Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

dral 2

Dr. Hüseynzadə Əlif Hüseyn oğlu 28.03.1986- cı ildə anadan olmuşdur.

2003-cü ildə Azərbaycan Tibb Univerisitetinin müalicə işi fakultəsinə daxil olub. 2010-cu ildə ümumi cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. 2011-2012-ci illərdə Füzuli Müalicə Diaqnostika mərkəzində, 2012-2018 ci illərdə Abşeron Rayon Mərkəzi xəstəxanasında həkim ümumi cərrah vəzifəsində çalışmışdır. Bu illər ərzində fəaliyyətinin əsas hissəsini Premium Klinikdə icra etmişdir.

İşlədiyi müddətdə Türkiyənin tanınmış GOP (Qaziosmanpaşa), Ekol (İzmir) hastanesində “Bariatrik və Metobolik cərrahiyyə”, “Endokrin Cərrahiyyə” “Laparaskopik Cərrahiyyə” üzrə ixtisaslaşma kursları keçmişdir. Bununla yanaşı dəfələrlə Konfrans, Simpozium, Treyninqlərin iştirakçısı olmuşdur. Yüzlərlə açıq və laparaskopik əməliyyatları uğurla icra etmişdir. Hal-hazırda doktrantura üzrə təhsil alır.

Hədəfi insanlara sağlam həyat bəxş etməkdir.

Xidmətlərimiz

MƏDƏ KİÇİLTMƏ ƏMƏLİYYATI SONRASI QİDALANMA ( DİET)PROQRAMI

 Mədəkiçiltmə kiçiltmə əməliyyatından sonra qidalanma ( diet) çox vacibdir.  

Əməliyyat sonrası ilk 15 gün ......................................................................................

Əməliyyat sonrası 15-30 gün.......................................................................................

Əməliyyat sonrası 1 ay - 3ay............................................................................. 

Əməliyyat sonrası 3ay-6 ay...........................................................................................

Əməliyyat sonrası 6 ay -2 il arası..................................................................................

                                                                                                      Qatı və maye dedikdə fərq nədir?

 

  • Bu dövürdə mədənizin həcmi kiçik olduğundan maye qəbul etməklə mədənizin tez dolmasına və kifayət qədər protein və vitaminləri qəbul etməmənizə səbəb olur
  • Qatı və maye qidalar eyni zamanda qəbul edilərsə bu sizin mədənizin tez dolmasına , mədəbulanması hissi və mədədə ağrı hissi yarada bilər

 

YEMƏKDƏN 30 DƏQİQƏ ÖNCƏ MAYE QƏBUL ETMƏYİN VƏ YEMƏKDƏN 30 DƏQİQƏ SONRA MAYE QƏBUL EDİN

  • Maye qidalar stəkandan udumlayaraq içilə biləcək qidalardır: su , süd, ayran, çay, və s
  • Qatı qidalar qaşıq, bıçaq, çəngəllə yeyilə bilən qidalardır: Katlet, Balıq, Tərəvəz yeməyi və s

QEYD: Bəzən mədə bulantısı, qusma, sancılanma kimi problemləriniz ola bilər. Bu vəziyyətin səbəbini qatı və maye qidalanma qanunu pozmaqda, yaxşı çeynəməməkdə, yeməyi sürətli yeməkdə axtarmaq lazımdır.Əməliyyatdan sonra qəbul etdiyiniz yeni qəbul etdiyiniz bir qida da buna səbəb ola bilər. Edəcəyiniz yuxarıda qeyd olunanlara əməl etməkdir , yox əgər qida ilə əlaqəlidirsə həmin qidaya 3 gün ara vermək lazımdır. Məsələn ilk dəfə qiyməli qida qəbul etdiniz və qusdunuzsa 3 gün qiyməsiz qida qəbul edin sonra təkrar istifadə edə bilərsiniz. Düzgün bişirilməyən yeməklər də sizdə bu vəziyyət yarada bilər.

ƏMƏLİYYAT SONRASINDA İLK 15 GÜN: MAYE DÖVRÜ

Aramıza xoş gəldiniz! Kiçik mədənizlə diet edəcəyiniz ilk başlanğıcdasınız. Bu maye dövrü ilk qidalanmaya başladığınız zamandan sonra 10 gün ərzində qüvvədədir. Məqsədimiz bütün gün udumlayaraq qidalanmaqdır. İstədiyiniz qidanı istədiyiniz öyündə istifadə edə bilərsiniz.

