Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

dral 2

Dr. Hüseynzadə Əlif Hüseyn oğlu 28.03.1986- cı ildə anadan olmuşdur.

2003-cü ildə Azərbaycan Tibb Univerisitetinin müalicə işi fakultəsinə daxil olub. 2010-cu ildə ümumi cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. 2011-2012-ci illərdə Füzuli Müalicə Diaqnostika mərkəzində, 2012-2018 ci illərdə Abşeron Rayon Mərkəzi xəstəxanasında həkim ümumi cərrah vəzifəsində çalışmışdır. Bu illər ərzində fəaliyyətinin əsas hissəsini Premium Klinikdə icra etmişdir.

İşlədiyi müddətdə Türkiyənin tanınmış GOP (Qaziosmanpaşa), Ekol (İzmir) hastanesində “Bariatrik və Metobolik cərrahiyyə”, “Endokrin Cərrahiyyə” “Laparaskopik Cərrahiyyə” üzrə ixtisaslaşma kursları keçmişdir. Bununla yanaşı dəfələrlə Konfrans, Simpozium, Treyninqlərin iştirakçısı olmuşdur. Yüzlərlə açıq və laparaskopik əməliyyatları uğurla icra etmişdir. Hal-hazırda doktrantura üzrə təhsil alır.

Hədəfi insanlara sağlam həyat bəxş etməkdir.

Xidmətlərimiz

MEDE KİCİLTME ƏMƏLİYYATINA HAZIRLAŞANLAR ÜÇÜN 14 VACİB MƏQAM

MEDE KİCİLTME əməliyyatına hazırlaşanlar üçün 14 vacib məqamlar.

         Planlaşdırılan hər hansı bir əməliyyata hazırlaşarkən , əməliyyat zamanı və əməliyyatdan sonra nə ilə qarşılaşacağınızı mütləq bilməlisiniz. Piylənmə ilə mübarizədə sizə qalıcı bir effekt verəcək Mede Kiciltme əməliyyatına qərar vermisinizsə aşağıda yazılanları oxumağınız sizə çox kömək edəcək

  1. BARİATRİK CƏRRAHINIZLA YAXIN ÜNSİYYƏTDƏ OLUN:

         Mede kiciltme əməliyyatı öncəsi cərrahınızla və ya ən azından koordinatoru ilə yaxın ünsiyyətdə olun ki , uğurlu və rahat bir əməliyyat keçirməyiniz üçün bu ilk şərtdir. Əməliyyat tək çarə deyildir. Bu, bir ömür daimi qalıcılığı olan bir prosedurdur və buna görə profesional bir ekib tərəfindən nəzarətdə olmağınız əməliyyat keyfiyyətini çox artıracaq. Əməliyyat öncəsi və sonrasında doğru bilərək səhf addım atmamaq üçün də ən ideal yol yenə də də ünsiyyətdir. Mede Kiciltme əməliyyatı sonrasında protokollar həkimdən həkimə dəyişə bilir. Ola bilər başqa bir həkimin icra etdiyi pasientlə ünsiyyətdə fərqli bir qayda görərsiniz. Daha çox bilməkdə bir fayda vardır. Ama yenə də öz həkiminizin təyin etdiyi qaydalar sizin üçün ən doğru olanıdır.

  1. MEDE KİCİLTME ƏMƏLİYYATI ÖNCƏSİ SİQARET ÇƏKMƏYİN:

Mede kiciltme əməliyyatı gələcək həyatınızı daha sağlam qurmaq üçün atdığınız ilk addımdır. Piylənmə və bununla yanaşı gələn xəstəliklərdən qurtulmaq üçün bu addımı atırsınızsa sizin sağlamlığınıza ziyan vuracaq digər vərdişləri də buraxmalısınız.

