Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

LİPOSAKSİYA : Op.Dr Alif Huseynzade

Plastik və Estetik cərrah

LİPOSAKSİYA NƏDİR

Dieta və idman etməyinizə baxmayaraq, hələdə bədəninizin bəzi yerlərində bölgəsəl piy toplanması varsa, və bu bölgəsəl piylənməni aparmaq üçün başqa bir yol tapmırsınızsa, geyindiyiniz paltarların üzərinizdə gözəl durmağını istəyirsinizsə, o zaman “Liposaksiya” sizin daha gözəl görünməyinizə və özünüzü daha yaxşı hiss etməyinizə kömək ola bilər.

image-23-02-20-13-03.jpeg

Liposaksiya “lipos -yağ” və “suction=sovurmaq” sözlərinin birləşməsindən yaranaraq “vakumla piy sovurmaq” mənasını verir. Liposaksiya əməliyyatı, bölgəsəl piy toplantılarını o bölgədən uzaqlaşdıran cərrahi müdaxilədir. Bu müdaxilənin məqsədi bədəni şəkilləndirməkdir, amma çəkivermək üçün bir yol deyil. Yəni "Liposaksiya" arıqlamaq üçün deyil. Xüsusən də obezitenin (piylənmənin) müalicəsi deyildir.
Bədəninizin gizli yerlərində açılan kiçik giriş dəliklərindən sovurma gücünə sahib incə uzun borularla istəmədiyiniz nahiyələrdəki yağ toxumaları parçalanıb vakuum yaradılaraq uzaqlaşdırılır. Nəticədə bölgəsəl piylənmə olan nahiyələr yenidən şəkilləndirilərək daha düzgün bədən konturları əldə edilir.

image-23-02-20-13-03-3.jpeg

Liposaksiya əməliyyatı üçün kimlər uyğundur:

Əgər, bədəninizin başqa yerləri ilə müqayisədə daha piylənmiş nahiyələri varsa, bu nahiyələrdəki piylər dieta və idman ilə getmirsə, bu nahiyədəki dərinin elastikliyi yaxşıdırsa və dəridə büzüşmələr yoxdursa (çünki "Liposaksiya əməliyyatında" artıq dəri çıxarılmır), artıq kilolar ideal bədən kütləsi üzərində deyilsə. Həm kişi, həm də qadınlara icra oluna bilən liposaksiya müdaxilə qarında, beldə, budda, baldırda, qolda, kişi və qadın məməsində, popoda, kürəkdə və buxaqda olan piylənməni götürə bilər.

Ümumiyyətlə, bədəndəki yağ hüceyrələrinin sayı 18 yaşdan sonra sabit qalır. Beləliklə, böyük insanlar da kökəlmək yağ hüceyrələrinin sayının artması hesabına deyil, var olan hüceyrələrin böyüməsi hesabına olur. Yağ toxuması "Liposaksiya" ilə sovrulub çıxarıldıqda sözügedən piylər yox oldu deməkdir, amma qalan piylərin yağı depolayaraq böyüməməsi üçün dietaya diqqət edilməlidir. "Liposaksiya" əməliyyatının məqsədi bədən konturlarını gözəlləşdirmək və ideallaşdırmaqdır. Son nəticəni görmək üçün ən azı 6 ay gözləmək lazımdır. Ona görə də əməliyyatdan əvvəlki və sonrakı müqayisələr 6 ayın tamamında aparılmalıdır.

“Kanyula” olaraq adlandırılan, "Liposaksiya" zamanı piyləri çıxartmaq üçün istifadə olunan incə boruların giriş dəlikləri vaxt keçdikcə solur, hətta çox vaxt görünməz olurlar. "Liposaksiya" nın nəticəsi ümumiyyətlə qalıcıdır, amma hamiləlik, 10 kiloqramdan artıq kökəlmək və qeyri-düzgün həyat tərzi ona təsir edir.

image-23-02-20-13-03-2.jpeg

LİPOSAKSİYA ÜÇÜN MÜAYİNƏNİN ÖNƏMİ

"Liposaksiya" əməliyyatdan əvvəl konsultasiya çox vacibdir. Konsultasiya zamanı bədəniniz ilə bağlı rahatsızlıqların hamısını bizə deyirsiz. Yalnız belə olarsa, cərrahınız sizin nə istədiyinizi düzgün dəyərləndirə və bunun cərrahi müdaxilə ilə mümkün olub-olmayacağını sizə deyə bilər. Konsultasiya zamanı dərinizin elastikliyi, yəni keyfiyyəti qiymətləndirilir. Əgər yaxın zamanda hamiləlik və ya kilo dəyişimi planlayırsınızsa, bu haqda mütləq cərrahınıza deyin. Əlavə xəstəlikləriniz və istifadə etdiyiniz dərmanlar haqqında da məlumat verməyiniz şərtdir.

#liposaksiya #liposuction #yagaldirma #abdominoplastika #bedensekillendirme #liposaksiyabaki #liposaksiyabaku #liposaksiyaninqiymeti #Estetikcerrah

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq plastik və estetik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. 

 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az