Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

BURUN PLASTİKASI "RİNOPLASTİKA"

Burun Plastikası – Rinoplastika

6f417878-c0d5-40de-b2e0-2f8a4d11c427.jpg

Burunun müasir estetik əməliyyatları kimlərə uyğundu?
Burununun quruluşunda problem olan, burununun üzünə yaraşmadığını düşünən, burundaxili funksiyalarda çatışmazlıq hiss edən, qısaca burunundan narazı olan insanlarda burnun estetik əməliyyatı “rinoplastika” aparıla bilər. Dərin psixoloji problemləri olan pasientləri bu qrupa daxil etmək düzgün deyil.
 
Burunun müasir estetik əməliyyatları “Rinoplastika” üçün yaş məhdudiyyəti hansılardır?
Burun Plastikası “Rinoplastika” yetkinlik yaşına çatdıqdan sonra tətbiq olunmalıdır. Burunun fiziki inkişafının tamamlanmasını və pasientin psixoloji cəhətdən müəyyən qədər yetkinləşməsini gözləmək məqsədəuyğundur. Əgər burunun daxilində və ya xaricində böyük bir problem varsa qızlarda ən tez 15-16, oğlanlarda isə 17-18 yaşdan etibarən “rinoplastika” əməliyyatı aparıla bilər.
 
 Burunun müasir estetik əməliyyatları “Rinoplastika” hansı fəsildə aparılmalıdır?
Bütün fəsillər “rinoplastika” üçün münasibdir. Hansı fəsildə aparılmasından asılı olmayaraq “rinoplastika” əməliyyatdan sonrakı 4-6 həftə ərzində günəşdən qorunmaq lazımdır. Sağalma dövründə günəş şüaları burun dərisində rəng fərqləri yarada bilər. Bunun xaricində heç bir problem yaratmayacaqdır.

Burun plastikası “Rinoplastika” zamanı anesteziyanın (narkozun) hansı növü tətbiq olunur?
Həm ümumi həm də yerli (sedasiya ilə birgə) anesteziya tətbiq oluna bilər. Ancaq əməliyyatın ümumi anesteziyanın altında aparılmasını daha məqsədə uyğun hesab edilir və biz hər zaman ümumi anesteziyanən tərəfdarıyıq.

Burun Plastikası “Rinoplastika” müasir estetik əməliyyatlardır

2e05a35f-e5eb-47e6-8847-ce0a433bb677.jpg
Burun plastikası “Rinoplastika” əməliyyatı müddəti burundakı problemin dərəcəsinə, təftişin aparılıb-aparılmamasına və əməliyyatın texnikasına bağlı olaraq dəyişə bilsə də orta hesabla 3 saat ətrafında davam edir. Burunun formasını xəstənin ömrünün sonuna qədər qoruyub saxlaması üçün daxildən xaricə, yuxarıdan aşağıya burnun bütün dayaq mexanizmləri  və bağları bir-bir  yenidən qurulmalıdır. Rinoplastika əvəzinə  “rekonstruktiv rinoplastika” ifadəsinin istifadə edilməsi görülən işi daha yaxşı izah edir. Bəsit, asan, minimal olaraq qiymətləndirilməsi mümkün olan “rinoplastika” əməliyyatı yoxdur.  Hər bir əməliyyat ayrıca qiymətləndirilməlidir. Diqqətli, həssas, təmkinli və tələbkar  iş əməliyyatın müvəffəqiyyətli olmasında həlledici rol oynayır.


Müasir estetik “Rinoplastika” əməliyyatının aparılması. Burunun daxilinə tampon tətbiq edilməsinin ciddi əks-göstərişləri olduğu üçün qoyulmamalıdır. Burunun xaricinin təsbit edilməsi üçün plastırlar və termosplint plastik gipslər, burnun daxilinin təsbit edilməsi üçün isə 1 mm qalınlığında silikon lövhələr istifadə oluna bilər. Bütün plastırlar, termsplint gipslər, silikon lövhələr və tikişlər 7-9 cu gün götürülür.
Ödem, şişkinliklər və qançırlar
Burun Plastikasından “Rinoplastika” əməliyyatdan dərhal sonra müəyyən qədər qançır və şişkinlik hər xəstədə olur. Bunlar bəzi pasientlərdə minimal dərəcədə, bəzi pasientlərdə isə orta dərəcədə olur. Hər dərinin cərrahi travmaya verdiyi reaksiya fərqli ola bilər. Bununla yanaşı diqqətli, həssas işləməklə, əməliyyat əsnasında verilən müxtəlif dərmanlarla və əməliyyatdan sonra təyin olunan məlhəmlərlə və ilk 24 saatda soyuq və buz tətbiq etməklə şişkinliklərin və qançırın azalmasına nail olunur.

