Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Bariatrik cərrahiyyə sonrası qidalanma

Obezite ( Mədəkiçiltmə ) və Metobolik Cərrahiyyə sonrası Qidalanma

Mədəkiçiltmə əməliyyatlarında ( sleeve qastroektomy) mədə funsiyası dəyişmədən qalır ancaq mədə -nin 75-80 % - kəsilərək mədə həcminin azalmasını təmin edər. Mədəkiçiltmə əməliyyatı -nın funksiyası mədə -nin həcmini azaltmaqdır. Mədəkiçiltmə əməliyyatı uzun yolun başlanğıcı və sizin kilo verməyinizə yardımçı bir prosedurdur. Yəni mədəkiçiltmə əməliyyatı elətdirdim nə yesəm , günlük aktivliyim nə olur olsun kilo verəcəm deyə düşünməyin. Çünki mədəkiçilmə əməliyyatı kilo verməni qaranti etməz. Mədəkiçiltmə əməliyyatı -ın effektliyi sizin qidalanma qaydalarına əməl etməyinizdən asılıdır. Mədəkiçiltmə əməliyyatı sonrası qidalanma və günlük aktivliyinizi mütləq şəkildə dəyişməlisiniz. Effektli bir kilo verməyiniz üçün aşağıdaki qaydalara əməl etməlisiniz.

Mədəkiçiltmə əməliyyatından sonra qidalanma forması insanın fiziksəl quruluşundan asılı olaraq fərqli ola bilir. Buna görə bəzi qidaların daxil etmək bəzilərini isə qida rasiyonundan çıxartmaq olar. Mədəkiçiltmə əməliyyatı -dan sonra pasient müəyyən miqdarda daimi idman etməyə hazır olmalıdır. Bunları edərək həm sonradan kilo almağa mane olar həmçinin kilo verməni asalnaşdırar. Kilo vermək və almağı nəzarətdə saxlamaq üçün yediklərinizin kalorisini, ne yediyiniz, necə yandıra biləcəyinizi yaxşı düşünmək, əməl etmək və bunları vərdiş halına gətirməyi bacarmalısınız. Çünki kilo vermək nəzarətdə saxlanılacaq bir prosedurdur. Bunun bölməsi vurması yoxdur yalnız toplama və çıxmadan ibarətdir. Bu qədər sadə... Bəs bunları tətbiq etmək rahatdırmı? Əlbəttə ki xeyr. Ona görə mədəkiçiltmə əməliyyatı pasientə bunları etməyi asanlaşdıran bir prosedurdur.

MƏDƏKİÇİLTMƏ ƏMƏLİYYATI SONRASINDA QİDALANMA DÖVÜRLƏRİ

SİZİN ÜÇÜN ƏMƏLİYYATDAN SONRAKİ 1 AY ÇOX ÖNƏMLİDİR

QİDALANMA DÖVRÜNÜ 4 DÖVÜRƏ BÖLÜN

1- DÖVÜR

            İlk 2 həftə ( maye qidalanma)

2-DÖVÜR

            Sonrakı 2 həftə (yumuşaq konsistensiyalı qidalanma)

3-DÖVÜR

            1 aydan sonrakı ( qatı qidalanma)

4-DÖVÜR

            İdeal kilonuzdan sonrakı qidalanma

Mədəkiçiltmə əməliyyatdan sonra 4 həftə müddətində qatı qidalanma qəti qadağandır. Bunun əvəzində ilk 2 həftə maye diet və sonrakı 2 həftə yumuşaq qidalanmalıdır. Qatı qidalar mədə -nizdə olan tikişlərə təzyiq edər və mədə -nizin genişlənməsinə səbəb olar. Yaranın sağalmadığı üçün və kaçak riski olduğu üçün qaydalara mütlək şəkildə əməl etməlisiniz.

Birinci aydan sonra yüksək proteinli və aşağı kalorili qatı qidalanmaya başlaya bilərsiniz.

