Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Arıqlatma Cərrahiyyəsi " Bariatrik Cərrahiyyə "

  1. Bariatrik cərrahiyyənin ( arıqlama əməliyyatı ) faydaları.

Tibb sahəsində aparılan araşdırma nəticəsində icra olunan əməliyyatın keyfiyyəti, effektivliyi, uzun zaman sonrasında yarada biləcək fəsadları, orqanizmə gətirdiyi faydalar və s kimi göstəricilərin yekununda A,B,C kimi göstərici təyin edilir. Bariatrik cərrahiyyənin ( arıqlama əməliyyatı ) kəskin piylənmədə effektiv və uzun müddətli effektiv olması, artıq çəkiylə bərabər olan yanaşı xəstəliklərdən yekunda orqanizmi azad edə bilməsi ( məs : arterial hipertenziya, qaraciyər yağlanması, osteoartroz, ürəyin işemik xəstəlikləri, 2 ci tip şəkərli diabet və s kimi çoxsaylı xəstəliklərdir. Bariatrik Cərrahiyyə ( arıqlama əməliyyatı ) ömrü uzada biləcək bir cərrahiyyədir və bu qətiliklə qəbul edilmişdir. Mədə kiçiltmə  ( arıqlama əməliyyatı ) əməliyyatları ömrü uzatmaq anlamında bir çox onkoloji və ya qaraciyər köçürülməsi əməliyyatlar ilə müqayisə olunacaq bir əməliyyatdır.

         Mədə kiçiltmə ( arıqlama əməliyyatı ) laparoskopik icra olunan bir əməliyyatdır. Son zamanlarda əksər açıq cərrahiyyənin yerini laparoskpik cərrahiyyə tutduğundan Mədə kiçiltmə( arıqlama əməliyyatı ) cərrahiyyəsində də açıq cərrahiyyədən danışmaq düz olmazdı .

         Bariatrik cərrahiyyə ( arıqlama əməliyyatı) ilk dəfə malobsortiv əməliyyat kimi daha sonralar restriktiv və kombinasion əməliyyatlar kimi formalaşmışdır. Qeyd etdiyimiz kimi bariatrik cərrahiyyə artıq çəkidən ( piylənmədən ) azad olmaq üçün icra olunan əməliyyatlardır.

        Bariatrik cərrahiyyə ( arıqlama əməliyyatı ) gənc sahə kimi keçən əsrin ortalarından inkişaf etməyə başlamışdır. Bu qısa müddət ərzində  çoxsaylı əməliyyat növləri işlənib hazırlanmış, sınaqdan keçirilmiş və bariatrik cərrahiyyənin fundamental prinsipi formalaşmışdır:  yüksək və davamlı çəki itkisi, minimal yan təsir əsas göstəricilərdir. Lakin hələ də ideal hesab edilən əməliyyat tapmaq çətindir. Ona görə də bu sahədə tədiqiatlar və axtarışlar sürətlə davam etməkdədir.

       Bariatrik sözü yunan sozündən götürülüb “baros”- ağır , “latros”_ həkim mənasını verir. Piylənmənin cərrahi müalicəsi üçün ilk əməliyyat 1954 cü ildə Kremen tərəfindən Jejunoileal baypass əməliyyatıdır. O gündən indiyə qədər əməliyyat texnikası inkişaf etdirilmiş və minlərlə insan üzərində icra edilmişdir. Bariatrik cərrahiyyənin tətbiqi ilə piylənmə ilə yanaşı olan xəstəliklər məsələn : 2ci Tip Şəkərli Diabet, Hipertenziya, Dislipidemi, Yuxuda boğulma sindromu və s kimi çox saylı xəstəliklər də sağalmış olur. Bariatrik cərrahiyyə sonrası çox sayda metobolik problemlər həll olduğundan Bariatrik cərrahiyyə ( arıqlama əməliyyatı ) yerinə son zamanlarda “Metobolik Cərrahiyyə” sözü daha çox işlənməyə başlamışdır.

        Bariatrik cərrahiyyə ( arıqlama əməliyyatı ) istifadə olunan əməliyyat növləri 3 əsas başlıqda toplanır.