SƏRBƏST QİDALAR:

  • ət suyu-toyuq suyu şorba-------
  • Dənəsiz və şəkərsiz kompot----
  • Durulaşdırılmış meyvə suları-----
  • Bitki çayları------------------------
  • Qatıq şorbası----------------------------------------------------
  • Laktozsuz süd, qatıq , ayran, kefir--------------------------

 

MAYE DÖVRÜ ŞƏFFAF MAYE VƏ MAYE DÖVRÜ OLARAQ 2 MƏRHƏLƏYƏ AYRILIR

         ŞƏFFAF MAYE DÖVRÜ:

Su, ət suyu, kompot, açıq çaylar sərbəstdir. Əməliyyatdan sonrakı 3 gün tətbiq edilir. Klinikada qidalanmaya başladığınızda artıq qidalanma dövrü başlanmış sayılır

         MAYE DÖVRÜ:

         Yuxarıdakı qeyd olunan bütün qidalar sərbəstdir. 3cü və 15 gün arası tətbiq edilir.Normal süd və süd məhsulları qəbul edərkən köp, mədə bulantısı, ishal kimi problemlər əmələ gətirdiyinində laktozsuz süd və süd məhsulları istifadə edin. Su və süd məhsullarını çubuq darçınla dadlandıra bilərsiniz.

         Şorbalarınıza un, nişasta, əriştə və bunlar kimi dənəli qatqılar qatmayın. Çox az duzdan başqa heç bir ədviyyat qatmayın. Qaz problemləriniz çox olarsa az miqdarda qidanıza kimyon qata bilərsiniz

MAYE QİDALANMA DÖVRÜ PROQRAMI ( İLK 15 GÜN)

SƏHƏR YEMƏYİ ( 7.00-7.30)

  • 1 stəkan su ( mədə qoruyucu ilə birlikdə )
  • 1 stəkan laktozsuz süd (çubuq darçınla dadlandıra bilərsiz)
  • 2 stəkan su

ARA ÖYÜN ( 9.30-10.00)

  • 1 stəkan şəkərsiz kompot ( alma, alça ,ərik, üzüm və s)
  • 2 stəkan su

GÜNORTA YEMƏYİ (12.00-12.30)

  • 1 kasa ətsuyu, toyuq suyu ,sümük suyu
  • 1 stəkan su

ARA ÖYÜN (15.30-16.30)

  • 1 stəkan laktozsuz ayran ( 200 ml)
  • 2 stəkan su

AXŞAM YEMƏYİ ( 18.00-18.30)

  • 1 kasa ətsuyu, toyuq suyu ,sümük suyu
  • 1 stəkan su

ARA ÖYÜN ( 19.30-20.30)

  • 2 stəkan su
  • 1 stəkan laktozsuz süd ( çubuq darçınla dadlandıra bilərsiniz)

Yuxarıda qeyd olunanlar bir qidalanma (diet) proqramıdır.Öyünlərinizin yerini və saatını dəyişdirə bilərsiniz. Ancaq hər gün eyni öyünü eyni saatda yeməyə çalışın və bununla gələcəkdə bir vərdiş qazanmış olacaqsınız. Yuxarıda qeyd edilən miqdarlar bir təxmini ölçü kimi qeyd edilmişdir. Yazılan qədər istifadə etmək mütləq deyil, siz doyma hissiniz olana qədər istifadə edə bilərsiniz. Mədənizdə tıxanıqlıq , doyma hiss edən kimi yeməyi bir müddətlik saxlayın.

Qırmızı ət , toyuq , balıq və ya hind toyuğu + bol ciy tərəvəz ( qaz yaradan tərəvəzlər xaric ) bir arada qaynadılaraq bişirilir.Süzgəc köməyi ilə süzərək yeyin. Qaz yaratmasın deyə bir çay qaşığı kimyon və ya toz zərdaçal əlavə edə bilərsiniz (acı ədviyyatlar istifadə edilməməlidir) .