Mədəkiçiltmə əməliyyatından sonra klinikada olarkən sizə maye içəcək veriləcək .

Maye içərkən yavaş udmalı böyük porsiyada udulmamalıdır. 3 gün müddətində yalnız maye qəbul ediləcək.

         Su içməyə başladığınızı 1.gün kimi qəbul edək

  1. Gün 20 dəqiqədən bir 10 ml su içməlisiniz
  2. Gün 20 dəqiqədən bir 15 ml su və 15 ml meyvə şirəsi (almaq şirəsi daha uyğundur) dəyişərək qəbul edəcəksiniz
  3. Gün səhər qalxdığınızda 500 ml lik bir şüşəyə su, diğər 500 ml lik şüşəyə isə almaq şirəsi doldurun. Axşam yatıncaya qədər yudum yudum ən az bu 1 litr mayeni içib qurtarmalısınız. Içə bilsəniz daha artığın içə bilərsiniz ancaq tək şərt mədə-ni çox gərginləşdirməməkdir.

Bu aralıqda içdiyiniz meyvə şirələri aydın olmalı , içərisində meyvə hissəcikləri olmamalıdır. Açıq meyvə sularına alma suyu,ananas suyu,albalı (vişnə) suyu..... ( tərkibində kalium daha çox olduğundan alma suyunu daha çox məsləhət bilirik)

  1. Gündən başlayaraq tam maye qidalara başlaya bilərsiniz. Qidalar tamamən həll olmuş şəkildə işərisində toxum, qida hissəciklər olmamalıdır.

Gündə 3 ana yemək 3 ara yemək olacaq

Ana yemeyində 1 stəkan: Ət suyu, yağsiz qatıq və ya pomidor supu

Ara yemeyində 1 stəkan : Süd və ya ayran və ya meyvə şirəsi ,şəkərsiz kampot

Bu aralıqda qəbul ediləbiləcək mayelər bunlardır:

  • Su
  • Şəkərsiz bitki çaylar
  • Meyvə şirəsi

Vacib qeydlər:

  • Yedikləriniz mütləq proteinlə zəngin olmalı, içərisində hissəciklər olmamalı və təmizlənmiş şəkildə olmalıdır.
  • Bu bölümdə 3 əsas 3 ara qidalanma olmalıdır.
  • Lütfən qidaları az porsiyalarda az az udaraq qəbul edin və toxluq hiss etdiyinizdə və ya mədənizdə gərginlik hiss etdiyiniz anda fasilə verin
  • Normal süd əvəzinə laktozasız süd məqsədəuyğundur
  • Qidalanma aralarında maye qəbul edə bilərsiniz. Mümkün qədər gün ərzində 1 litr maye qəbul etməyə çalışın.
  • Əgər kifayət qədər qida qəbul etmədiyinizi düşünsəniz ilk öncə proteyinlə zəngin olan süd və ayran kimi içəcəkləri qəbul edin daha sonra istədiyiniz gərəkən mayeləri qəbul etməniz məsləhədir.
  • Bir yudum maye ilə başlayın və toxluq hiss edənə qədər davam edin. Toxluq hiss etdikdə mütləq dayanın.
  • Mədədə ağrı və bulantı hiss etdiyinizdə rahatsizlıq keçənə qədər maye qəbulunu dayandırın.
  • Duru qida qəbulu çox olarsa mədə çox dolacaq və qusma olacaq

Mədəkiçiltmə əməliyyatı sonrasinda qazlı içkilərin qəbulu qadağandır. Qazlı içkilər mədə -nizdə qaz qabarcıqları yaratdığından mədə həcminin böyüməsinə səbəb olur . Buna görə bu tip içkilərdən çəkinmək lazımdır.

