Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Laparoskopik öd kisəsi əməliyyatı

ƏMƏLİYYAT ÜÇÜN HANSI ÜSULU SEÇMƏLİYƏM?

Günümüzdə öd kisəsi daşının ən uyğun əməliyyat şəkli  (qapalı) laparoskopik üsuldur. Ancaq bəzi xəstələrdə keçirilmiş əməliyyatlar səbəbiylə ya da qapalı əməliyyatın texniki olaraq aparıla bilinmədiyi hallarda açıq əməliyyat tətbiq oluna bilər. Dünya üzərində öd kisəsinin xaric edilməsində Laparoskopiya qızıl standart qəbul edilmişdir. Ancaq həkimin bacarığından asılı olaraq demək olar bütün vəziyyətlərdə laparoskopiya ilə əməliyyatı yekunlaşdırmaq mümkündür.

AÇIQ VƏ QAPALI-LAPAROSKOPİK ƏMƏLİYYATLAR ARASINDAKI FƏRQLƏR NƏLƏRDİR?

Qarın içindəki əməliyyat hər iki üsulda da eynidir; Öd kisəsi, bağlı olduğu yerdən ayrılaraq çıxarılır. Aradakı fərq qarın divarındakı kəsikdir. Açıq əməliyyatda qarında bir kəsik açılır, əməliyyat sonrası xəstəxanada daha çox qalmaq lazım gəlir, sağalma müddəti daha uzundur, gündəlik həyata geri qayıtmaq daha çox vaxt alır, əməliyyatın izi qalır. Qapalı üsulda kəsik və iz yoxdur, qarın divarında 3-4 ədəd deşikdən əməliyyat keçirilir, xəstəxanada daha az qalınılır, gündəlik həyata qıssa müddətdə qayıdılır (adətən 3-7 gün), ağrı daha  az olur. Burda tək kəsik yox laparoskopik üsulda görüntü geniş olur ətraf orqanların müayinəsi daha rahat olur. Görüntü bir neçə dəfə böyüdüldüyündən ən incə məqamlara nəzarət etmək mümkündür. Bəzən açıq üsulla daha kiçik kəsikdən icra edirəm deyən cərrahlarımız da var , kəsik kiçikdirsə fərqi yoxdur kimi düşünülə bilər. Amma kəsik balaca olsa belə kəsik nahiyyəsinə edilən travma ( traksiya) sonradan ağrıların çox olmasına səbəb olur. Laparoskopik əməliyyatdan sonra qarındaxili bitişmələrin əmələ gəlməsi də çox azdır

ÖD KİSƏMDƏ POLİP AŞKAR EDİLƏRSƏ BUNUN MÜALİCƏSİ NECƏDİR?

Poliplər öd kisəsinin daxili səthi örtən təbəqənin ət xalı şəklində çoxalmaları , xoşxasisəli törəmədir. Polip ölçüsü 1 sm-dən çoxdursa  və ya  bir neçə ədədirsə ( öd kisəsinin polipozu) xərçəng olma riski səbəbiylə əməliyyat edilməlidir. kiçik və şikyəti olmayanlar isə fasilələrlə ultrasəs ilə təqib edilib nəzarətdə saxlanılmalıdır.

ÖD DAŞLARI,KİSƏ XARİC EDİLİDİKDƏN SONRA TƏKRAR OLARMI?

Öd kisəsi çıxarıldığı üçün öd kisəsi daşı bir daha əmələ gəlmir. 

ÖD KİSƏSİNİN VƏZİFƏSİ NƏDİR?

Öd kisəsi, qara ciyərdə ifraz olunan ödü saxlayan və yeməklərdən sonra yağ həzmi üçün ödü bağırsaqlara boşaldan bir orqandır.

ÖD KİSƏSİ TAMAMİLƏ, YOXSA SADƏCƏ KİSƏDƏKİ DAŞLAR XARİC EDİLİR?

Öd daşları, öd kisəsinin bir xəstəliyidir. Sadəcə daşlar çıxarılsa bir müddət sonra həmin daşlar yenidən yaranır. Həmçinin öd kisəsi olmadan da normal həyatımızı davam etdirərik. Bu səbəblə yalnız daşı xaric etmək deyə bir müalicə yoxdur; Öd kisəsi, daşlarla birlikdə çıxarılır.

 Öd kisəsi əməliyyatından sonrakı həyat

Öd kisəsinin çıxarılması bu gün dünya üzrə aparılan cərrahi əməliyyatlar arasında ikinci yerdədir. Təəssüf ki, öddaşı xəstəliyinin sonu çox vaxt bu cür başa çatır. Belə əməliyyat keçirmiş xəstələrin əməliyyatdan sonra necə qidalanacaqları barədə suallar çox olur.

Sağlam orqanizimdə öd qaraciyərdən öd kisəsinə axır, burda yığılaraq müəyyən konsentrasiyaya çatır. Öd kisəsi çıxarılandan sonra öd qaraciyərdən qaraciyər və ümumi öd axarları ilə birbaşa on iki barmaq bağırsağa daxil olur, onun qatılığı daha azdır və yalnız az miqdarda qida üçün həzm şirəsi rolunu oynaya bilir. Əgər xəstə düzgün qidalanma rejiminə riayət etməsə, öd qaraciyərdə yığılır. Bu zaman qaraciyərin daxili axarlarında iltihab prosesi və hətta orada daşın yaranma təhlükəsi baş  verir. Məhz buna gorə əməliyyatdan sonra xəstəyə az-az, həm də tez-tez yemək tövsiyə edilir. Çünki hər qida qəbulu-ödün onikibarmaq bağırsağa daha fəal axmasına bir növ təkandır. Əməliyyatdan sonrakı ilk 3-4 ayda orqanizm yeni həzm qaydalarına yavaş-yavaş öyrəşir. Artıq xəstəxanada müalicəvi qidalanma təyin edilir.

Əməliyyatdan sonrakı ilk saatlarda-aclıq,10-12 saatdan sonra-az miqdarda duru yemək (yağsız bulyon, şorba, kisel), 3-4 gündən sonra-suda  bişib sürtgəcdən keçirilmiş tərəvəz, ət və balıq püresi,durulaşdırılmış sıyıqlar. Təxminən 2-3 həftə ərzində xəstənin həm qida rasionu genişlənir, həm də normaya salınır. Bununla belə, xəstə ən azı 2-3 ay ərzində sulu yeməklərə qidalara üstünlük verməlidir. Öd kisəsi əməliyyatından sonra şorba, kompot, kisel daxil olmaqla gün ərzində 1,5-2 litrdən çox maye qəbul etmək olmaz. Ödqovucu təsir gostərən içkilər: itburnu, zirinc (barbaris) dəmləmələri, meyvə və tərəvəz, xüsusən də pomidor şirəsi, almadan, qara gavalıdan, qaysı qurusundan kompot içmək xeyirlidir.

N-4, 20 Yessentuki, Slovyanskaya,smirnovskaya və digər mineral suları ödün durulaşmasına kömək edir və onun qatılaşmasının qarşısını alır. Adətən mineral suyu gündə 3-4 dəfə,yeməkdən 30-40 dəqiqə əvvəl,ilıq halda yarım stəkan təyin edilməlidir. Suyu aramla, xırda qurtumlarla içmək lazımdır. Bir qayda olaraq,mineral su kursla içilir. Bir aydan sonra 2-3 ay fasilə verilir və yenidən 1 ay içilir. 

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az