Birdəfəyə böyük udumlarla qidalanmayın. Yavaş yavaş və az az udun. Gündə 1-1.5 lt su için. Su içməkdə çətinlik çəkirsinizsə təzə nanə, çubuq darçın və ya müxtəlif meyvələrlə suyu dadlandıra bilərsiniz. 15 dəqiqədə bir 30 ml maye idealdır. Mədə qoruyucu və digər dərmanları həkiminiz yazıbsa istifadə edin.

ƏMƏLİYYAT SONRASI 2 Cİ HƏFTƏ PÜRE DÖVRÜ

Əməliyyatın 15ci -1 ay arası 2 həftə ərzində yeni diet dövründəsiniz. Bu diet dövürdə yeyəcəyiniz bütün qidaları blenderdən keçirirərək və ya çəngəllə əzərək yeməlisiniz. Bu dövürə keçdiyiniz ilk gündən etibarən hər gün yeni bir qidanı yoxlayaraq qidalanmalısınız. Yedikərinizi öyrəşərək qəbul etməli əgər hər hansı bir qida sizə pis təsir edərsə onu bir müddət dietanızdan çıxarmalısınız. Yaxşı çeynəməyə öyrəşməlisiniz. Bütün yeməkləri sıra ilə yoxladıqdan sonra zamanla həmin qidaların miqdarını artıra bilərsiniz.

         SƏRBƏST QİDALAR

  • Maye dövründəki qidalar sərbəstdir. Əlavə olaraq
  • Yumurta ( ilıq formada )
  • Pendir ( light , Lor və ya kefir)
  • Tərəvəzlər ( qaynadılmış və blenderdən keçirilmiş)
  • Meyvələr ( qabıqsız və blenderdən keçirilmiş)
  • Uşaq qidaları (sıyıqları) porsiyada 10 gr dan az şəkər olan
  • Qiyməli və ya toyuqlu tərəvəz yeməkləri ( blenderdən keçirilmiş)
  • Qılçıqsız balıq ətləri ( qaynadılmış)
  • Activia
  • Çay
  • Koffe ( türk kofesi)

DİQQƏT EDİLƏSİ VACİB HALLAR

  • Çox qatı bişmiş yumurta yeməyin.
  • Duzlu və yağlı pendir əvəzinə lor ( duzsuz) və ya süzmə pendir seçməlisiniz
  • Heç vaxt çiy tərəvəz yeməyin. Bütün tərəvəzlərin qabıqlarını soyaraq yeyin. Seçimləriniz mövsüm tərəvəzləri olmalıdır.
  • Yumuşaq tərkibli tərəvəzləri yemək daha rahat olacaq . Kabaq , kök, kartof istifadə edə bilərsiniz.
  • Hər öyündə mütləq bir protein mənbəyi olmalıdır. Tərəvəzləri qiyməli – toyuqlu və ya süd-qatıqla qarışdıra bilərsiniz.
  • Qızartma yerinə qaynama, buğlama və ya sulu yemək şəklində bişirin
  • Qazlı içkilər, quru meyvələr, popkorn və hazır qidalar qəbul etməyin.
  • Bişirdiyiniz ət yeməklərini sonra yenidən qızdırıb yeməyin. Bərkimiş ət hissəcikləri mədənizə rahatsızlıq verər. Mümkünsə hər öyünlük təzə yemək hazırlayın.
  • Hazır qida qəbul etsəniz üzərini diqqətlə oxuyun. Porsiyonunda 10gr dan artıq şəkər olan mamalar,meyvə suları məsləhət deyil.
  • Xəmir yeməklər, çörək, makaron, düyü püre olsa belə bunlar sizin üçün uyğun deyildir
  • Çay koffe qəbul edə bilərsiniz. Ancaq diuretik effektləri olduğundan bədəndən suyun xaric olmasın artırır. Buna görə adi su daha məsləhətdir.
  • Məsləhət bilinən meyvələr mövsüm meyvələrdir. Süd və qatıqla qataraq pure formasında qəbul edə bilərsiniz.
  • Yeməkdən 30 dəqiqə əvvəl və 30 dəqiqə sonra maye qıbul etməyin və buna bütün ömür diqqət edin. Yeməklə eyni vaxtda maye qəbulu dempinq sindromuna səbəb ola bilər.
  • Su içməkdə çətinlik çəkirsinizsə çubuq darçın və ya bir dilim portağalla dadlandıra bilərsiniz. Gün ərzində 2lt su içmək lazımdır. Bir dəfəyə ən çoxu 1 stəkan su için
  • Bu dövür və sonrasında qəbizlik kimi hallar olmasın deyə alça qurusu , ərik qurusunu blenderden keçirib marmalat şəklində və ya qaynadaraq kompot şəklində istifadə edə bilərsiniz. İşlədici çaylardan istifadə edə bilərsiniz. Hər gün mütləq bir ədəd probiotik qatıq yeməlisiniz. Gecə öyünündə kefir məsləhət görərdim. İçdiyiniz su və gündəlik hərəkətiniz artdıqca problemlər də özlüyündə həll olacaq.
  • Düzgün çəkinizi bilmək üçün səhər yuxudan qalxarkən ac qarına tuale getdikdən sonra tərəziyə çıxsanız ən düzgün çəkinizi görə bilərsiniz.
  • Püre dövründə udma və həzm problemi yaşadıqda yenidən maye dövrünə qayıtmaq yox, yeni bir qida növünü yoxlayın !. Uzun müddət maye qəbul etmək çəkinin çox itirilməsinə səbəb olmur əksinə kifayət qədər enerji qəbul edilmədiyindən sizdə halsızlıq yaradacaq.
  • Dietinizdə meyvə suları əvəzinə meyvələri seçsəniz şəkər ehtiyacınızı ödər və lifli qida qəbul etmiş olarsiniz.

