Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Rinoplastika əməliyyatından sonra qoxu ( iy ) bilmə

RINOPLASTİKADAN SONRA QOXU BILMƏ.

Burun plastikasından ( Rinoplastikadan ) sonra yaranan fizioloji proseslərdən biri də qoxu bilmədə olan dəyişiklikdir. Rinoplastika dan burun tıxanıqlığın yaranması qoxu bilmədə müəyyən qədər dəyişikliklərin yaranmasına gətirib çıxara bilər. Ancaq rinoplastika dan sonra qoxu bilmə problemi rast gəlinən bir haldır və pasientlərin bu hala səbirli olması məsləhət görülür. Rinoplastika əməliyyatından sonra iy bilmə problemi bir müddət davam edə bilər.

Rinoplastika əməliyyatından sonra nəfəs almada problem yaşanırmı?

Burun nahiyyəsində aparılan rinoplastika əməliyyatından sonra bu bölgənin şişkinliyi hesabına hava yolunun keçiriciliyində müvəqqəti problem olmağı normaldır. Xüsusən ilk bir həftə ərzində bu şişkinlik çəkildikcə nəfəs alma və iy bilmə problemi də aradan qalxmış olacaq. Hətta tam sağalmanı düşündüyünüz zamanda belə qoxu ( iy ) bilmə getdikdə daha da düzələcəkdir.

Rinoplastika əməliyyatından sonra iy bilmə

Rinoplastika qoxu bilmə nahiyyəsinə ciddi bir travma vurmur. Aparılan kəsiklər xaric edilən toxumalar qoxu bilməni qəti şəkildə pozmaz. Burun nahiyyəsində icra edilən manevralar yalnız problemli sahələrdə aparılır və lazım olan toxuma kəsilərək xaric edilə bilər. Sözsüz ki rinoplastika əməliyyatından az müddət sonra nəfəs almada və ya qoxu bilmədə yaranan problemlərə görə pasientlər əməliyyatın uğursuz olduğunu düşünə bilər amma bu belə deyil qısa müddətli keçici bir problemdir. İy bilmə zamanla keçmirsə pasient həkiminə müraciət etməlidir. Yekun olaraq qeyd etmək lazımdır ki, rinoplastika əməliyyatından sonra qoxu ( iy ) bilmədə başlıca səbəb şişkinlik və tıxanıqlıqdır.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq plastik və estetik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. 

 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az