Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Bədən Şəkilləndirmə

image-23-02-20-13-40-3.jpeg

Analıq, hər qadının dünyada yaşaya və dadmaq istədiyi ən gözəl duyğulardan biridir. Hər qadının xəyallarını bəzəyən hamiləlik dövrü və balasını ilk qucağına alışı ağıllardan silinməz. Körpənin artıq böyüməsi ilə birlikdə qadının hamiləlik əsnasında bədənində olan dəyişikliklər və şişkinlik geriləməyə başlayar. Bəzi qadınlar genetik bədən quruluşuna bağlı qısa müddətdə köhnə formasını geri qazanar ancaq bəzi qadınların bədən quruluşu buna uyğun deyildir. Qarın bölgəsində olan yağlanma, sallanma və çatlar əmələ gəlir və qalıcı olur.

Zaman içində verilən kilolar və sallanmalar körpəsinə baxan ana üçün stress yarada bilər və özünə inamsızlığa səbəb ola bilər. Daha dərin vəziyyətlərdə qadınlar depressiyaya belə girə bilir. İndiki vaxtda edilən cərrahi xidmətlərlə bu cür və bənzəri problemlərə plastik cərrahlar bütün bədən şəkilləndirmə əməliyyatları ilə köməyə tələsir.

Bədən şəkilləndirmə əməliyyatı nədir?

 

Bəzi hallarda edilən diyetlər və idman xarici görünüşün istənilən ölçülərə gəlməsinə köməkçi olmaya bilir. Belə vəziyyətlərdə bədən şəkilləndirmə (beden sekillendirme) əməliyyatları, kombinə əməliyyatlar tətbiq edilərək bədəni yenidən şəkilləndirib formaya salmaq mümkündür.

Bədən şəkilləndirmə əməliyyatları hansı əməliyyatlar ilə kombinə edilir?

Plastik Cərrahınız ilə edilən görüş sonunda pasientə görə ən uyğun əməliyyatlara qərar verilir. Bütün bədən şəkilləndirmə (beden sekillendirme) əməliyyatları Protezli və ya protezsiz məmə dikləşdirmə, qarın gərmə, bud gərmə, Liposaksiya (yağ alma) kimi əməliyyatlar ilə kombinə edilir.

Bədən şəkilləndirmə əməliyyatları neçə seansda edilə bilər?

Bədən şəkilləndirmə (beden sekillendirme) əməliyyat ümumiyyətlə bir seansda tamamlanır. Həkiminiz lazım bilsə ikinci bir seans daha edilə bilər.

Bədən şəkilləndirmə əməliyyatları ən erkən nə zaman edilə bilər?

Doğum sonrasında bədənin özünü toparlaması ümumiyyətlə bir ilə qədər sürər. Bu müddət içərisində döş və qarın toxumaları köhnə formasına dönməyə başlar, zəifləmə və yığışma müddəti tamamlanmış olur. Həkiminiz əgər qərar versə, bütün bədən şəkilləndirmə əməliyyatının (beden sekillendirme) edilə bilməsi üçün ən azından əmizdirmə dövrünün bitmiş olması məsləhətdir.

Süd vermə sonrası kiçilən sinələrə nə kimi bir əməliyyat tövsiyə edilir?

Hamiləlik dövrünə nisbətən daha böyük olan məmələr süd vermə səbəbi ilə zaman içində boşalmağa başlayır. Genişlənmiş dəri zaman içində elastikliyini toparlamadığı üçün sallanmağa başlar. Bu şikayətlərdən xilas olmaq üçün bütün bədən şəkilləndirmə (beden sekillendirme) əməliyyatından olan məmə böyütmə və ya dikləşdirmə əməliyyatı tətbiq olunur.

Süd vermə sonrası məmə toxuması kifayət edirsə necə bir üsul əməliyyat oluna bilər?

Əgər xəstənin kifayət qədər məmə toxuması varsa yalnız sinə  kiçiltmə digər adı ilə toparlama əməliyyatı tətbiq olunur. Yalnız döş başı ətrafında və şaquli şəkildə döşaltına doğru görülən çapıq (yara izi) olar ki, buda zaman içərisində itib bilinməz hala gələr. Amma məmə toxuması həkiminiz tərəfindən kafi görülməz isə silikon protez istifadə edilməsi tövsiyə edilir.

Növbəti doğum sonrası təkrar süd verılə bilərmi?

Bədən şəkilləndirmə (beden sekillendirme) əməliyyatlarında həkim pasientı ilə birlikdə hərəkət edər. Xəstənin başqa tələbi olmadığı müddətcə süd kanalları kəsilməz.

Bədən şekilləndirmə əməliyyatında qarın gərmə əməliyyatı necə tətbiq olunur?

