Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

MİNİ ÜZ GƏRMƏ

MİNİ ÜZ GƏRMƏ NƏDİR ?

micro-mini-facelift-richmond.jpg

Mini üz gərmə əlbəttəki bir əməliyyatdır. Yəni mini üz gərmə əməliyyatı olmuşsunuzsa deməli sağalma dövrü ən az 10-15 gün vaxtınızı alacaq. Əgər hər hansı bir informasiya sağalma dövrünün çox az olduğunu deyirsə əmin olun ki bu mini üz gərmə deyildir.

MİNİ ÜZ GƏRMƏNİN NORMAL ÜZ GƏRMƏDƏN FƏRQİ NƏDİR ?

Mini üz gərmənin normal üz gərmədən fərqi daha az bir bölgəni əhatə etməsindədir. Normal üz gərmədən daha az kəsiyə sahibdir və yumuşaq toxumanın xaric edilməsi azdır. Daha az həcmə malik prosedurun daha az nəticəsi olacaqdır əlbəttəki.

Mini üz gərmə daha cavan şəxslərdə hansı ki, boğaz nahiyyəsində sallanma olmayan yalnız üz nahiyyəsində az sallanma baş verən şəxslərdə tətbiq edilə bilər.

Düzgün seçilmiş pasientdə mini üz gərmə ilə yaxşı nəticə almaq mümkündür. Yox əgər tam üz gərməyə göstəriş varsa mini üz gərmə ilə ideal nəticə almaq əlbəttəki mümkün olmayacaqdır.

KİMLƏR ÜÇÜN MİNİ ÜZ GƏRMƏ İDEAL SEÇİM OLA BİLƏR ?

Qeyd etmək lazımdır ki, problem yaşlanmanın verdiyi problemə görə dəyişir. Boğazda sallaqlıq varsa , üzdə gülmə xətləri əmələ gəlibsə bu sizdə tam üz gərmə üçün göstərişdir. Yox yaşlanmanın ciddi təsri yoxdursa az bir dəyişiklik istəyirsinizsə mini üz gərmə haqqında düşünmək olar. Mini üz gərmə 30-40 yaşlarda ən çox seçim ola bilər. Çünki bu yaşlarda üzün piy toxuması qorunub , yumuşaq toxmaları yetərli sayılır boğaz və üz nahiyyəsində ciddi bir sallanma baş vermir. Adınıda mini sözü olmasına baxmayaraq bu əməliyyata yaxınlaşma digər əməliyyatlarla eynidir. Mini üz gərmə haqqında düşünürsünüzsə bir neçə dəfə həkiminizlə məsləhətləşməli və tam dəyərləndirib sonra qərar verməyiniz ən düzgünüdür.

 

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq plastik və estetik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. 

 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az