2 ci DÖVÜR

Yumuşaq konsistensiyalı qidalanma

Vaxt: 2 həftə

 

 
  • Əgər uyğunlaşa bilirsənizsə yumuşaq konsistensiyalı qidalara keçə bilərsiniz
  • Əgər duru halda olan qidalara öyrəşə bilmirsənizsə maye içəcəklərə davam edin. Müəyyən fasilələrə duru qidalara keçməyi yoxlayın .
  • Bu aralıqdaki bütün yedikləriniz duru həll olunmuş formada olmalıdır. ( uşaq yeməkləri kimi)
  • Bunun üçün bütün qidalar blenderden keçirilməlidir
  • Qəbul etdiyiniz qidaların tərkibində yağ və şəkər çox az olmalıdır.
  • Gündə 3 əsas yemək 3 ara yemək olmalıdır.
  • Qida ağızda yaxşı çeynənilməli və yavaş yavaş yeməlisiz
  • Gündə ən az 3 lt su ilməlisiniz ( digər maye içkilər bura ait deyil) Unutmayın udum udum
  • Yemek ilə birlikdə su içməyin
  • Kifayət qədər protein aldığınıza əmin olun. Yeyərkən ilk olaraq proteinli qidaları qəbul edin
  • Yeyəcək və içəcəkləri eyni vaxtda qəbul etməyin. Eyni vaxtda qəbul etdikdə mədənizin dolmasına səbəb olur və qusma ilə nəticələnər.

Səhər yeməyində: 1 stəkan – yağsiz qatıq və ya lor pendir

Ana yemekdə: 1 kiçik kasa – pomidor supu.qatıq supu,toyuq ve ya balıq püresi, sebze (tərəvəz) püresi

Ara yemeklərdə: süd , yoqurt, Ayran, Meyvə şirəsi, şəkərsiz dənəsiz kompot, meyvə püresi

3 cü DÖVÜR

Yumuşaq –qatı və normal qidalanma

Vaxt : İdeal kilonuza çatana qədər

 

   Əgər püre qidalara 2 həftə müddətində uyğunlaşa bilmisizsə 3-cü qidalanma dövrünə keçə bilərsiniz:

  • Qidalar yumuşaq olmalıdır. Blendirdən keçirtməyə və ya püre halında olmasına ehtiyac yoxdur
  • Yediklərinizi ağzınızda püre halına gətirənə qədər çeynəyin. Yaxşı çeynənilməmiş qidalar mədənizdə rahatsizlıq yarada bilər və bu qusmaya səbəb olar
  • Mümkün qədər yavaş yeməyə çalışın. Bir yemək zamanınız təqribən 45 dəq olmalıdır. Birlikdə yemək yediyiniz insanlara yavaş yeməli olduğunuzu deyin və sizi tələsdirməməyi izah edin.
  • Bədəninizin toxluq siqnalına çox diqqət edin. Toxluq hiss etdiyinizdə və mədənizdə gərginlik hiss etdiyinizdə yeməyi və içməyi saxlayın. Artıq bir udum su belə mədənizdə ağrıya və ya qusmaya səbəb ola bilər.
  • Tərkibində yağ, kalorili və ya şəkər çox olan qidalardan çəkinin
  • Az yağla bişirilmiş qidalara üstünlük verin.
  • Hər gün mütləq şəkildə proteinli qidalar qəbul etməlisiniz
  • Yüksək proteinli qidalar ilk öncə qəbul edilməlidir.
  • Gündə ən azı 3 lt su içilməlidir. ( unutmayin udum udum)

İLK 6 AY MÜDDƏTİNDƏ UZAQ DURULMASI QİDALAR BUNLARDIR

  • Makaron və s kimi tərkibində un olan bütün qidalar
  • Tərkibində şəkər çox olan bütün qidalar
  • Alkoqollu içkilər
  • Quru tərəvəz (bulqur , Qarğıdalı qurusu və s )

DİQQƏT:

  • İdeal çəkinizə çatana qədər un , şəkər, alkoqollu içkilər    olmamalıdır.
  • Problem yaşayarsınızsa gerini düşünün və səbəbini tapmağa çalışın.

