Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

dral 2

Dr. Hüseynzadə Əlif Hüseyn oğlu 28.03.1986- cı ildə anadan olmuşdur.

2003-cü ildə Azərbaycan Tibb Univerisitetinin müalicə işi fakultəsinə daxil olub. 2010-cu ildə ümumi cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. 2011-2012-ci illərdə Füzuli Müalicə Diaqnostika mərkəzində, 2012-2018 ci illərdə Abşeron Rayon Mərkəzi xəstəxanasında həkim ümumi cərrah vəzifəsində çalışmışdır. Bu illər ərzində fəaliyyətinin əsas hissəsini Premium Klinikdə icra etmişdir.

İşlədiyi müddətdə Türkiyənin tanınmış GOP (Qaziosmanpaşa), Ekol (İzmir) hastanesində “Bariatrik və Metobolik cərrahiyyə”, “Endokrin Cərrahiyyə” “Laparaskopik Cərrahiyyə” üzrə ixtisaslaşma kursları keçmişdir. Bununla yanaşı dəfələrlə Konfrans, Simpozium, Treyninqlərin iştirakçısı olmuşdur. Yüzlərlə açıq və laparaskopik əməliyyatları uğurla icra etmişdir. Hal-hazırda doktrantura üzrə təhsil alır.

Hədəfi insanlara sağlam həyat bəxş etməkdir.

Xidmətlərimiz

Piylənmə ( Artıq çəki) Arıqlama Əməliyyatı

 Piylənmə müasir cəmiyyətin ciddi tibbi - sosial və iqtisadi problemidir.

Piylənmənin (artıq çəkinin) dünya üzərində geniş yayılması və müalicəsinin çətinliyi problemin aktuallığına səbəb olur. Piylənmədən ( artıq çəkidən) yer kürəsinin əhalisinin 7%-i əziyyət çəkir. Azərbaycanda da yetişkin insanların orta hesabla 30-40% - nin piylənməsi, 25-30%-nin isə artıq çəkisi var. Son illər əksər ölkələrdə piylənmənin yayılmasının həm böyüklərdə, həm də uşaqlarda əhəmiyyətli artımı müşahidə olunur. İqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrdə axırıncı on illiklərdə piylənmənin yayılması 2 dəfə artıb. ÜST ekspertlərinin proqnozuna görə, xəstəliyin hazırkı inkişaf tempi saxlanılarsa, 2025-ci ildə dünyada piylənmədən əziyyət çəkənlərin sayı 300 milyondan artıq olacaq. 

Piylənmə ( artıq çəki) çox vaxt ağır yanaşı patalogiyalarla müşahidə olunan xroniki bir xəstəlikdir: 2-ci tip şəkərli diabet, arterial hipertenziya, dislipidemiya, ateroskleroz, ürəyin işemik xəstəliyi, ürək-damar çatmamazlığı, xərçəngin bəzi formaları, reproduktiv funksiyaların pozulması, dayaq-hərəkət aparatının xəstəliklərini göstərmək olar. Xəstəlik orqanizmdə artıq piy yığılması ilə xarakterizə olunan, tez-tez residivləşən çox faktorlu xəstəlikdir. 
Statistik göstəricilərə görə, son bir ildə piylənmənin tezliyi iki dəfə artıb. Reproduktiv yaş həddində olan qadınların 30-60 faizi artıq çəkidən, 25-27 faizi isə piylənmədən əziyyət çəkir. Piylənmənin əsas səbəblərindən biri də stress faktorudur. Məlum olduğu kimi, qadınların və kişilərin stress faktoruna münasibətləri müxtəlifdir. Qadınlar narahatlıqdan və darıxmaqdan daha çox qida qəbul edirlər. Beləliklə, öz qəm-kədərlərini yeməklə sakitləşdirirlər. 

