Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

dral 2

Dr. Hüseynzadə Əlif Hüseyn oğlu 28.03.1986- cı ildə anadan olmuşdur.

2003-cü ildə Azərbaycan Tibb Univerisitetinin müalicə işi fakultəsinə daxil olub. 2010-cu ildə ümumi cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. 2011-2012-ci illərdə Füzuli Müalicə Diaqnostika mərkəzində, 2012-2018 ci illərdə Abşeron Rayon Mərkəzi xəstəxanasında həkim ümumi cərrah vəzifəsində çalışmışdır. Bu illər ərzində fəaliyyətinin əsas hissəsini Premium Klinikdə icra etmişdir.

İşlədiyi müddətdə Türkiyənin tanınmış GOP (Qaziosmanpaşa), Ekol (İzmir) hastanesində “Bariatrik və Metobolik cərrahiyyə”, “Endokrin Cərrahiyyə” “Laparaskopik Cərrahiyyə” üzrə ixtisaslaşma kursları keçmişdir. Bununla yanaşı dəfələrlə Konfrans, Simpozium, Treyninqlərin iştirakçısı olmuşdur. Yüzlərlə açıq və laparaskopik əməliyyatları uğurla icra etmişdir. Hal-hazırda doktrantura üzrə təhsil alır.

Hədəfi insanlara sağlam həyat bəxş etməkdir.

Xidmətlərimiz

Mede kiciltme sonrası qebizlik

Mede kiciltme əməliyyatından sonra qəbizlik

çox rastlaşdığımız bir problemdir. Mede kiciltme əməliyyatından sonra qida qəbulu azaldığından və əlbəttə ki, lifli qidaların azalması bağırsaq peristaltikasını azaldır və bununla defekasiya aktının  azalması normaldır. Əgər gün ərzində rahatsınızsa və defekasiya 2-3 gündən bir olursa  ancaq nəcis konsistensiyası ( bərkliyi) normaldırsa narahat olmağa bir səbəb yoxdur.

MEDE KİCİLTME SONRASI QƏBİZLİK

         Müalicə olunmayan qəbizlik ağızdan qoxunun gəlməsi, mədə bulantısı, qidaya qarşı iştahsızlıq, nəcisin daşlaşması, defekasiyanın çətin olmasından dolayı nəcis üzərində qanın olması kimi problemlər yarada bilir. Mede kiciltme sonrası qəbizliyin əsas səbəbi kifayət qədər su qəbul etməmək ( ortalama hədəfimiz 1.5 lt olmalıdır ) , az lifli qida qəbulu, stress, az hərəkətlilik, istifadə etdiyiniz bəzi dərman preparatlar ola bilər. Mede kiciltme sonrasında qəbul etdiyiniz dəmir və kalsium da qəbizlik yarada bilər. Bəzi insanlarda Mede Kiciltme sonrasında qəbul edilən protein tozlarının da əlavə təsirləri qəbizliyə yol aça bilir. Mede Kiciltme sonrasında qəbizliyin qarşısını almaq üçün kifayət qədər su qəbul etdiyinizə əmin olun. Fiziki aktivliyinizi artırmalısınız. Əgər dəmir preparat qəbul edirsinizsə bunu bir müddət dayandırın. Narkotik ağrıkəsicilər istifadə edirsinizsə bunu da həmçinin dayandırmalısınız.

         Dietinizdə lifli qidaların miqdarın artırmalısız. Gün ərzində qadınlar üçün 25 g kişilər üçün isə 35 g lifli qida qəbulu lazımdır. Ərik və s kimi meyvə qurularından hazırlanan pürelər, şəkərsiz kompotlar çox kömək edəcək. Yox bunlar da işə yaramazsa doktorunuzla əlaqə saxlayıb dərman preparatları qəbul edin

        

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az

© 2014 - 2019 Dr-alif.az . Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design