PÜRE DÖVRÜ QİDALANMA PROGRAMI

15-1 AY

SƏHƏR YEMƏYİ ( 7.00-7.30)

  • 1 stəkan su ( mədə qoruyucu ilə birlikdə )
  • ½ yumurta
  • ½ dilim pendir
  • 1 stəkan açıq çay ( səhər yeməyindən 30 dəqiqə sonra)
  • 1 stəkan su ( səhər yeməyindən 30 dəqiqə sonra)

ARA ÖYÜN ( 9.30-10.00)

  • 1 stəkan süd
  • 2 stəkan su

GÜNORTA YEMƏYİ (12.00-12.30)

  • 4-5 yemək qaşığı tərəvəz püresi və qatıq
  • 1 stəkan su ( yeməkdən 30 dəqiqə sonra)

ARA ÖYÜN (15.30-16.30)

  • 1 stəkan ayran ( 200 ml)
  • 2 stəkan su ( yeməkdən 30 dəqiqə sonra)

AXŞAM YEMƏYİ ( 18.00-18.30)

  • 1 kiçik kasa şorba (ət, toyuq, balıq, hind toyuğu)
  • ½ kasa yogurt ( yeməkdən 30 dəqiqə sonra)
  • 1 stəkan su ( yeməkdən 30 dəqiqə sonra)

ARA ÖYÜN ( 19.30-20.30)

  • 2 stəkan su ( yeməkdən 30 dəqiqə sonra)
  • 1 stəkan çay ( çubuq darçınla dadlandırabilərsiniz)

Yuxarıda qeyd olunanlar bir nümunə qidalanma (diet) programıdır. Öyünlərinizin yerini və saatını dəyişdirə bilərsiniz. Ancaq gün ərzində çalışın eyni vaxtda yeyin. Yuxarıda qeyd olunan miqdarlar bir nümunədir, şərt deyil, qeyd etdiyimiz qədər yeməyə məcbur deyilsiniz. Doyma hissi yarananda yeməyi dayandırın. Püreləriniz pudinq formasına gələnə qədər blenderden keçirin. Yaxşıca və asta asta çeynəməyə öyrəşməlisiniz. Qaz, köp problemləri olarsa laktozsuz süd yox əgər hər şey qaydasındadırsa normal süd qəbul edə bilərsiniz

         QATI QİDALANMA (DİET) DÖVRÜ ( 1 AY- 3 AY)

