Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Rinoplastika

rhinoplasty-banner.jpg

Üz insanın ilk növbədə gözə çarpan bir orqanı olduğundan bu bölgədəki görünüm pozuqluğunun bərpası psixoloji və estetik baxım çox önəmlidir. Burun nahiyyəsində icra olunan müasir yanaşmalar əvvəlki illərdə icra olunan əməliyyatlardan həm əməliyyatın həcmi və nəticə baxımından çox daha müsbətə dəyişmişdir. Rinoplastika adlandırılan burun estetik əməliyyatı burunun estetik görkəmini bərpa etməklə yanaşı sağlamlıq baxımından icra edilir. Burun nahiyyəsində icra olunan düzgün rinoplastikadan sonra insan rahat nəfəs almalı və burununda olan xoşagəlməz görüntüdən azad olmalıdır.

RİNOPLASTİKA NƏDİR ?

Rhinoplasty image 2.jpg.jpeg

Burun estetik əməliyyatı Rinoplastika adlanan əməliyyat növü estetik əməliyyatlar içərisində ən çox icra olunan əməliyyatlardan biridir. Rinoplastika anadangəlmə və sonradan qazanılma ( məsələn travma ) nəticəsində yaranan görünüş və funksional pozğunluğu aradan qaldırmaq məqsədi ilə icra edilir. Rinoplastika əməliyyatına hazırlaşan insan ilk öncə həkimində müayinə olunub rinoplastika əməliyyatı üçün uyğun olub olmadığını dəqiqləşdirməlidir. Kişi və Qadınlarda icra olunan rinoplastika əməliyyatı sadə bir əməliyyat deyil və rinoplastikadan sonra 6-12 ay müddətində yekun nəticə əldə etmək üçün gözləmək lazım olur. Yekun nəticənin alınması üçün keçən müddən burunda olan deformasiyanın ciddiliyindən, əməliyyatın gedişindən , yumuşaq toxumaların tipinə və s kimi bir çox göstəricidən asılı olaraq dəyişir.

BURUN UCU ESTETİK ƏMƏLİYYATƏ NƏDİR?

Burunun görünüşündə ən önəmli faktorlardan biri burun ucudur. Burun ucunda ən çox rast gəlinən görünüş pozuqluğu aşağıdakılardır.

  1. Burun ucunun lazım olduğundan daha geniş olması
  2. Sıxışmış kimi görünən burun ucu
  3. Burun dəliklərinin bir digərindən fərqli olması
  4. Burun ucunun düşük olması
  5. Burun ucunun yuxarı olması
  6. İti uclu burun ucu

Yuxarıda qeyd edilən problemi olan insanlar yalnız burun ucu estetikası əməliyyatı ilə fayda görə bilərlər.Burun ucu  əməliyyatı zamanı burun sümüklərinə toxunulmur yalnız burun ucunda olan yumuşaq toxumalarda və qığırdaqlarda icra olunur. Bunlara görə rinoplastikaya görə daha rahat əməliyyatdır. Burun ucu əməliyyatından öncə və sonrakı müayinələr rinoplastika əməliyyatında olanlarla eynidir. Burun ucu əməliyyatının vaxtı da daha qısadır. Təxminən 30-60 dəqiqə çəkən bir müddət. Pasientlər eyni gündə evə yazılır və sağalma dövrü rinoplastika ilə müqayisədə daha qısadır.

BURUN ESTETİKASI ( RİNOPLASTİKA ) NİYƏ İCRA EDİLİR?

rhinoplasty-dr-panossian-los-angeles-1.jpg

Burun estetikası ( rinoplastika ) üçün müraciət edən insanlarda ilk növbədə anadan gəlmə və qazamılmış burun deformasiyaları və bununla bağlı nəfəs alıb vermədə olan problemlərdir. Burunda nəfəs alıb vermeye problem yaradan səbəblər bəzi halda burunun çol görünümdə problem olmayan hallarda da olması mümkündür. Rinoplastika əməliyyatını istəməsinin digər səbəbi sadəcə burunun bayır görünüşünün pasientin xoşuna gəlməməsidir. Estetik məqsədlə icra olunan rinoplastika əməliyyatı tamamilə şəxsin şəxsi istəyinə görə icra edilir. Bəzi insanlarda böyük və iti uclu buruna sahib olsalar da bundan məmnun , digərləri kiçik buruna sahib olsalar da fərqli bir buruna sahib olmaq istəyirlər. Yekun olaraq rinoplastika əməliyyatı insanın şəxsi istəyinə və funksional problemlərə görə ən çox icra oluna əməliyyatlardandır.

RİNOPLASTİKA ƏMƏLİYYATI NECƏ EDİLİR?