         Tütün sağlamlığa ziyan vuracaq qəbul edilmiş bir faktordur. Siqareti tərgitmək Mede kiciltme öncəsi əməliyyata hazırlaşmaq üçün vacib addımlardandır. Düzdür bunu söyləmək asandır amma əmin ola bilərsiz ki, buna dəyəcək . Ən azından bir müddətliyinə tərgitsəniz əməliyyat sonrası riskləri kifayət qədər azaltmış olacaqsız.

         İdeal vaxt əməliyyatdan 1 ay öncədən siqareti tərgitməkdir. Əməliyyatdan sonra da eyni qədər effektə malikdir. Ağciyərlərdə atelektaz, pnevmoniya ki riskləri azaltmış olacaqsız. Siqareti tərgitməklə yaraların sağalması sürətlənəcək. Mədə üzərində uzun bir kəsik olduğundan bu yaranın sağalması sürətlənir. Mütləq çəkəcəm düşünürsənizsə ən tezi 1 ay sonra başlaya bilərsiniz. Siqaretin davam edilməsi mede kiciltme sonrası ən qorxduğumuz risk olan qaçaq riskini gözə almalısınız. Siqaret bütün bədənin dan dövranını pozduğundan mədədə də həmçinin qan dövranı pozulur və yaranın sağalması gecikir. Qaçağın olması isə müalicəsi çətin , maddi baxımdan çox olan bir problemdir. Əslində məsləhətimiz bir ömür siqaretdən qurtulmağınızdır. Amma əgər bu mümkün olmursa ən azı 1 ay öncə və 1 ay sonra siqaret qəbul etməyin.

         Əgər gün ərzində siqaret çox çəkirsinizsə əməliyyat günü gərgitməyiniz əksinə xeyir yox, ziyan vura bilər. Çünki uzun müddət siqaret çəkdiyinizdən qısa zamanda buraxarkən bəlğəmin əmələ gəlməyi artacaq və bu da toparlanma müddətini uzadacaqdır. Əgər siqareti ata bilmirsinizsə davam edim demək deyil ən azı 1-2 həftə öncə buraxmalısınız. Mükəmməl bir nəticə almaq üçün tibbi və həkim olaraq biz əlimizdən gələni ediriksə sizin siqareti buraxmamağınız əməliyyatın risklərini artıracağını bilməlisiniz.

  1. MEDE KİCİLTME ƏMƏLİYYATI VƏ SPİRTLİ İÇKİ

         Mede kiciltme əməliyyatı öncəsində spirtli içli siqaret qədər risk yaradacaq bir faktor deyildir. Əlbəttə ki, günlük və ya davamlı spirtli içki qəbul etmirsinizsə.

         Günlük 50 gr spirtli içki qəbul edirsinizsə əməliyyatdan bir neçə gün öncə buraxmağınız kifayət edər. Lakin mədənizlə problem yaşamaq istəmirsinizsə mede kiciltme əməliyyatından ən azı 1 həftə öncə spirtli içkini saxlamağınız məsləhətdir. Spirt qaraciyədə metobolizma olunacaq bir maddədir. Mede Kiciltme əməliyyatı sonrası yağ toxuması qaraciyərdə metobolizma olunur və spirt qaraciyər üçün əlavə bir yük olduğundan spirtli içkinin qəbulu məntiqli deyildir.

  1. MEDE KİCİLTME ƏMƏLİYYATINDAN ÖNCƏ NƏ YEMƏLİ :

         Mede kiciltme əməliyyatına girmədən öncə bir miqdar kilo vermək faydalıdır. Ancaq BKİ –i çox da yüksək olmayanlar əməliyyatdan öncəki gün qatı qida qəbul etməməlidirlər və axşam 20:00 dan sonra maye qəbulunu dayandırmalıdırlar. Əməliyyat öncəsində də mayeləri udum udum içmək, qidaları kifayət qədər çeynəmək lazımdır ki, əməliyyatdan sonra bu alışqanlıqlar sizə kömək etsin. Əməliyyat sonrasında qidanı yavaş yavaş yemək, qidanı yaxşı çeynəmək daha yaxşı kilo vermək və daha az yemək üçün açar rolunu oynayır.

