilər. Bu əlamətlər bağırsaqlarda həzm və sorulma, eləcə də normal mikrofloranın pozulmasına gətirib çıxarır.

  • Arıqlama;
  • Ümumi zəiflik;
  • Dəri quruluğu;
  • Dırnaqların nazikləşməsi və sınması;
  •  Saçların tökülməsi;
  • Dilin relyefli olması və qızarması;
  • Ağız bucaqlarında çatlar;
  • Görmənin pozulması;
  • Sümüklərdə ağrılar.

Aşağıda göstərilən əlamətlər öd kisəsi və öd yolları, qaraciyər və mədəaltı vəz xəstəliklərinin birbaşa əlamətləri ola bilər:

  • Ağızda acılıq;
  • Sarılıq;
  • Sarılıq fonunda dəri qaşınmaları;
  • Sağ qabırğaaltı nahiyədə ağrılar;
  • Qarında və ayaqlarda şişkinlik.

Yuxarıda göstərilən həzm sistemi xəstəliklərinin əlamətlərindən hər hansı birini özünüzdə müşahidə edirsinizsə, mütləq şəkildə həkimə müraciət edin.

Op.Dr. Alif Hüseynzadə ilə əlaqə 050 512 00 60 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

#bariatrikcerrah  #medekiciltme  #medekichiltme  #bariatriyabaku  #umumicerrah  #yaxsicerrah  #bariatrikmerkez  #klinika  #xeste  #pasiyent  #bariatrikemeliyyat  #saglamariqlama  #saglamqida  #hekim  #tecrubelibariatrikcerrah  #pesekarbariatrikcerrah  #medekiciltmeazerbaycan  #bariatriyabaki  #bariatriyaazerbaycan  #bariatrikmerkez  #abdominoplastikabaku  #abdominoplastika  #dralif  #dr-alif.az  #dralifhuseynzade  #yaxsihekim  #blefaroplastikabaku  #instagram  #instabaku  #aztagram  #qadinlar  #girl  #qaringerme  #qarinestetikasi  #baki

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az