  1. Sorulmanı pozan əməliyyatlar: Sorulmanın aktiv olduğu incə bağırsağın baypass edilməsi ilə sorulmanın azalması ilə kilo itirilməsinə səbəb olan əməliyyatlar
  2. Qida qəbulunu azaldacaq ( həcim kiçildici ) əməliyyatlar
  3. Kombinasion əməliyyatlar. Yuxarıdakı hər iki funsiyanı özündə birləşdirən əməliyyat növləridir

İDARƏ OLUNABİLƏN MƏDƏ KƏLƏPÇƏ

         İdarə olunabilən mədə kələpçə restriktiv bir metoddur. Mədənin proksimalında yerləşdirilən bir band 30 ml lik bir cib yaradır və bu bandı idarə etmək mümkün olduğundan qida qəbulunu azaltmaq və toxluq hissini uzun müddət saxlamaq mümkündür.

         Avantajları: Əməliyyatın rahat icra oluna bilməsi, geri dönüləbilən olması, idarə oluna bilən olması, az invaziv bir üsul, vitamin və mineral dəstək ehitacı bu prosedur sonrasında çox ehtiyac olmur. Mədə və bağırsaq rezeksiyası icra edilmir.

         Dezavantajları və ağırlaşmaları: Bandın sürüşməsi, mədənin dəlinməsi çox rast gəlinir.

         Kilo itkisi: Birinci il %40-50, 5 il sonra %30-50

M_DE_KELEP_ES_.jpg

                             Şəkil 1. Mədə kələpçəsi

SLİV QASTREKTOMİ

MƏDƏ KİÇİLTMƏ ( MƏDƏNİN BORUVARİ REZEKSİYASI)

        Mədə kiçiltmə ( arıqlama əməliyyatı ) əməliyyatında mədənin böyük əyriliyinin böyük hissəsinin çıxarılaraq mədəyə boru forması verilən bir əməliyyatdır. Digər bir ad olaraq mədənin boruvari rezeksiyası da deyə bilərik. İlk əvvəllər çəki indeksi 60 dan yuxarı olan insanlarda ilkin olaraq çəkinin azalması və sonra gastrik baypass, biliopankreatik diversion kimi əməliyyatlar aparılması üçün icra olunurdu. Sonralar mədə kiçiltmə (arıqlama ) əməliyyatının özünün ayrıca bir effektiv olduğu qəbul edilib son zamanlarda çox tətbiq edilməyə başladı. Günümüzdə “ bariatrik əməliyyatlar ” içərisində mədə kiçiltmə əməliyyatı ( medekiciltme ) ən çox icra olunan əməliyyatlardandır.

         Avantajı: Etibarlı və rahat icra edilə bilməsidir. Qida qəbulunu azaltmaq xüsusiyyəti ilə yanaşı Qrelin hormon miqdarını aşağı saldığından iştah azaldıcı effekti vardır. Pilor sağlam qaldığı üçün dempinq sindromu əmələ gəlmir. Cərrahi riski yüksək olan super obezlərdə və kron xəstəliyi olan insanlarda çox ideal bir əməliyyat növüdür.

        Dezavantajı və ağırlaşmaları: Stepler xəttindən qaçaq riski, geri qayratıla bilməyən bir əməliyyat forması

        Kilo itkisi : İlk birinci il %60-67 , 5 il sonra %53-65

tup mide.png

                     Şəkil 2. Mədə Kiçiltmə

                            ROUKS EN Y QASTRİK BAYPASS

         Rouks en Y qastrik baypass ( arıqlama əməliyyatı ) həm mədə kiçildici həmçinin də sorulmanı pozan bir kombinasion əməliyyat formasıdır. Mədə girəcəyində ( proksimalında) 30 ml lik bir cib yaradılır və treys bağından 30-50 sm distalda nazik bağırsaq kəsilir və distal ucu yaradılmış kiçik mədə arasında anastamoz ( gastro-jejunostomiya) qoyulur. Bu bucağa Rouks bucağı deyilir. Nazik bağırsağın proksimal ucu isə Rouks bucağından 75-150 sm distalda jejunuma bağlanılır.

         Avantajı: Kiçik mədə qaldığından qida qəbulunu azaldır. Bağırsaqda sorulmaq pozulması kilo itirilməsinə kömək edir. Əməliyyat sonrasında Qrelin hormon miqdarının aşağı düşməsi və GLP-1 miqdarında yüksəlməsi həm kilo itirməkdə həm də metobolik nəticələrin düzəlməsinə əlavə olaraq effektli edir. Çox nadir də olsa gedi döndürəbilən bir əməliyyatdır. Uzun zaman effektivliyi və güvənirli olması morbid piylənmə xəstəliyinin müalicəsində qızıl standart kimi qəbul edilmiş əməliyyatdır.