Tədricən sutkalıq qida qəbulu rejimi pozulur və “gecə yemək” sindromu formalaşır. Səhər anoreksiya, yuxunun pozulması yaranır ki, bu da axşam və gecə bulimiyasına (doyma hissinin olmaması) gətirir. Bu sindromdan qurtarmaq üçün bu insanlar özlərini artıq çəkidən xilas etməlidirlər. Az hərəkətli həyat tərzi yaşayanlar başqalarına nisbətən çəkinin artmasına daha çox meyilli olurlar. Məsələ bundadır ki, onlar sadəcə olaraq, gün ərzində qida ilə qəbul etdikləri enerjini (kalori) sərf edib qurtara bilmirlər. Artıq çəkinin formalaşmağında əsas şərt orqanizmə daxil olan kaloriylə yandırılan kalori arasında balansın pozulmasıdır ki , artıq qalan kalori piy formasında orqanizmdə depolaşaraq ümumi çəkinin artmasına səbəb olur. 

 Alimlər tərəfindən müəyyən edilib ki, normal çəkisi olanlara nisbətən çəkisi artıq olanlarda hipertoniyanın inkişaf etmə riski 6 dəfə daha yüksəkdir. Çəkisi artıq olanlar tənəffüs pozğunluğundan da (təngnəfəslik) əziyyət çəkdikləri üçün, bu, son nəticədə ağ ciyər və ürək çatışmazlığına səbəb olur. Bundan savayı, çəkisi artıq olan insanlarda aterosklerozun inkişaf etmə riski də xeyli dərəcədə yüksək olur. Buna görə də bütün həyat boyu çəkini normada saxlamaq lazımdır - bu ürək-damar xəstəliklərinin profilaktikasında vacib olan şərtlərdən biridir. İnsan yaşa dolduqca, çəkinin hər artıq kiloqramı, onun sağlamlığı üçün daha təhlükəli olur. 

“Tibbi adı bariatrik olan mədəkiçiltmə əməliyyatı sizi artıq çəkinizdən qısa zamanda azad edəcək. Bu əməliyyatın müxtəlif növləri tətbiq edilir. Mədəni kiçildərək qısa zamanda doymaq hissi yaradılır. Çox az qida ilə bu hissə qısa zamanda doyur və özünü tox hiss edir. Əməliyyatdan sonrakı həftə və aylarda insan cox sürətlə artıq çəkisini itirir. 

Mədə kiçiltmə əməliyyatından sonrakı mədə - Sleeve gastrektomiya və ya “tüp mədə” olaraq adlandırılır. Mədənin böyük hissəsi kəsilib çıxarılaraq həcmi 80-85 faiz kiçildilmiş bir mədə formalaşdırılır. 

Mədə kiçiltmə əməliyyatında iki mexanizm ilə kilo azalması olur:

Mədə həcminin kiçildilməsi ilə mexaniki bir məhdudlaşdırma və mədə hərəkətlərinin azaldılmasına bağlı çəki itkisi. Ghrelin adlandırılan maddə istehsal edən mədə toxuması çıxarıldığına görə hormon dəyişikliyi meydana gəlməsi nəticəsində kilo itkisi olur. Ghrelin mədənin fundus deyilən üst hissəsindəki oksintik hüceyrələr tərəfindən ifraz olunan 28 amino-asid bir peptid zülaldır. Beyindəki hipotalamus ya da pituiter bölgədəki reseptorların aktivləşməsi ilə keçirilən qüvvətli bir oreksigenik (iştaha artırıcı) bir peptitdir. Mədə fundusunun hər bir qramında, on iki barmaq bağırsağına görə 10-20 qat daha çox ghrelin var. Mədə kiçiltmə əməliyyatında ghrelin ifraz olunan mədənin fundus hissəsi çıxarıldığına görə iştah da azalmış olur və kilo itkisi meydana gəlir”. 

Bu zaman sonuncu və ən güvənli çıxış yolu cərrahi əməliyyatdir. Artıq çəkinin və şəkərli diabetin müalicəsi istiqamətində tətbiq olunan cərrahiyyənin bu növünə “Bariatrik və ya Metabolik cərrahiyyə” deyilir. Bu əməliyyatlardan sonra xəstələr 40-100 kq -a qədər çəki verir , eyni zamanda şəkərli diabet, ürək- damar sistemi xəstəlikləri və oynaq problemləri aradan qalxır. Bariatrik cərrahiyyənin uğurluluq dərəcəsi 75-80 faiz qiymətləndirilir”. 

 

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az

© 2014 - 2019 Dr-alif.az . Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design