Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

dral 2

Dr. Hüseynzadə Əlif Hüseyn oğlu 28.03.1986- cı ildə anadan olmuşdur.

2003-cü ildə Azərbaycan Tibb Univerisitetinin müalicə işi fakultəsinə daxil olub. 2010-cu ildə ümumi cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. 2011-2012-ci illərdə Füzuli Müalicə Diaqnostika mərkəzində, 2012-2018 ci illərdə Abşeron Rayon Mərkəzi xəstəxanasında həkim ümumi cərrah vəzifəsində çalışmışdır. Bu illər ərzində fəaliyyətinin əsas hissəsini Premium Klinikdə icra etmişdir.

İşlədiyi müddətdə Türkiyənin tanınmış GOP (Qaziosmanpaşa), Ekol (İzmir) hastanesində “Bariatrik və Metobolik cərrahiyyə”, “Endokrin Cərrahiyyə” “Laparaskopik Cərrahiyyə” üzrə ixtisaslaşma kursları keçmişdir. Bununla yanaşı dəfələrlə Konfrans, Simpozium, Treyninqlərin iştirakçısı olmuşdur. Yüzlərlə açıq və laparaskopik əməliyyatları uğurla icra etmişdir. Hal-hazırda doktrantura üzrə təhsil alır.

Hədəfi insanlara sağlam həyat bəxş etməkdir.

Xidmətlərimiz

UŞAQLIĞIN FİBROMİOMASI, DİAQNOZU, MÜALİCƏSİ

Uşaqlığın Fibromioması

        Uşaqlığın fibromaları həmçinin fibroidlər, leyomiomalar və miomalar kimi də adlanır.

Fibromiomalar (fibromalar, leyomiomalar) reproduktiv yaşda olan qadınlarda tez-tez rast gəlinir və aybaşı zamanı ağır qanaxmaya səbəb ola bilər. Fibromiomaların effektiv müalicəsi histerektomiyadır ( uşaqlığı xaric etmək ), lakin hazırda uşaqlığın saxlanılması ilə aparılan cərrahi müdaxilələrin sayı da artmaqdadır və onlar xəstə ilə müzakirə edilməlidir.

         Ümumiyyətlə, ədəbiyyatın təhlili göstərir ki, ağ dərili qadınlarda həyat boyu fibromiomanın inkişafı riski yüksəkdir

         Fibromalar ağır və ya uzunmüddətli menstrual qanaxmaya səbəb olur. Bu isə öz növbəsində reproduktiv yaşlı qadınlarda anemiya ilə ( qan azlığı) nəticələnir. Fibromalar səbəbindən qanaxma həm də menopauza keçirən qadınlarda müşahidə edilə bilər. Lakin bu yaşda olan qadın əhalisində cinsiyyət yollarından qanaxma ciddi müayinənin aparılmasını və endometrial hiperplaziya, karsinoma (bədxassəli törəmə) və digər bu kimi xəstəliklərin istisna edilməsini tələb edir. Böyük ölçülü fibromalar və böyümüş uşaqlıq özü özlüyündə "böyük kütlə" nəticəsində qarındaxili simptomlara səbəb ola bilər. Həmin simptomlar arasında mədə-bağırsaq və sidik ifrazı sistemlərinin funksiyasının pozulması tez-tez rast gəlinir. Ağrılı aybaşılar, aybaşılarla bağlı olmayan çanaqdaxili ağrı, sonsuzluq və təkrarlanan spontan abort halları da fibromioma səbəbindən yarana bilən simptomlardır. Lakin qeyd edilməlidir ki, fibromiomaların bir çoxu asimptomatik olur. Simptomatik fibromiomaları olan bəzi qadınlarda fibromiomalar səbəbindən baş verən ağır menstrual qanaxmalar menopauza başladıqdan sonra aradan qalxmış olur. Həmçinin menopauza keçirən qadınlarda  fibromalar çox vaxt büzüşür, kiçilir və fibromiomaların səbəb olduğu simptomların yaxşılaşması müşahidə edilir.

uterine-fibroids.jpg


Şəkil 1. Fibromaların təsnifatı və lokalizasiyası.

 

FİBROMALARIN İNKİŞAFI İLƏ BAĞLI RİSK FAKTORLARI.

Xəstənin yaşı fibromaların inkişafı riski ilə bağlıdır. 