Artıq bu dövürə başladığınız gündən püre formasına salınmadan normal qidalana bilərsiz və istəyinizə bağlı olaraq əvvəl qidalandığınız qidalardan istifadə edə bilərsiniz. İlk öncə proteinli qidaları qəbul etməlisiniz. İlk 2 il ərzində əzələ itkisinin, dəri sallanmasının, yağların yanmasını sürətləndirmək üçün mütləq şəkildə yedikləriniz qidaların tərkibində bol protein olmalıdır. Ən çox istifadə etdiyimiz qidalarda protein miqdarını görmək üçün aşağıdakı şəkilə baxa bilərsiz

Qatı dövürə başladıqdan sonra 2 il müddətində günlük 60-80 qram protein qəbul edilməlidir. Kiçik mədənizlə bu qədər protein ehtiyacını ödəmək çətin olduğundan ilk öncə hər zaman proteinli qidaları qəbul etməyə çalışın. Əgər qəbul etdiyiniz protein lazım olandan azdırsa əlavə protein tozlarından istifadə etmək məsləhətdir.

         Protein qəbulu az olarsa :

  • Əzələ itkisi: Bədən yağ toxuması əvəzinə əzələ toxumasını enerji mənbəyi kimi istifadə edir və əzələ itirmiş olursunuz.
  • Saç tökülməsi: Proteinlə zəngin qidalar həmçinin omeqa cinsli yağlar və vitaminlərlə zəngindir. Protein çatışmazlığı saç tökülməsi, dırnaq qırılması, kiçik bir zərbədə belə zədələnmə mümkündür.
  • Halsızlıq: Azalan əzələ toxuması və metobolizmanın zəifləməsi halsızlığa səbəb olur.
  • Gec toxluq hissi: Digər qidalara nisbətən mədədən proteinlər daha gec boşalır və proeini az olan qidalar tez boşaldığından aclıq hissi tez əmələ gəlir.
  • Ödem: Su və əzələ itkisi olduğu üçün bədən suyu orqanizmdə saxlamağa çalışır və beləliklə ödem əmələ gəlir
  • Kilo itkisində problem: Kifayət qədər protein qəbul edilmədiyindən yağ əvəzinə su və əzələ itirildiyindən orqanizm suyu bədəndə depolamaya çalışır və bu da tərəzidə kilonuzun artması kimi görsənəcək.
  • Hormonal pozğunluq: Həzm proseslərinin əsas mənbəyində protein durduğundan həzm , sorulma, sinir sitemində axsamalar əmələ gəlir bu da əsəbi pozunuqluq, qəbizlik, ishal, bağırsaqlarda qurultu kimi problemlər əmələ gəlir

GEDƏN KİLOLARIN GERİ QAYITMASINI İSTƏMİRSİNİZSƏ DİETOLOQUNUZLA ƏLAQƏNİ KƏSMƏYİN. Mədəkiçiltmə əməliyyatı sizə yeni bir dövürə başlanğıc verir və bundan sonra siz öz həkiminizlə əlaqə saxlayıb daima dügün qidalanmanıza fikir verməlisiniz.

QATI QİDALANMA DÖVRÜ

1 AY -3 AY

SƏHƏR YEMƏYİ ( 7.00-7.30)

  • 1 stəkan su ( mədə qoruyucu ilə birlikdə )
  • 1 yumurta + 1 dilim light pendir və ya
  • Pendirli Omlet və ya
  • Qiyməli yumurta və ya
  • Pamidor yumurta və ya
  • 1 stəkan açıq çay ( səhər yeməyindən 30 dəqiqə sonra)
  • 1 stəkan süd ( səhər yeməyindən 30 dəqiqə sonra)
  • 1 stəkan su ( səhər yeməyindən 30 dəqiqə sonra)

ARA ÖYÜN ( 9.30-10.00)

  • 1 stəkan süd
  • 1 porsion meyvə
  • 2 stəkan su ( yeməkdən 30 dəqiqə sonra)

GÜNORTA YEMƏYİ (12.00-12.30)

  • 60 gr ( 2 kotlet qədər) ət-toyuq-balıq
  • Qaynadılmış tərəvəz
  • 1 stəkan ayran ( yeməkdən 30 dəqiqə sonra)
  • 1 stəkan su ( yeməkdən 30 dəqiqə sonra)

ARA ÖYÜN (15.30-16.30)