         Devantajı və ağırlaşmaları: Çox mürəkkəb və çətin bir əməliyyatdır. Bu sahədə təcrübəli bir ekib tərəfində icra olunmalı və nəzarətdə saxlanılası bir əməliyyatdır. Stepler xəttindən qaçaq, stoma obstruksiyası, demping sindromunun olması mümkündür. Sorulma pozulması ilə əlaqədar vitamin və mineral çatmamazlığının əmələ gəlməsi daha çox rast gəlinir.

         Kilo itkisi : İlk il %70 , 5 il sonra %60

roux en.jpg

         Şəkil 3. Rouks en Y Qastrik baypass

                            BİLİOPANKREATİK DİVERSİYON (BPD)

                                     DUODONAL SVİÇ (DS)

Bu iki əməliyyat ayrı ayrılıqda və ya birlikdə icra oluna bilir.

         Avantajı: Qida qəbuluna çox məhdudiyyət qoymadan uzun zaman sonrasında maksimum kilo itirmək. 2 ci Tip Şəkərli tiabet, Hipertenziya, Dislipidemi kimi problemlərin həllində ən effektiv üsuldur.

         Dezavantajı: Əməliyyatın uzun zaman sonrasında sorulma problemi yaradacaq bir üsuldur. Yağda əriyən vitamin və protein çatışmazlığı yaradır. Qanama, qaçaq , yaranın infeksiyalaşması kimi ümumi digərlərində olan problemlərlə yanaşı əməliyyatdan qısa zaman sonra ciddi diareya və steatoreyanın olması 10 % dan çox rast gəlinir.

         Kilo itkisi : ilk il %75, 5 il sonra %70-90

biliopankreatik.jpg

             Şəkil 4. Biliopankreatik diversion

duodenal svi.jpg

Şəkil 5. Bilopankreatik diversion və duodonal sviç

Bu 4 üsul Bariatrik cərrahiyyədə qəbul edilmişdir. Bunlardan başqa digər prosedurların uzun zaman sonrasında effektliyi dəqiqləşdirilmədiyindən qəbul edilməmişdirlər.

MİNİ QASTRİK BAYPASS

Mini qastrik baypass ( arıqlama əməliyyatı ) son illərdə çox istifadə edilməyə başlamışdır. Mini qastrik baypassda daha az anastomozun qoyulması və mədə cibinin distalında anastomozun qoyulmasına görə ən asan əməliyyatlardan hesab edilir ancaq bu sahədə təcrübəsi olan mərkəzlərdə və bu sahədə təcrübəsi olan cərrahlar tərəfindən icra olunması məsləhət görülür. Qida qəbulunu azaldan və sorulmanı pozan bir əməliyyat formasıdır. İlk dəfə 1967 ci ildə Ması və İto tərəfindən icra olunmuşdur. Rouks en Y qastrik baypass a görə daha az anastozdan istifadə edilməsinə görə bir çox mərkəzlərdə son illərdə çox istifadə edilməyə başlanılmışdır

         Avantajları: Kombinə əməliyyatlar içərisində daha rahat icra oluna bilən bir əməliyyatdır. Uzun zaman ərzində effektivli qəbul edilən və komplikasiyonu olduqda rahat aradan qaldırıla bilən bir əməliyyatdır.

         Dezantajı və ağırlaşmaları: Anastomoz xəttindən qaçaq, demping sindromu, reflü, ödün mədəyə reflü verməyidir. Mədədə sonradan xora yaratmaq riski %0.6-4 dür. Geri qaytarıla bilməyən amma modife edilən bir əməliyyatdır.

         Kilo itkisi: ilk il %77 5 il %65-70

mini qastik baypass.jpg

         Şəkil 6. Mini qastrik baypass

 

 

 

 

 

#bariatrikcerrah  #medekiciltme  #medekichiltme  #bariatriyabaku  #umumicerrah  #yaxsicerrah  #bariatrikmerkez  #klinika  #xeste  #pasiyent  #bariatrikemeliyyat  #saglamariqlama  #saglamqida  #hekim  #tecrubelibariatrikcerrah  #pesekarbariatrikcerrah  #medekiciltmeazerbaycan  #bariatriyabaki  #bariatriyaazerbaycan  #bariatrikmerkez  #abdominoplastikabaku  #abdominoplastika  #dralif  #dr-alif.az  #dralifhuseynzade  #yaxsihekim  #blefaroplastikabaku  #instagram  #instabaku  #aztagram  #qadinlar  #girl  #qaringerme  #qarinestetikasi  #baki

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az

© 2014 - 2019 Dr-alif.az . Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design