Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

ÜZ VƏ BOYUN GƏRMƏ

ÜZ VƏ BOYUN GƏRMƏ

gfyjy.jpg

Üz gərmə və Boyun gərmə üz və boyun nahiyyəsindəki sallanmış və qırış yaranmış dərinin hamarlaşdırılaraq üzün cavanlaşdırılması əməliyyatıdır. Yaş artıqca yer çəkiminin təsiri ortaya çıxmağa başlayar. Boyun dərisi yumuşalır və boyunla çənə arasındakı kontur itməyə başlayar. Sallanma həmçinin əzələlərdə baş verə bilər və bu nahiyyədə piyin toplanması da az rast gəlinmir. Elastikliyini itirmiş boyun əzələləri ön görüntüdən boyun nahiyyəsində qatlar kimi gözə çarpır. Üzün daha üst hissələrində, çənə sümüyü boyunca sallanma daha çox nəzərə çarpır. Burun dodaq kənarı ilə uzanan yarıq daha da dərinləşər və qatlar əmələ gəlməyə başlar. Əlbəttə ki bu dəyişikliklərlə yanaşı almaqcıq sümüyü üzərində olan yumuşaq toxumaların da elastikliyini itirməsi nəticəsində aşağı sallanması baş verir və bu da bir yorğunluq ifadəsi verir. Üst göz qapaqlarında dəri sallanması , alt göz qapaqlarında isə qırışlar , sallanmalar və torbacıqlar görünür. Əlbəttə ki alın və qaşlar da aşağıya düşər və alın qırışları dərinləşər.

Üz gəncləşdirmə əməliyyatları ümumilikdə üzdə 3 bölgədə aparılır. Üst üz bölgəsi dedikdə bura alın və qaşlar , orta üz bölgəsi dedikdə göz kənarı ilə ağız kənarı arası olan bölgə, aşağı üz dedikdə ağız ətrafı və boyun nahiyyə nəzərdə tutulur. Yaşlanma ilə əlaqədər dəyişikliklər insandan insana dəyişir . Hər kəsdə yaşlanmanın təsiri bir bölgədə daha çox nəzərə çarpır.

Üz gərmə əməliyyatının məqsədi elastikliyini itirib sallanmış üzün yumuşaq toxumalarını özəl tikişlərlə öz yerlərinə qaytarmaq, artıq dərini xaric etmək, dəriyə gərginlik verməkdir. Üz gərmə əməliyyatına müasir və düzgün yanaşma təkcə dəriyə gərginlik vermək deyil , dərin qatlarda yerləşən toxumalari öz yerlərinə düzgün formada qaytarmaqdır. Əks halda əməliyyatın effektivliyi uzun müddətli və ürək açan olmayacaqdır.

ÜZ GƏRMƏ VƏ BOYUN GƏRMƏ ƏMƏLİYYATLARI NECƏ APARILIR?

Alt üz və boyun nahiyyəsinin sallanması üçün aparılan üz və boyun gərmə əməliyyatı zamanı saçın tüklü hissəsindən başlayıb qulağın önü ilə qulaq içərisindən keçib arxaya doğru uzanan bir kəsik aparılır. Kəsiyin yuxarı və aşağı ucu tüklü hissəyə düşdüyündən orta hissəsi isə qulaq içərisindən keçdiyindən görünməz olur. Üz və boyun dərisi sərbəstləşdirildikdən sonra dəri altında üzün əsas görünən karkasını təşkil edən daha möhkəm bir keyfiyyətə malik smass adı verdiyimiz toxuma asılaraq daha gərginləşdirilir və  bundan sonra artıq dəri ölçülərək kəsilib xaric edilir. Üz və boyun gərmə əməliyyatı zamanı buxaq nahiyyəsində piy toplanması varsa bu liposaksiya ilə xaric edilir. Çənə altında 1.5 sm lik bir kəsikdən girilərək bogaz nahiyyəsindəki əzələlər bir birinə tikilərək daha hamar bir kontur alınır. Aparılan kəsiklərin hamısı təbii büküşlərdən aparıldığından diqqət cəlb etmirlər. Üz və boyun gərmə əməliyyatı aparılan insanların əksəriyyəsində göz qapaqlarında torbacıqlar və dəri sallanması olduğundan üz və boyun gərmə əməliyyatı ilə bərabər əksər hallarda alt və üst blefaroplastika əməliyyatı da aparılır.

Üz və boyun gərmə əməliyyatı aparılmamışdan əvvəl pasientlə tam ətraflı şəkildə söhbət edilməlidir. Çünki hər kəsdəki problem eyni olmur. Yaşlanma ilə əlaqədar baş verən dəyişikliklər də fərqli olduğundan aparılacaq əməliyyat taktikaları da dəyişkən olur.

Üz və Boyun gərmə əməliyyatını biz ümumi anesteziya altında aparırırq. Yerli anesteziyanın tərafdarı deyilik. Əməliyyat problemin genişliyinə görə 3-6 saat çəkə bilən bir əməliyyatdır. Əməliyyatdan sonra pasientlərin 5 gün klinikada nəzarətimizdə qalmağını məsləhət bilirik. Əməliyyatdan sonra elastik bandaj geyinəlidirlər. Dəri altında yığıla bilən mayenin xaric olması üşün qulaq arxasından dəri altına kiçik drenajlar istifadə edirik.

ÜZ VƏ BOYUN GƏRMƏ ƏMƏLİYYATINDAN SONRA

Üz və boyun gərmədən sonra az miqdarda ağrının olması normadır. Bu tip ağrılar ağrıkəsicilər ilə asanlıqıla ortadan qalxa bilir. Əməliyyatın sabahı bandaj çıxarılır sarğılar dəyişdirilir. Drendən gələn mayenin miqdarından asılı olaraq ortalama 3 gündə drenajları xaric edirik. Şişkinlik və göyərtilər ortalam 2 həftə ərzində çəkilir. Ancaq yekun nəticənin alınması şişkinliklərin tam getməsi bir neçə həftənizi ala bilər. Tikişlər 10 gün sonra çıxarılır. Tikişlər alındıqdan sonra makiyaj edə bilərsiniz və normal həyatınıza 2 həftəyə dönə bilərsiniz. Üz gərmə və boyun gərmə əməliyyatdan 3 həftə əvvəl və 3 həftə sonra siqaret qadayan edilir. Bu yara sağalmasında ciddi problem yarada bilər çaöığın çox kəskin qalmasına səbəb ola bilər. Üz və boyun gərmə əməliyyatından bir neçə həftə sonraya qədər günəş şüasından uzaq durmağı və günəşdən qoruyucu kremlərdən istifadə etməyi məsləhə görürük.

 ÜZ GƏRMƏ VƏ BOYUN GƏRMƏ ƏMƏLİYYATININ QİYMƏTİ ?

Yuxarıda da qeyd etdiyimiz kimi üz gərmə və boyun gərmə əməliyyatı üz cavanlaşdırma əməliyyatlarının bir parçasıdır. Hər kəsin problemi fərqli olduğu üçün hər kəsdə eyni əməliyyat icra edilə bilinmir. Buna görə əməliyyatın növünün və gedişatını təyin etmək üçün öncə müayinəyə gəlmək lazımdır. Müayinəyə gəldikdən sonra qiymət təyin edilə bilər.

 

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq plastik və estetik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. 

 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az