Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Mədəkiçiltmə əməliyyatına görə ən çox verilən suallar

ƏN ÇOX VERİLƏN SUALLAR:

           Mədəkiçiltmə əməliyyatından sonra spirli içki istifadə edə bilərəm?

İlk bir il spirli içki məsləhət deyil. Alkoqol qida dəyəri olub aşağı ancaq yüksək kalorilidir. Həmçinin mədə və qida borusu selikli qişasını qıcıqlandırıb reflü yaradar. Beləliklə iştah refleksini qıcıqlandırar daha çox yeməyinizə səbəb olar. Özünüzü idarə edəcək qədər alkoqol qəbulu 1 il sonra icazə verilə bilər.

         Əməliyyatdan sonra yağlı və şəkərli qidalardan uzaq durmalıyam?

Mədəkiçiltmə əməliyyatı həzm sitemini pozmadığı üçün yediyiniz qidanın kalorisi önəmlidir. Uzun bir müddətli effektli bir nəticə almaq istəyirsinizsə əməliyyatdan sonra qidalanma rejiminə əməl etməlisiniz.

         Əməliyyatdan sonra vitamin qəbul etməyim mütləqdirmi?

Digər bariatrik əməliyyatla nisbətən mədəkiçiltmə əməliyyatından sonra ciddi bir vitamin və ya mineral pozunuqluğu yaranmır. Bəzi hallarda vitamin komplekslerindən istifadə eləmək lazım gəlir

         Qusuram

  • Ola bilər ki çox yeyirsiniz
  • Ola bilər sürətli yeyirsiniz
  • Ola bilər kifayət qədər çeynəmirsiniz
  • Ola bilər yeyərkən maye qəbul edirsiniz

Bunları etmirsinizsə və ya bunlara əməl etdiniz qusmanız yenə davam edirsə həkiminizlə əlaqə saxlayın

         Qəbz oluram

İlk öncə kifayət qədər maye qəbul etdiyinizə əmin olun.Gündəlik 2-2.5lt maye qəbul etməyiniz məsləhətdir. Çalışıb lifli qidalar qəbul edin bu sizin qəbizliyinizə çox kömək olacaq. Əgər bütün bunlara baxmayaraq qəbizlik davam edirsə bitki tərkibli işlədici çaylardan istifadə edə bilərsiniz.

         İshal ( diareya) oluram

İshal vəziyyəti ( gündə 3 dəfədən çox) varsa laktozlu südün istifadəsin saxlayın. Asta asta yediyinizdən və yaxşı çeynəməyinizdən əmin olun.Yağ və ədviyyat qəbulunu azaldın. Aldığınız qidaların üzərindəki etiketləri oxuyun Sorbit-Ol, Mannit-OL və s kimi yazılan qidaları istifadə etməyin.Həzm sistemini normallaşdırmaq üçün probiotiklərdən istifadə edə bilərsiz. Yox əgər problem 2 gündən artıq davam edərsə həkiminizlə laqə saxlayın.

        Başağrım və ya başhərlənməm var

Yetərincə maye qəbul etdiyinizdən əmin olun. Yeməyinizə bir miqdar duz qatmağınız belə problemi tez aradan qaldırar. Öyünləri vaxtı vaxtında yeyin və kifayət qədər qida qəbul etməyinizdən əmin olun. Bütün deyilənlərə baxmayaraq şikayətiniz davam edərsə həkiminizlə əlaqə saxlayın.

        Yorğunluq, halsızlıq olur

Kifayət qədər maye qəbul etmək, gün ərzində aktiv həyat tərzi , gecə yuxusunu normal yatmaq, və proteinli qidalar belə şikayətlərinizi tez həll etmiş olacaq

         Mədə turşuması ( qıcqırma) əmələ gəlir:

Çox soyuq və isti qidaların istifadəsi belə vəziyyət əmələ gətirə bilər. Ədviyyalı və tomatlı qidalar da mədə turşuması verə bilər. Yedikdən sonra biraz hərəkət etmək və uzandıqda 45 dərəcə yastığınızı hündür ütmək sizə kömək edəcək.

         Ayağımda qıcolmalarım olur.

Kifayət qədər Kalium qəbul etmədiyinizdən bu cür problemlərlə qarşılaşa bilərsiniz. Kifayət qədər maye qəbul etməmək də bu problemi yarada bilər. Kefir və qatıq kimi qidaların istifadəsini artırın .Ehtiyac duyulduqda multivitamin qəbulu lazım gəlir.

         Saçlarım tökülür.

Əməliyyatdan sonra 3 – 9 cu aylar arasında belə bir vəziyyətlə qarşılaşa bilərsiniz. Saç tökülməsi daimi deyildir, kilo verməniz durduğunda saçlar yenidən bərpa olacaqdır. Protein qəbulu kifayət qədər olmadıqda saç tökülməsi daha çox rast gəlinir. Həkiminizlə danışıb dəmir, sinq, biotin tərkibli multivitamin qəbul edə bilərsiz.

Sizi maraqlandıran suallarınız olarsa bizimlə əlaqə saxlaya bilərsiniz: +99470 248 48 18

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az