  • 1 ədəd activia
  • 1 porsion meyvə
  • 2 stəkan su ( yeməkdən 30 dəqiqə sonra)

AXŞAM YEMƏYİ ( 18.00-18.30)

  • 2 kotlet qədər toyuq-balıq və ya
  • 5-6 yemək qaşığı ətli tərəvəz yeməyi
  • 1 kasa light ( yağsız) qatıq ( yeməkdən 30 dəqiqə sonra)
  • 1 stəkan su ( yeməkdən 30 dəqiqə sonra)

ARA ÖYÜN ( 19.30-20.30)

  • 2 stəkan su ( yeməkdən 30 dəqiqə sonra)
  • 1 ədəd kefir
  • 1 porsion meyvə

ƏMƏLİYYAT SONRASI 3 AY QİDALANMA ( 3-6 AY ARASI)

Əməliyyatdan əvvəl sevdiyiniz hər hansı bir qidanı əməliyyatdan sonra heç istəməyə bilərsiniz. Bu normal bir vəziyyətdir.Bu qaydalar 3 aya qədər keçərlidir. Bu dövürdən sonra normal qidalanma rejiminə dönmüş sayılırsız. Əvvəlki qidalara əlavə olaraq

         SƏRBƏST QİDALAR:

  • Quru paxlalılar (lobya, mərci, soya, noxud və s )
  • Çiy tərəvəz
  • Çərəz ( qoz, fındıq, fısdıq, badam və s)
  • Ədviyyatlar
  • Çiy tərəvəzləri qəbul edərkən yanında mütləq proteinli qida olmalıdır. Salatlarınıza pendir, ton balıq, noxud və ya lobya əlavə edə bilərsiz.
  • Protein mənbəyi olan qurupaxlalı yeyəbilərsiniz. 5-6 yemək qaşığı qurupaxlalıda 6 gr protein vardır. Qurupaxlali heyvani qidadan sonra proteini çox olan ən yaxsı bitki qidası sayıla bilər. Qaz yaratmaq xüsusiyəti olduğundan ilk olaraq az miqdarda qəbul edin zamanla miqdarın artırmaq olar
  • Bulquru və makaron günde 3 yemək qaşığından artıq olmamaq şərti ilə yeyə bilərsiniz
  • Çərəzlər proteinlə zəngin olsalar da yağlı qida sırasına aid olduqlarından kalorisi yüksəkdir. Gündə bir ovucdan çox yeməyin. Seçiminiz sadə olanlarıdır. Duzlu , şəkərli, şokaladlı çərəzlər artıq çəki almağınıza səbəb olacaq.
  • 3 aydan sonra günlük qidalarınızın içərisində sizə lazım olan qədər protein qəbul edirsinizsə əlavə protein qəbul etməyinizə ehtiyac yoxdur.
  • Gündəlik 2 lt dən artıq su içməlisiniz
  • İlk öncə proteinlə zəngin qidaları qəbul etməlisiniz. Alkoqollu, qazlı içkilərdən , tərkibində şəkəri çox olan içkilərdən uzaq durmalısınız.
  • Çörək, dolma, düyü, deyiləndən çox makaron və ya bulqur yeyilməməlidir.
  • Mövsüm tərəvəzlərə daha çox yer verin. Çalışın dondurulmuş və ya konservə tərəvəz yeməyin
  • Bu dövürdə əvvəki günlərlə müqayisədə aclıq hissi əmələ gələcəkdir.Acmasanız belə gündə ən azı 3 öyün yeməlisiniz , alış verişə belə tox çıxmalı, ehtiyacınızdan artıq yeməyin. Bu alışqanlıqlar gələcəkdə dügün qidalanmağınıza kömək edəcək
  • Əməliyyatdan öncəki 1 ildə öyrəşdiyiniz alışqanlığınızı unudun.Hər gün şokalad və şirniyyat yeyən biri olmusunuzsa bunları unutmağa çalışın.3 ayından sonra bu qidaları yeyə bilərsiniz . Yeyərkən ola bilər sizə pis təsir etməsin amma yenə də çalışın belə qidalardan uzaq durun. Bir lokma sizə pis təsir etməz amma zamanla cazibləşir və daha çoxunu istəməyə başlayacaqsınız. Bu da sizin öyrəşəcəyiniz sağlam qidalanma rejimini pozacaq
  • Ağırlıq qaldırma və bunun kimi ağır idman növləri sizə heç bir mənfi təsir göstərməz. İstədiyiniz idman növü ilə məşğul ola bilərsiniz. Üzgüçülük daha çox məslət bildiyimdir.
  • Kilonuzun getməsində bu dönəmdə durmalar ola bilər buna fikir verməyin sağlam qidalanmanı davam etdirin

