Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Açıq və Qapalı Rinoplastikanın Fərqi

AÇIQ VƏ QAPALI RİNOPLASTİKANIN FƏRQİ

aec876d6-6560-446d-a99a-afbbb0cd018a.jpg

           Əksər hallarda estetik görkəm üçün rinoplastika əməliyyatına günümüzdə müraciət çoxdur. Texnologiyanın inkişafı hesabına Rinoplastika ( burun estetikası ) əməliyyatlarında  da müasir texnologiyalar tətbiq edilməyə başlamışdır. Biz bu gün qısa da olsa  açıq və qapalı rinoplastika əməliyyatları arasında bəzi fərqli cəhədlərindən danışacağıq.

          Üz cizgilərini təyin edən ən önəmli faktorlardan biri burun formasıdır. Buna görədir ki, burun cizgilərində kiçik bir dəyişiklik ciddi bir kompleksə səbəb ola bilir. Günümüzdə rinoplastika əməliyyatının 2 forması vardır. Açıq və qapalı rinoplastika. Hər iki forma rinoplastikada burunun həm estetik həm də funksional funkiyası bərpa edilir.

AÇIQ RİNOPLASTİKA ( BURUN ESTETİKASI ) :

Xüsusən də burunun qığırdaq toxumasındakı əyrilik varsa , görüntü pozunuqluğu, ciddi dərəcədə sümük əyriliyi , burun donqarlığı, daha öncə rinoplastika əməliyyatı olunmuş pasientin təkrari rinoplastika planlaşdırılarsa. Burunda tərs V şəkilli kəsik aparılmaqla burunun bütün elementləri əməliyyat sahəsində nəzarət altında aparılır. Yəni əksər hallarda qapalı rinoplastikaya üstünlük verilməlidir. Açıq rinoplastika günümüzdə tədris üçün istifadə edilməyə başlamışdır. Çünki açıq rinoplastikada görüntü sahəsi böyük olduğundan tələbələri öyrətmə onlara əməliyyat gedişini göstərmə rahat olur. Amma buru bilməliyik ki, burun formalaşmasında çox önəmli rol oynayan pitangi bağları açıq rinoplastikada qorunmuş olmur.  Diseksiya çox böyük nahiyyəni əhatə edir. Dəridə kəsik aparılır deye bu nahiyyədə sinir və damarlar kəsilir deyə hissiyyat pozunuqluğu uzun müddət davamm edir. Biz öz praktikamızda bu göstəriciləri nəzərə alıb qapalı rinoplastikaya üstünlük veririk.

QAPALI RİNOPLASTİKA ( KƏSİKSİZ RİNOPLASTİKA ) :

Kəsik burun içərisindən aparılır deyə görünən heç bir kəsik aparlmır. Qapalı rinoplastikada dəridə kəsik aparılmadığına görə sinir və damarlar kəsilmədiyindın və az travmatik olduğundan sağalma daha tez baş verir. Qapalı Rinoplastika əməliyyatı zamanı burun donqarlığı, çəpər əyriliyi , burun ucunun formalaşdırılması, burun qanadlarınınn formalaşdırılması və s kimi problemləri aradan qaldırmaq mümkündür. Hər iki rinoplastika növünü ümumi anesteziya altında aparılır. Yuxarıda qeyd etdiyimiz kimi qapalı rinoplastikada pitangi bağları qorunduğundan burun formalaşması daha təbii olur. Qapalı rinoplastika dından göründüyü kimi burun forması pozulmadan aparıldığına görə əməliyyat zamanı ən kiçik bir manevr görüntüdə hiss elətdirir. Və az travmatik olduğundan qapalı rinoplastikadan sonra sağalma dövrü daha qısa , göyərmə və şişkinik dah  az , rebilitasiya dövrü çox qısadır. 

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq plastik və estetik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. 

 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az