Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

dral 2

Dr. Hüseynzadə Əlif Hüseyn oğlu 28.03.1986- cı ildə anadan olmuşdur.

2003-cü ildə Azərbaycan Tibb Univerisitetinin müalicə işi fakultəsinə daxil olub. 2010-cu ildə ümumi cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. 2011-2012-ci illərdə Füzuli Müalicə Diaqnostika mərkəzində, 2012-2018 ci illərdə Abşeron Rayon Mərkəzi xəstəxanasında həkim ümumi cərrah vəzifəsində çalışmışdır. Bu illər ərzində fəaliyyətinin əsas hissəsini Premium Klinikdə icra etmişdir.

İşlədiyi müddətdə Türkiyənin tanınmış GOP (Qaziosmanpaşa), Ekol (İzmir) hastanesində “Bariatrik və Metobolik cərrahiyyə”, “Endokrin Cərrahiyyə” “Laparaskopik Cərrahiyyə” üzrə ixtisaslaşma kursları keçmişdir. Bununla yanaşı dəfələrlə Konfrans, Simpozium, Treyninqlərin iştirakçısı olmuşdur. Yüzlərlə açıq və laparaskopik əməliyyatları uğurla icra etmişdir. Hal-hazırda doktrantura üzrə təhsil alır.

Hədəfi insanlara sağlam həyat bəxş etməkdir.

Xidmətlərimiz

Piylenme ( artıq çeki ) nədir? Səbəbləri nələrdir? Artıq çəkidən necə qurtulmaq olar?

Piylenme ( artıq çeki ) nədir? Səbəbləri nələrdir? Artıq çəkidən necə qurtulmaq olar?

Şəkərli diabet , ürək qan damar sistemi xəstəlikləri, qaraciyər yağlanması, xərçəng, sonsuzluq kimi problemlərin əsasını təşkil edən piyenme xəstəliyi haqqında geniş məlumatı məqaləmizdə oxuya bilərsiniz. Piylenme ( artıq çəki ) nədir və müalicə yolları nələrdir

 

21-ci əsrin ən ciddi problemlərindən biri piylenme ( artıq çəki) qəbul edilmişdir. Ümumdünya Sağlamlıq Təşkilatı ən riskli 10 xəstəlikdən biri kimi piylenmeni qəbul etmişdir.

PİYLENME ( ARTIQ ÇƏKİ ) NƏDİR?

Piylenme insan orqanizmində normadan artıq piy toxumasının toplanması və bunun orqanizmə ciddi ziyan vurması halıdır. Orqanizmin 20 % dən çoxunu piy toxuması təşkil edirsə artıq bunu piylenme kimi qəbul edə bilərik. Bədən Kütlə İndeksi 25-29.9 arasındadırsa kilolu yox əgər 30 dan yuxarıdırsa I dərəcəli piylənmə sayılır.

        BKİ: Boy və kiloya görə statistik bir hesablanma formasıdır. İnsanın piy toxumasının az olması halında əzələ kütləsinin çox olması ola bilər bu halda BKİ çox ola bilər. Yəni, BKİ 100 % li dəqiq bir informasiya deyildir ama yenə də piylenme ilə əlaqədar çox istifadə etdiyimiz bir ölçmə forması kimi qəbul edilmişdir.

“ Dünya Sağlamlıq Təşkilatı” tərəfindən qəbul edilmiş təsnifata görə:

– 18.5 Altında Az Kilolu (Zəyif)
– 18.5 – 24.9 Normal Kilolu
– 25.0 – 29.9 Artıq Kilolu
– 30.0 – 34.9 I. Dərəcə Piylenme
– 35 – 39.9 II. Dərəcə Piylenme
– 40.5 ve daha artıq III. Dərəcə Piylenme (Ciddi)
– 50 ve daha artıq Süper Obez ( Ölümcül ) olaraq qəbul edilmişdir. 

PİYLENMEYE SƏBƏB OLACAQ FAKTORLAR

        Genetik , bəzi beyin xərçəngləri, beyində ifraz olunan bəzi hormonlar, ətraf faktor, yaşam tərzi, qidlanma vərdişləri, bəzi psixoloji xəstəliklər, bəzi fiziki xəstəliklər, istifadə olunan bəzi dərman preparatlar, fiziki aktivliyin azlığı piylenmenin əmələ gəlməsində çox ciddi faktorlardır.

        Digər tərəfdən ailə içi vəziyyət, ətrafın təsiri, sosial yetərsizlik, ailələrin qidalanma ilə bağlı məlumatsızlığı, sosial ekonomik vəziyyətdəki çatışmazlıqlar və bunların kompleks təsiri nəticəsində yaşam tərzindəki dəyişiklik yekunda piylənmənin risk faktoruna çevrilir.

        Son zamanlarda bu risklər içərisində daha qabarıq rast gəldiyimiz qidalanma faktorudur.