3 AYDAN SONRA QİDALANMA ( 3-6 AY)

 

SƏHƏR YEMƏYİ ( 7.00-7.30)

  • 1 qaynadılmış yumurta , 1 dilim pendir və ya
  • Pendirli omlet və ya
  • Yumurtalı menem ( pomidor yumurta) və ya
  • Xiyar,pomidor, cəfəri ( petruşka) ve bunun kimi göyərti

c

ARA ÖYÜN ( 9.30-10.00)

  • 1 porsion meyvə
  • 1 ovuc çərəz

GÜNORTA YEMƏYİ (12.00-12.30)

  • 100 gr ( 3 kotlet qədər) izqara kotlet və ya
  • 100 gr toyuq buğlama və ya
  • 100 gr firinda ( sobada) balıq
  • 100 gr ton balığı
  • 4-5 yemək qaşığı qurupaxlali ( lobya, noxud, mərci və s )
  • salat

ARA ÖYÜN (15.30-16.30)

  • 1 ədəd activia və ya kefir və ya
  • 1 porsion meyvə

AXŞAM YEMƏYİ ( 18.00-18.30)

  • 4-5 yemək qaşığı ətli tərəvəz qarışığı və ya
  • 4-5 yemək qaşığı ətli qurupaxlalı ( məsələn Lobya)
  • 1 kasa qatıq

 

ARA ÖYÜN ( 19.30-20.30)

  • 1 stəkan süd və ya
  • 1 kasa qatıq və ya
  • 1 qutu kefir və ya
  • 1 stəkan ayran
  • 1 porsion meyvə

3-cü AYDAN SONRA QİDALANMA

Artıq bu dövürdə sərbəst qidaların miqdarı artdığından geniş çeşiddə qidalana biləcəyiniz üçün kilo almaq riskiniz də artar. Bu vaxta qədər gözlədiyiniz pəhriz rejiminə bundan sonra da davam etməlisiniz. Ancaq çörək və un məmulatlarının sərbəst olduğu bu dövürdə porsiyaların miqdarını artırmaq mədənizin böyüməsinə səbəb ola bilər.

         SƏRBƏSTLƏŞƏN QİDALAR

  • Çörək
  • Makaron
  • Bulqur
  • Əriştə
  • Vermeşil
  • Biftek (steyk) kimi sərt ətlər
  • Günlük vərdişə görə qəbul etdiyiniz protein 80-100 gr ola bilər
  • Günlük qəbul etdiyiniz suyun miqdarı 2-2.5 lt dən artıq olmalıdır. Sudan başqa heç bir içki suyu əvəz edə bilməz. Tərkibində şəkər olan içkilərdən uzaq durun.
  • Dəri boşalmaları və sallanmaları yaşayan xəstələrə ilk bir il ərzində çəki itirilmə sabitləşmədən plastik əməliyyat olmağı məsləhət görmürük.
  • Normal bir qidalanma rejiminə keçdiyinizə görə və yemək yeyərkən problem yaşamadığınız üçün köhnə sağlam olmayan və rejimsiz vərdişlərinizi təkrar etməməlisiniz.
  • Ilk bir il ərzində protein qəbuluna ciddi fikir verməlisiniz.
  • İdeal kilonuza çatdığınızda belə sağlam qidalanma rejiminə əməl etməli və dietoloqunuzla əlaqəni kəsməməlisiniz.
  • Daimi sporla məşğul olmanız dərinizdə sallanmaların qarşısını alacaq. Sporu məcburən yox , siz bunu bir həyat tərzinə çevirməyə çalışın.
  • Bu əməliyyat bütün ömür boyu kilo vermənizi və almanızı qaranti edən bir əməliyyat deyil. Daimi bir nəticənin alınmasl sizlərdən daha çox asılıdır. İdeal kilonuza çatmanız 2 ilə qədər belə vaxt apara bilər. Ancaq bu zamandan sonra əgər yenidən kilo almanız olursa təkrarən yediklərinizə diqqət edin , ən azından bir kağız götürüb yediklərinizi yazın harda səhf etdiyinizi təyin etmək üçün. Kilo almamış dietoloqunuzla əlaqə saxlayın.