Həm reproduktiv, həm də ətraf mühitlə bağlı faktorlar fibromaların inkişafı riskini artırır. Doğuşların sayı fibromaların inkişafı riskini azalmasını düşünürük.. Bu guman ki, postpartum (zahılıq) dövründə uşaqlığın kiçilməsi hesabına fibromaların da aradan qalxmasına səbəb olur. Erkən menarxe (ilk aybaşı) və 16 yaşdan öncə oral kontraseptivlərin istifadəsi fibromaların inkişafı riskini artırır. Yalnız progestin tərkibli kontraseptivlərin istifadəsi isə fibromiomaların inkişafı riskini azaldır. Müşahidəli tədqiqatların nəticələri göstərib ki, pəhriz də fibromaların inkişafına təsir edir. Belə ki, çoxlu miqdarda meyvə, tərəvəz və aşağı yağlılığıa malik süd məhsullarından istifadə fibromaların inkişafı riskini azaldır. Bəzi tədqiqatlara əsasən piylənmədən ( piylenmeden ) fibromaların inkişafı riskinin artması ilə bağlıdır. Bəzi genetik mutasiyalar da fibromaların inkişafına təsir göstərir.

DİAQNOSTİKA.

            Güclü qanaxma ilə müşayiət olunan aybaşı və ya ginekoloji müayinədə uşaqlıq törəməsinin aşkar edilməsi premenopauzası olan qadınlarda uşaqlığın fibromalarına şübhə yaradır. Uşaqlıq fibromalarının diaqnostikasında US müayinəsi standart diaqnostik metod hesab edilir. US müayinəsi asan və ucuz metoddur və hamiləlik və ya uşaqlıq artımlarının törəmələri səbəbindən böyümüş uşaqlığı uşaqlığın fibromalarından differensiasiya etməyə imkan verir. 

           Xəstənin klinik müayinəsindən asılı olaraq əlavə görüntüləmələr aparıla bilər. Güclü menstrual qanaxması olan qadınların US müayinəsi zamanı endometrial boşluğa 0.9%-lı normal fizioloji məhlul yeritməklə fibromaların ölçüləri və lokalizasiyasını daha dəqiq təyin etmək olar. Qeyd edilməlidir ki, fibromaların təsnifatı Mama-Ginekoloqların Beynəlxalq Federasiyasının təklif etdiyi təsnifat sistemi əsasında aparılır. Bu təsnifata görə fibromalar lokalizasiyaya görə aşağıdakı növlərə bölünür:

  • selikaltı gışa fibromaları və ya submukoza fibromaları (0, 1, 2);
  • intramural fibromalar (3, 4, 5) və 
  • subseroz və ya seroz qişa altı fibromalar (6, 7).

       MRT görüntüləməsi   fibromaların müəyyən edilməsinə, habelə fibromaların endometrial və seroz səthlərə görə yerləşməsini təyin etməyə yardımçı ola bilər. Qeyd edilməlidir ki, fibromaların endometrial və seroz gişalara görə lokalizasiyası uşaqlığın saxlanmasına əsaslanan müalicə metodlarının seçimi baxımdan xüsusi əhəmiyyət kəsb edir. 

        Bəzi hallarda fibromaların müşahidəsi üçün illik intravaginal US müayinəsi istifadə edilsə də, bu cür yanaşmanın faydasını təsdiq edən yüksək keyfiyyətli klinik tədqiqatlar aparılbayıb. Fibromaların təbii gedişatının öyrənilməsinə dair aparılmış bəzi müşahidəli tədqiqatların nəticələri göstərir ki, onların əhəmiyyətli dərəcədə büzüşməsi və ya böyüməsi mümkündür. Tədqiqatlar həm də göstərir ki, fibromaların bəzən sürətli böyüməsi də müşahidə edilə bilər, lakin bu onların müalicəsinin aparılmasına göstəriş hesab edilmir. 

Güclü menstrual qanaxması olan qadınlarda həm qanaxmanın ağırlıq dərəcəsi və onun potensial fəsadları, həm də digər mümkün səbəbləri ( fibromiomadan başqa səbəblər ) araşdırılmalıdır. Bu xəstələrin müayinəsinə qanın ümumi analizi və tiroid vəzinin xəstəliklərinə yoxlanma da daxil edilməlidir. 

MÜALİCƏSİ

Uşaqlıq fibromaların geniş yayıldığına və səhiyyə xərclərində əhəmiyyətli yer tutduğuna baxmayaraq, onların müalicəsinə dair çox az sayda randomizasiya olunmuş klinik tədqiqatlar aparılıb. Bununla yanaşı, qadınlar arasında fibromaların ölçüsü, sayı, lokalizasiyası və klinik təzahürü çox fərqləndiyi üçün müalicənin seçimi fibromaların klinikasından asılı olmalıdır. Simptomlar da terapiyanın seçiminə təsir göstərir. Simptomsuz və ya asimptomatik fibromaların müalicəsinin qısa və uzunmüddətli faydası klinik tədqiqatlarda təsdiqini tapmayıb. 