Rinoplastik ümumilikdə ümumi anesteziya altında icra edilir.Yalnız kiçik müdaxilə lazım olan rinoplastikada cərrahın istəyindən asılı olaraq yerli anesteziya ilə də icra oluna bilər. Rinoplastika əməliyyatı ortalama 2 saat çəkən bir əməliyyatdır. Ancaq əməliyyat öncəsi və sonrakı hazırlıqların olmasını nəzərə alıb rinoplastika əməliyyatı sizin 1 gününüzü alacaqdır. Ən çox yayılan rinoplastikanın 2 növü vardır. Açıq və Qapalı rinoplastika. Ən çox icra olunan və daha öncələrdən icra olunan açıq rinoplastikadır. Açıq rinoplastika zamanı burun ucunda kiçik bir kəsik apaılır və bu kəsik hesabına daha geniş görmə sahəsi yaranır. Daha ciddi problemləri olan , təkrari rinoplastikalarda açıq üsuldan daha çox istifadə edilir. Açıq rinoplastikanın ən böyük üstünlüyü cərrah üçün daha geniş bir görmə sahəsinin olmasıdır. Ancaq sağalma dövrünün daha uzun olması, şişkinliyin, göyərmənin daha çox olması, burunun bağ elemenlərinin qorunmaması və s kimi çatışmayan cəhədləri də az deyildir. Qapali rinoplastika zamanı isə kəsik burunun içərisindən aparılır görüntü olaraq heç bir kəsik aparılımır. Qapalı rinoplastika zamanı görüş sahəsi həkim üçün azdır ancaq sağalma dövrü daha qısadır, şişkinlik göyərmə daha azdır, bağ elementləri qorunduğundan sonra əməliyyatdan sonrakı tam sağalma dövrü də qısa olur. Qapalı rinoplastika əmliyyatı adətən çox problemi olmayan burunlarda icra edilir.

.

RİNOPLASTİKA ƏMƏLİYYATINDAN SONRA NƏLƏRƏ DİQQƏT ETMƏK LAZIMDIR.

Əməliyyatdan sonar ağrı ola bilir deyə pasient narkozdan ayılmamış ağrıkəsicilər edilir. Daha sonra isə həkiminizin təyin etdiyi dərmanları vaxtı vaxtında yerinə yetirmək lazımdır. Əməliyyatdan sonrakı 4-6 saatda yerindən qalxıb gəzmək məsləhər görülmür. İlk ayağa qalxdığınızda gözlərinin qaralması, baş hərlənmənin olması normaldır. Buna görə ilk ayağa qalxdığınızda mütləq yanınızda kimsə olmalıdır. Həm əməliyyat zamanı həm əməliyyatdan sonra əməliyyat sahəsindən az miqdarda qanın gəlməsi normaldır. Bu qana görə ürək bulanma və ya qurma ola bilər. Udulan qana görə nəcisinizin rəngi də tündləşə bilər. Əməliyyatdan 6 saat sonra ürək bulanmanız yoxdursa su içə bilərsiniz. Suplar və buna oxşar qidalar az az miqdarda qəbul edə bilərsiz. İlk günlərdə çalışın yumuşaq sulu qidalar qəbul edin. Göz ətrafında şişkinlik, göyərtilərin olması normaldır gün keçdikcə azalıb yox olacaq. Qanama riksini azaltmaq üçün ilk 15 gün yatarkən başınızı yüksəkdə tutmaq , burundan kəskin nəfəs almamaq , asqırdıqda burundan etməmək.

RİNOPLASTİKADAN SONRA SAĞALMA DÖVRÜ NƏ QƏDƏRDİ ?

Rinoplastikadan sonra sağalma dövrü əməliyyatın genişliyindən asılıdır. Adətən rinoplastikadan 4-6 saat sonra ayağa qalxıb gəzir , 6 saat sonra ürək bulanma yoxdursa sulu qidalar qəbul edə bilərlər. Normalda rinoplastika əməliyyatı olan pasientimizi 1 gün nəzarətdə saxlayıb sabahı gün evə yazırıq. Rinoplastika əməliyyatından sonra bir ağırlaşma baş verməmişsə 7-10 gün içərisində öz əvvəlki iş həyatına dönə bilirlər. Əməliyyat zamanı burun içərisinə silikon splintlər burunun üzərinə isə qoruyucu örtük yerləşdiririk . Bunları normalda 1 həftə sonra çıxardırıq. Əməliyyatdan sonra 1 ayda burunda olan şişkinliyin və ya ödemin 75-80% i yox olur. Hədəflənən görüntü və tam son nəticə 1 il içərisində baş verir. Bu müddət ərzində səhərlər oyandıqda burunda şişkinlik axşama doğru şişkinliyin azalması ilə rastlaşsanız bu normaldır.

.

.

.

.

.

#rinoplastika #rinoplastikabaku #rinoplastikabaku #burunemeliyyati #burunəməliyyatı #estetikburun #burunhekimi #burunceperi #buruncheperi