3 AYDAN SONRA QİDALANMA

SƏHƏR YEMƏYİ ( 7.00-7.30)

  • 1 stəkan su ( mədə qoruyucu ilə birlikdə)
  • 1 yumurta
  • 1 dilim pendir
  • 2 ədəd qoz və ya 10 ədəd fındıq – fısdıq –badam
  • Mövsüm tərəvəzlər
  • 1 stəkan light ( yağsız) süd ( səhər yeməyindən 30 dəqiqə sonra)
  • 1 stəkan su ( səhər yeməyindən 30 dəqiqə sonra)

ARA ÖYÜN ( 9.30-10.00)

  • 1 stəkan süd
  • 1 porsion meyvə
  • 2 stəkan su (yeməkdən 30 dəqiqə sonra)

GÜNORTA YEMƏYİ (12.00-12.30)

  • 100 gr ( 3 kotlet qədər) ət- toyuq- balıq- və ya
  • 5-6 yemək qaşığı quru paxlalı
  • Salata
  • 1 stəkan ayran (yeməkdən 30 dəqiqə sonra)
  • 1 stəkan su (yeməkdən 30 dəqiqə sonra)

ARA ÖYÜN (15.30-16.30)

  • 1 ovuc çərəz
  • 1 porsion meyvə
  • 2 stəkan su (yeməkdən 30 dəqiqə sonra)

AXŞAM YEMƏYİ ( 18.00-18.30)

  • 3 kotlet qədər ət- toyuq –balıq və ya 5-6 yemək qaşığı qurupaxlalı
  • 5-6 yemek qaşiği ətli tərəvəz yeməyi
  • 1 kasa qatıq (yeməkden 30 deqiqə sonra)
  • 1 su bardağı su (yemekden 30 deqiqə sonra)

ARA OGUN (19-30-20-30)

  • 1 kasa qatıq
  • 1 porsion meyvə

  

                   İLK İKİ İLƏ QƏDƏR QİDALANMA (diet) REJİMİ

SƏHEƏR (7.00-7.30)

  • 1 stəkan su (mədə qoruyucu ilə birlikdə)
  • 1 yumurta
  • 2 dilim light ( yağsız) pendir
  • 2 ədəd qoz 10 ədəd fındıq –fıstıq-badam ve ya 4-5 zeytun
  • Mövsüm tərəvəzlər və ya mövsüm meyvələr
  • 1dilim tam buğda çörəyi (25gr)
  • 1stəkan light ( yağsız) süd (səhər yeməyindən 30dəqiqə sonra)

ARA OGUN (9.30-10-00)

  • 1 Stəkan light süd
  • 1/2 paket diet peçenyə

ÖYLE YEMEYİ-(12-00-12-30)

  • 100 Gram (3kotlet qədər) ət toyuq balıq ve ya
  • 5-6 yemək qaşıği quru paxlalı
  • Salat
  • 1stakan ayran (yeməkden 30 dəqiqə sonra)

ARA OGUN (15-30-16-30)

  • 1 kasa qatiq
  • 1porsion meyve
  • 1ovuc çərəz

AXSAM YEMEYİ (18-00-18-30)

  • 1 kasa şorba
  • 3 kotlet qədər ət-toyuq-balıq ve ya 5-6 yəmək qaşığı qurupaxlalı
  • 5-6 yemək qaşığı ətli tərəvəz yeməyi
  • 1dilim tam buğda çörəyi (25 gram )
  • 1 kasa light ( yağsız) qatiq

ARA ÖYÜN

  • 1 ədəd kefir və ya 1 stəkan süd və ya 1 kasa yoqurt və ya 1 porsion meyvə

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az

© 2014 - 2019 Dr-alif.az . Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design