PİYLENMEYE SƏBƏB OLACAQ RİSK FAKTORLARI

– Fizikİ aktivlik
– Qidalanma vərdişləri
– Yaş
– Cinsiyyət (Qadın)
– Genetik faktor
– Yaşam forması
– Evlilik
– Doğum sayı
– Siqareti buraxma
– Alkoqol
– Psikolojik problemlər
– Metabolik ve hormonal pozunuqluq

 

PİYLENMENİN ( ARTIQ ÇƏKİNİN ) MÜALİCƏSİ NECƏ OLMALIDIR ?

        Piylenme həyat keyfiyyətini aşağı salan xroniki bir xəstəlikdir. Piylenmenin müalicəsi : Tibbi qidalanma ( diet) , spor müalicəsi, yaşam tərzinin dəyişdirilməsi, dərman müalicəsi, cərrahi müalicə vasitələri tətbiq edilir. Diet qidalanma forması individual olmalıdır.

        BKİ ( bədən kütlə indeksi) 25 kg/m2 dən yuxarıdırsa mütləq dietoloqa müraciət edin

PİYLENMENİN ( ARTIQ ÇƏKİNİN ) QARŞISININ ALINMASI:

        Ümumiyyətlə kökəlmək asan arıqlamaq çətindir.Buna görə də piylenmenin qarşısının alınması onun müalicəsindən daha asandır. Kiçik yaşdan belə qəbul edilən qidanın enerji dəyərinə görə diqqət edilməi önəmlidir. Xərclənən enerji ilə qəbul edilən qidadakı enerji arasında bir nisbətə diqqət etmək lazımdır.

PİYLENMENİN ( ARTIQ ÇƏKİNİN ) MÜALİCƏSİ

Piylenmenin müalicəsində ən çox istifadə olunan vasitələr:

  1. Diet müalicə,
  2.  Fiziki aktivliyin artırılması,
  3.  Dərman müalicə,
  4. Cərrahi müalicə,
  5. Akupunktur müalicə,
  6. Hipnoz,
  7. Davranış müalicə.

Günümüzdə piylenmenin bir çox müalicə vasitələri vardır. Ancaq onlardan daha çox istifadə ediləni diet, yaşam tərzinin dəyişdirilməsi, arıqlama dərmanları və cərrahi vasitədir.

Diet ilə arıqlama

        Piylenmenin müalicəsində birinci sırada gələn sağlam arıqlama forması diet ilə arıqlamaqdır. Düzgün bir diet proqramı ilə piylənmədən azad olmaq üçün ən doğru olan vasitədir. Piylenmenin müalicəsi üçün tərtib olunan proqramda protein , karbihidrat, yağ, mineral və vitaminlərin lazımı miqdarda olması orqanizmin həm sağlam arıqlamasına həmçinin də qalıcı kiloda olmasına səbəb olur. Qısa müddətli çəki verməmək üçün hər zaman bu nöqtələrə diqqət etmək lazımdır.

Davranış dəyişikliyi müalicəsi

        Piylenmenin müalicəsində davranış dəyişdirmə yəni günlük fiziki aktivlik, yemək yemə alışkanlığı və s.

        Davranış dəyişdirməkdə ilk addımlar aşağıdakılardır:

-Öz özünə dəyər vermək
- Özünə nəzarət kontrolu
- Alternativ davranış formalaşdırmaq
- Öz özünü mükafatlandırma
- Özünü yenidən yaratmaq
- Sosial dəstək

 Cərrahi müalicə:

Bu gün dünyada piylenmenin müalicəsi üçün müxtəlif növ cərrahi əməliyatlar istifadə olunur və getdikcə daha çox istifadə edilməyə başlamışdır. Piylenmede istifadə olunan cərrahi metod diet, spor və digər arıqlama üçün vasitələr effektsiz olduğu halda seçim edilə bilər. Mədə bandı, mədə balonu, baypass, mədəkiçiltmə kimi əməliyyatlar buğun çox istifadə edilir. Ancaq bu əməliyyatların risk baxımından olması da unudulmamalıdır. Bariatrik əməliyyatlar sonrasında belə qidalanma rejimi ən önəmli şərtlərdəndir. Çünki əməliyyatla itirilən çəki qidalanma rejiminə diqqət edilməzsə qısa zamanda geri qayıda bilir

Dərman müalicəsi:

Sosial mediyanın iformasiya mübadiləsində əvvəzsiz yeri olduğu kimi bəzi ziyanlı tərəfləri də vardır. Çünki sağlığa ziyanı bəzi dərmanlar, çaylar kimi çox zərərli preparatları sosial media üzərindən insanları aldadaraq reklamın aparırlar. Ən dügün arıqlama qidalanma rejimini normaya salıb sağlam qidalanaraq arıqlamaqdır. Bu tip dərman preparatların əksəriyyəti ilk olaraq böyrək, qan damar problemləri kimi xəstəliklərin riski hətta ölümə belə gətirib çıxarda blərlər.

 

 

 

 

 

#medekiciltme #ariqlama #piylenme

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az

© 2014 - 2019 Dr-alif.az . Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design