         *--Qidanı çeynəmədən və ya tez tez yediniz,

         *--Yeməklə eyni vaxtda su içdiniz,

         *--Həzm olunması çətin qidalar qəbul etdiniz ,

         *--Rahatsızlığın yaranmasının səbəbini tapmağınız sizə daha sonra bunları etməməyinə kömək edəcək,

         *--Qidalanma günlüyü tutmaq, belə problemlərdə sizə kömək edər

         *--Davamlı qusmanız olarsa həkiminizlə əlaqə saxlayın

  • Yaxşı qidalanmanıza əmin olmaq üçün gündə ən az 3 dəfə qidalanmalısınız.
  • Qidalanmanı gecikdirməyin və ayaq üstə tələsərək yeməyin. Belə etdikdə yaxşı çeynənilmədiyindən və surətli qidalanma ilə əlaqədar istənilməyən təhlükəli vəziyyətə düşə bilərsiniz
  • Yeni kiçik mədənizin həzm etməsində çətinlik çəkdiyi qidalar ola bilər
  • Yeni mədənizin müxtəlif qidaları rahat həzm edə bilməsi sizin qidanı yaxşı çeynəmənizə , yeməyin necə bişirildiyinə və necə hazırlandığından asılıdır
  • Bir qidanı kiçik miqdarda yoxlayın əgər uyğunlaşmadınızsa saxlayın 1-2 gün sonra təkrar yoxlayın
  • Bağırsaqla bağlı dəyişikliklərin olması normaldır. Bunun səbəbi əməliyyatdan sonra yediyiniz qidanın miqdarı əməliyyatdan əvvəlki ilə müqayisədə az olmasındandır.
  • Mərcimək, noxud, lobya ... ( porsiyon kontrolu vacibdir)
  • Təzə tərəvəz və meyvələr
  • Yemək arasında maye qəbulu çox vacibdir
  • Günlük ən azı 3 lt su qəbul etməlisiniz. Əgər içdiyiniz suyun miqdarını ölçə bilmirsəniz sidiyinizin rənginə diqqət edin. Sidiyin rəngi açıq şəffaf olana qədər su için
  • Mədəkiçiltmə əməliyyatı sonrası qidalanma ilə bədəninizin əksər ehtiyacını ödəyə bilərsiniz. Ancaq bədənin ehtiyacı olan vitamin və minerallar ödənməz. Buna görə normal bir qida rejimində olmadığınız müddətdə multi vitamin və mineralların qəbulu vacibdir. Qəbul edəcəyiniz vitamin mineral preparatlar əziləbilir, çeynəniləbilir formada olmalıdır. Ən azından ideal kilonuza çatana qədər vitamin –mineral preparatlarının qəbul edilməsinə məcbursunuz

Dietin 4 cü dövrü

 

         İdeal kinonuza çatdıqdan sonra da diet şəklinizi dəyişdirməyin. Uzun zaman itirdiyiniz kilonu saxlamaq üçün sağlam -lanmaya davam edin.

  • Kiçilmiş yeni mədə -nizə görə yeyə biləcəyiniz qida -nın az olmasına baxmayaraq tez tez kalorili qida -lar qəbul etsəniz yenidən kilo almanıza səbəb olacaqdır.
  • Alkoqollu içkilərdən çəkinin. Ona görə ki yüksək kalorilidir və iştahınızı artıracaq. Tez bir zamanda sorula bildiyindən az miqdarda belə alkoqol qəbul etdiyinizdə sizin üçün xoşagəlməz hal yarada bilər.
  • Qısacası hər şey yeyə bilməniz hər şey içəbilməniz o demək deyil ki, köhnə vərdişlərini davam etdirməlisiniz. Çünki köhnə vərdişlərinizə dönməyiniz əvvəlki kilonuza dönməyinizə səbəb olacaq.

İdaman və gündəlik aktivliyiniz

Klinikadan çıxdım deyə yataraq istirahət etməliyəm deyə düşünməyin. Klinikadan çıxdıqdan sonra az da olsa gündəlik gəzin. İlk bir həftə müddətində gəzərkən mütləq yanınızda bir nəfər olsun və avtomobil idarə etməyin.