Histerektomiya (uşaqlığın xaric edilməsi )

Menopauza keçirən və ya gələcəkdə hamilə olmaq istəməyən qadınlarda simptomatik fibromaların müalicəsi bir çox hallarda histerektomiya ( usaqligin xaric edilmesi ) ilə aparılır. Histerektomiya ( usaqligin xaric edilmesi ) yeganə metoddur ki, təkrar fibromaların əmələ gəlməsinin  qarşısını alır. Həmçinin yanaşı xəstəlikləri, o cümlədən, adenomioz və servikal neoplaziyası (uşaqlıq boynun yenitörəməsi) olan qadınlarda fibroma ilə yanaşı histerektomiya ( usaqligin xaric edilmesi ) həmin xəstəliklərin müalicəsinə də imkan verir. histerektomiya ( usaqligin xaric edilmesi ) olunmuş qadınların iştirakı ilə aparılmış müşahidəli tədqiqatlar əməliyyatdan 1-10 il sonra həyat keyfiyyətinin xeyli yaxşılaşdığını göstərir.

Histerektomiya ( usaqlığın xaric edilmesi ) abdominal, vaginal və laparoskopik yolla, habelə robotik cərrahiyyə metodu ilə aparıla bilər. Vaginal histerektomiya ( usaqlığın xaric edilmesi ) zamanı daha az sayda ağırlaşmalarla müşahidə edilir. Lakin vəzi qadınlarda fibromaların ölçüsü vaginal histerektomiyanın ( usaqlığın xaric edilmesi ) aparılmasına imkan verməyə bilər. Lakin endoskopik əməliyyata qərar verdikdə, uşaqlığın qarın daxilində hissələrə bölünərək çıxarılması metodundan (Eng. morcellation) istifadə edərkən diaqnostika olunmamış potensial bədxassəli törəmənin qarındaxili yayılmasının mümkünlüyü nəzərə alınmalıdır. Bu zaman potensial xərçəngin disseminasiyası riskinin dərəcəsi mübahisəli olsa da, məs., ABŞ-ın Qida və Dərman Agentliyi morsellasiyanın (uşaqlığın hissələrlə çıxarılması) yalnız premenopauzada olan qadınlarda aparılan histerektomiyalarda istifadə edilməsini və həmin qadınlara metodun risklərinin tam izah edilməsini tövsiyə edir.

Uşaqlığın saxlanması ilə aparılan müdaxilələr. ( miomektomiya )

Peşəkar cəmiyyətlərin təlimatlarına əsasən uşaqlıq fibromalarının müalicəsində qadınların istək və arzuları nəzərə alınmalıdır. Hətta gələcəkdə hamiləlik planlaşdırmayan qadınlara uşaqlığın saxlanması ilə aparılan cərrahi müdaxilələr təklif edilməlidir. 

.

ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR.

  • Fibromiomalar reproduktiv yaşlı qadınlarda tez-tez rast gəlinir.
  • Simptomatik fibromiomaların ən effektiv müalicə metodu histerektomiyadır ( usaqlığın xaric edilmesi ). Histerektomiyadan sonra fibromaların residivi riski aradan qalxmış olur. Lakin histerektomiya( usaqlığın xaric edilmesi ) daha invazivdir və bir çox qadınlar digər az invaziv alternativ müalicə metodlarına üstünlük verir. 
  • Uşaqlığın saxlanmasına əsaslanan müalicə metodlarının seçimi fibromiomaların ölçüsü, sayı və lokalizasiyasından asılıdır. Simptomların ağırlıq dərəcəsi və qadının yaşı da müalicə metodunun seçiminə təsir göstərir. 
  • Menstrual qanaxmanın səbəbi submukoza fibromiomaları olduqda müalicənin üstünlük verilən metodu histeroskopik miomektomiyadır. Bu metodun istifadəsindən sonra xəstələrin bərpası tez baş verir. Histeroskopik miomektomiya həmçinin gələcək hamiləliklərə təsir göstərmir.
  • Submukoza fibromaları olmayan ağır dərəcəli menstrual qanaxması olan qadınlarda aşağıdakı effektiv müalicə növləri istifadə edilə bilər: hormonal kontraseptivlər (o cümlədən, levonorgestrel tərkibli uşaqlıqdaxili cihaz), traneksamik turşu və qeyri-steroid iltihab əleyhinə preparatlar. 
  • Böyük kütləli fibromaları olan qadınların müalicəsi həm histerektomiya, həm də miomektomiya, uşaqlıq arteriyasının embolizasiyası, US əsaslı cərrahiyyə və radiotezlikli ablasiya ilə aparıla bilər. 

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az

© 2014 - 2019 Dr-alif.az . Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design