Xüsusilə doğum sonrası bəzi qadınlarda həddindən artıq dəri və yağ sallanmaları meydana gələ bilər. Qarın divarına gərginlik verən və daxili orqanların xaricə doğru şişməsini önləyən əzələlər,olması lazım olduğundan çox daha zəifləyər. Həkimin edəcəyi əməliyyat sonunda göbək dəliyi altında qalan sallanan,çatlaq dəri və yağ toxumaları çıxarılır, qarın bölgəsi və divarındakı əzələ toxuması gərginləşdirilər.

Qarın gərmə əməliyyatı əsnasında göbək yerini dəyişirmi?

Bədən şəkilləndirmə əməliyyatları (beden sekillendirme) böyük əməliyyatlar arasında sayılmaqdadır. Ümumiyyətlə qarın əzələlərin çoxu gərginləştirildiyi üçün və göbək altında olan dəri alındığı üçün göbək dəliyin yeri yenidən müəyyən edilir.

Keysəriyyə sonrası bədən şəkilləndirmə əməliyyatı tətbiq oluna bilərmi?

Bəli, tətbiq edilir. Amma bədən normal formasına dönənə qədər gözlənilməsi tövsiyə edilir. Armud böyüklüyündə olan uşaqlıq hamiləlik dövründə basket topu böyüklüyünə çatır. Bədən və orqanlar normal ölçülərinə və yerlərinə geri dönməsi ən azı 45 gün davam etməkdədir.

Bədən şəkilləndirmə də budların korreksiyası nəyi əhatə edir?

Normal doğum sonrası bəzi hallarda vajinada deformasiyalar görülə bilər. Hal-hazırda tətbiq olunan texnikalar sayəsində böyük və ya kiçik dodaqlarda olan sallanma və digər estetik problemlərin həlli var. Qasıq nahiyyəsi "Liposaksiya"sı (yağ alma) ilə zəiflədilir, "Liposaksiya" ilə şəkilləndirilir. Bəzi hallarda böyük və kiçik dodaqlara yağ injection olunaraq vəya digər plomb maddələri ilə şəkilləndirmək mümkündür.

Bədən şəkilləndirmə əməliyyatlarında Liposaksiya (yağ alma) olunurmu?

Doğum sonrası bədənin bəzi bölgələri həddindən artıq yağlanır və ya öncədən var olan yağlanma itməz. Qarın, bel, omba, joker bölgəsi, diz iç qisimi xüsusilə yağlanmağa uyğun olan və ən son əriməyə başlayan bölgələrdir. Ciddi idman belə nəticə verməz və hətta maddələr mübadiləsini belə poza bilər. Bədən şəkilləndirmə (beden sekillendirme) əməliyyatında istifadə olunan "Liposaksiya" (yağ alma) ilə gözəl nəticələr alına bilir..

Liposaksiya (yağ alma) əməliyyatında nə edilir?

"Liposaksiya" əməliyyatı bir zəifləmə metodu olmamaqla birlikdə kontur düzəltmə əməliyyatıdır. "Liposaksiya"  zamanı dərinin xəttləri formalaşdırılır. "Liposaksiya" üçün mənfi təzyiqli bir vakuum istifadə olunur.

Bədən şəkilləndirmə əməliyyatında hansı anesteziya istifadə edilir?

Kombinə əməliyyatlarda mütləq ümumi anesteziya tətbiq olunmalıdır.

Bədən şəkilləndirmə əməliyyatı sonrası xəstəxanada qalmağa ehtiyac varmı?

1 və ya 2 gecə xəstəxanada qalmaq məsləhət görülür.

Bədən şəkilləndirmə əməliyyatı sonrası xəstələr nə zaman normal həyata başlaya bilərlər?

Evə yazıldıqdan sonra 1 həftə evdə istirahət etmək lazımdır. Ümumiyyətlə 15 gündən sonra normal həyata dönmək mümkündür.

Bədən şəkilləndirmə əməliyyatı sonrası nə zaman idmana başlamaq olar?

 15 gün sonra gəzintiyə başlanır. 6 həftə ağır idmandan qaçınmaq məsləhətdir.

Bədən şəkilləndirmə əməliyyatı nə qədər sürər?

Bu əməliyyatlar, xəstədə olunacaq əməliyyatın planına görə 3-7 saat davam edən əməliyyatlardır.

Bədən şəkilləndirmə əməliyyatını kimlərə oluna bilər?

Xüsusilə çox kilo aldıqdan sonra qarını,süd vəziləri, ayaqları və ya qolları sallanmış, bədənində həddindən artıq piylənməsi olan,diabeti olmayan, ürək və ağciyərlərində problem olmayan xəstələrimizə bu əməliyyatı etmək mümkündür.

 

 

#bedensekillendirme #liposaksiya #yagaldirma #bedenkonturu #gozelbeden

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq plastik və estetik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. 

 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az