Burun Plastikasından “Rinoplasikadan” sonar sağalma
Pasient “Rinoplastika” əməliyyatdan 7-10 gün sonra işə başlaya bilər. Burunun daxilindəki və xaricindəki ödemlərin 80%-i birinci ayda tamamilə çəkilir. Burunun son vəziyyətini alması isə 1 il davam edir.
Burun Plastikası “Rinoplastika”  əməliyyatın  qiyməti:
Estetik burun əməliyyatları “Rinoplastika” fərqli əməliyyat texnikası, alətlər və materiallar istifadə olunaraq həyata keçirilən bir əməliyyatdır. Burundakı problemin ölçüsü,daha öncə keçirilən burun əməliyyatı, qulaq və qabırğadan qığırdaq parçası almağın gərəkli olub olmaması, burun balıqqulağının böyüməsi, sinusit kimi eyni əməliyyat sırasında müdaxilə edilməsi lazım ola bilən problemlərin olub olmaması da “rinoplastika” əməliyyatının xərcinə təsir gostərir.
Estetik burun əməliyyatı “Rinoplastika” digər estetik əməliyyatlar kimi sığortanın qarşılamadığı bir əməliyyatdır.Bu səbəbdən “Rinoplastika” əməliyyatı xərci paket olaraq təqdim olunur.Yəni ödəyəcəyiniz toplam qiymət öncədən tam olaraq bəlli olur, istifadə olunan materialların qiymətləri tək-tək hesablanıb sabit bir qiymət olaraq bildirilir. Burun kimi üzün ortasında yerləşən və ilk baxışda nəzərə çarpan kritik bir anatomik quruluş  üzərində aparılacaq estetik müdaxilənin nəticəsinin uğuru əməliyyatı həyata keçirən cərrahın  bu sahədəki təcrübəsi, təhsili və cərrahi bacarıqları ən önəmli fakt olması ilə yanaşı, Rinoplastika əməliyyatı zamanı istifadə olunan  alətlər və materialların keyfiyyəti də önəmli rol oynamaqdadır. Misal olaraq qiğırdaq toxumanı təsbit edərkən daha bahalı olmasının qarşılığında  4-6ay içində tamamilə əriyərək itən cərrahi tikiş materiallarının istifadə olunması əvəzinə nisbətən daha ucuz olan ancaq əriməyən sapların istifadəsi zamanı yad cisim reaksiyası, infeksiya kimi problemlərə səbəb ola bilər. Bənzər hallar digər materialların keyfiyyətindən sterilizasiyasına qədər bir çox fərqli faktorlardan asılıdır. Burdan belə nəticəyə gəlmək olur ki, qiymətdə azalma keyfiyyətdən itirilmə hesabına baş tutur. Son olaraq olduqca qarışıq bir cərrahi əməliyyat olan estetik burun əməliyyatına “Rinoplastika” qərar verdiyiniz zaman, əməliyyat üçün ödəyəcəyiniz məbləğ  önəmli bir kriteriya olmasına baxmayaraq ilk sırada olmamalıdır. İlk əməliyyat müvəffəqiyyəti ən yüksək olan əməliyyatdır. Təqib edən növbəti  bərpaedici əməliyyatların estetik və funksional nəticəsinin müvəffəqiyyəti getdikcə azalır. Bu səbəbdən əməliyyatınızı həyata keçirəcək həkimin düzgün seçilməsi ilk məqsədiniz olmalıdır. Rinoplastika əməliyyatının qiyməti yuxarıda sadalanan parametrlərə müvafiq olaraq cox geniş bir aralıqda dəyişə bilər. Ən doğru taktika həkiminiz haqqında qərar verdikdən sonra tam bir estetik və funksional burun təhlilin aparılması lazım olan müdaxilələrə qərar verilməsidir .Rinoplastika əməliyyatınızın estetik və bir o qədər önəmli olan burun funksiyalarınızın yönündən uğurlu olması üçün burun balıqqulağı ya da sinus cərrahisi kimi müştərək müdaxilələrin gərəkli olub olmaması təhlil edilir.    Rinoplastika əməliyyatının qiyməti ancaq bu merhələrdən sonra real olaraq bəlli olacadır.

Rinoplastika əməliyyatına qərar verən pasient hansı proseduralardan keçir?
“Rinoplastika” əməliyyatında pasientin rahatlığı əsas məqsəddir.
Bizə müraciət edən pasientlərin əməliyyatönü hazırlığına qısa nəzər salaq:
-Xəstə şikayətlərini bildirir
-Şikayətə müvafiq müalicə planı xəstəyə təqdim olunur.Əməliyyat bütün incəlikləri ilə xəstəyə izah olunur.

-Pasient əməliyyat bir neçə gün öncə əməliyyat önü müayinə paketindən keçməklə pasient tam yoxlanılır.

-Anestezioloq analizin nəticələrini araşdırır və xəstəni müayinə edir.

-Rinoplastika əməliyyatına qərar verildikdən sonra əməliyyat günü secilir
-Rinoplastika əməliyyatı günü səhər pasient klinikaya gəlir
-Anestezioloq analizin nəticələrini araşdırır və xəstəni müayinə edir.
-Xəstənin anesteziya olunmasına əks göstəriş yoxdursa ona əməliyyatxanada aparılacaq prosedurlar izzah olunur.Bu müddətdə xəstə anesteziya ilə əlaqəli bütün suallarını həkimə verə bilər.
-Tibb bacıları əməliyyat üçün xüsusi geyimi  xəstəyə geyindirir.Bu andan xəstə özünü tibbi personala təslim edir.
-Xəstə ayılanda artıq palatada olur.
-Əməliyyatdan sonra həkim xəstəni ziyarət edir və əməliyyatla  əlaqəli məlumat verir.
-Xəstə gecəni xəstəxanada qalarsa  ertəsi gün evə yazılır və kontrol muayinəyə gəlməli olduğu gün təyin edilir.

 

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq plastik və estetik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. 

 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az