Əməliyyatdan sonra ilk müayinəyə gəldikdən sonra gündə ən azı 20 dəq gəzin. 1-ci ayın axırına qədər az- az artıraraq gəzməyinizi gündəlik 45 dəq yə çatdırın.

İşimlə əlaqədar onsuz da gəzirəm deyə düşünməyin. İdman geyiminizi geyinin idman etməliyəm deyə düşünün və bunu etməyiniz çox vacibdir. Lazım gələrsə gündəlik bir saat az yatın ama idmanınızı mütləq edin.

Ilk 2 ay müddətində idman ancaq gəzməkdən ibarət olacaq. 2 ay sonra müayinəyə gəldikdən sonra ekstra bir problem çıxmazsa artıq alətlərlə idmana başlaya bilərsiniz.

İdmanı yaşam tərzinə çevirməniz çox vacibdir. Gününüzün ən azı 1 saatını idman məqsədi ilə gəzintiyə çıxın.

Siz hovuza az az su tökərək hovuzu doldura bilərsiniz burda en vacib şərt hovuzun düzgün qurulmasıdır. Elə buna görə sizin bədəninizin kalorini yandırmasının düzgün nəzarəti sizin idmanla məşğul olmağınızdan asılıdır.

KONTROL MÜYİNƏLƏRİNİZ

Hər şey yolunda getsə belə periodik kontrol müayinələriniz olacaqdır. Standart olaraq kontrol müayinı tarixləriniz:

  • Klinikadan çıxdıqdan 1 həftə sonra
  • Əməliyyatınızın 1-3-6-9 və 12 ci aylarında
  • 1 il olduqdan sonra hər 6 aydan bir

Bunların kənarında hər hansi bir rahatsizlıq , bir şikayətiniz olursa doktorunuzla əlaqə saxlayın. Vəziyyətin ciddiliyinə siz özünüz qərar verməyin. Zəng edin doktorunuzdan soruşub nə etməli olduğunuza birlikdə qərar verin.

MÜTLƏQ DİQQƏT EDİLƏCƏK DAVRANIŞLAR

  • Tez- tez yeməyin. Hər yemək zamanınız ən azı 30 -35 dəq olmalıdır.
  • TV qarşısında yeməyin.
  • Yemək yeyərkən kitab,qəzet və s kimi oxumayın
  • İşləyərkən yeməyin
  • Evdə iştah çəkici qidalar saxlamayın.
  • Evdə sağlam , təbii qidalar saxlayın
  • Yemek yemədikdə zaman ayırası hobbi seçin özünüzə
  • Yeməkdən sonra dişlərinizi fırçalayın
  • Tədbirlərdə yemək yeyilən stollarda iştahanız çəkməsin deyə çox oturmayın
  • Lift əvəzinə pilləkənlərdən istifadə edin
  • Yeyəcək günlük tutun
  • Gündəlik idman edin
  • Hər gün nə qədər protein və neçə ml maye içdiyinizi çalışın qeyd edin

Op.Dr. Əlif Hüseynzadə

+994050 512 00 60

 

 

 

 

 

#bariatrikcerrah  #medekiciltme  #medekichiltme  #bariatriyabaku  #umumicerrah  #yaxsicerrah  #bariatrikmerkez  #klinika  #xeste  #pasiyent  #bariatrikemeliyyat  #saglamariqlama  #saglamqida  #hekim  #tecrubelibariatrikcerrah  #pesekarbariatrikcerrah  #medekiciltmeazerbaycan  #bariatriyabaki  #bariatriyaazerbaycan  #bariatrikmerkez  #abdominoplastikabaku  #abdominoplastika  #dralif  #dr-alif.az  #dralifhuseynzade  #yaxsihekim  #blefaroplastikabaku  #instagram  #instabaku  #aztagram  #qadinlar  #girl  #qaringerme  #qarinestetikasi  #baki

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az

© 2014 - 2019 Dr-alif.az . Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design