  1. MEDE KİCİLTME ƏMƏLİYYATINA PSİXOLOJİ OLARAQ HAZIRLANMAQ

         Yenə də qeyd etmək istərdim əməliyyat olunacağınız ekib bu problemdə sizə çox təsir edir. Bir çox mərkəzlərdə bu problemin araşdırılması üçün psixoloji müayinə şərt kimi qəbul edilir.

         Ancaq biz əməliyyat öncəsi pasientlə söhbət edərkən pasientin əməliyyatın gedişindən xəbərdar olması, cərrahını seçməsi, əməliyyat sonrasındakı diet qaydasından xəbərdar olması və bunları yerinə yeticəyini bilməsi və qəbul etməsi, əməliyyatdan sonra kilo itkisi və bunun nəticələrini qəbul etməsini qəbul edirsə psixoloji bir dəyərləndirməyə ehtiyac olmadığını düşünürük.

         Hər bir pasient əməliyyatın avantaji və dezavantajını, risklərini tam olaraq bilməlidir. Eyni zamanda pasientin yaxınları da bilməli və əməliyyat sonrası dövürdə evdə ailə dəstəyi çox önəmlidir.

         Mede kiciltme əməliyyatdan sonra bir günlük tutmanız buraya istəklərinizi , fikirlərinizi, hədəflərinizi burada qeyd etmək sizə bir xöşbəxlik yaradacağınızı düşünürük

  1. MEDE KİCİLTME ƏMƏLİYYATINA FİZİKSEL OLARAQ HAZIRLAŞMAQ

         Mede kiciltme əməliyyatına qərar verən insanların əksəriyyəti fiziksəl və sağlıq baxımından mütəmadi idmanla məşğul ola bilmirlər. Günlük rutin olaraq 30 dəq asta hərəkətlə yürümək sizə xeyirli olacaq. Məqsədimiz həm bədəninizin həm beyninizin idman alışqanlığa çevirməkdir. İdman heç vaxt yorucu və çox olmamalıdır. Əgər uzun zaman oturursunuzsa heç olmasa gündəlik 30 dəq gəzmək belə sizə çox yaxşı təsir edəcək. Kiçik belə bir dəyişikliklər gələcəkdə daha aktiv həyata başlamaq üçün ilk addımlar olacaq. İdman etmək ağciyər tutumununu artırır deyə əməliyyat sonrasında ağciyərlə bağlı yaranacaq riskləri aşağı salacaq.

  1. KLİNİKADA QALMA DÖVRÜ:

         Klinikaya 3 gün qalacağınızdan yanınızda bəzi özəl əşyalarınızı götürməyiniz sizə daha rahatlıq gətirəcək. Kosmetikalar, dezodorant və s bunlar kimi. Əməliyyatın ilk günündən sonra darıxmamağınız üçün telefon və s kimi elektron cihazlarınızı götürməyinizi məsləhət görürük.

  1. MEDE KİCİLTME ƏMƏLİYYATINDAN ƏVVƏL EVDƏ GÖRÜLƏSİ İŞLƏR:

        Mümkünsə evinizi əməliyyatdan qayıtmaq üçün hazır hala gətirin ki , əməliyyatdan döndükdən sonra məcbur qalaraq görüləsi işləriniz qalmasın. Maye qidalar, yagsiz süd , protein tozu, meyvə və s kimi əməliyyatdan sonra sizə lazım olacaq alış verişi öncədən almaq daha məntiqlidir.

  1. MEDE KİCİLTME ÖNCƏSİ MÜAYİNƏ

         Mede kiciltme öncəsi müayinə ən azı əməliyyat qədər önəmli bir məsələdir. Ətraflı bir müayinə əməliyyat və ondan sonra yarana biləcək riskləri minimuma endirir. Hər klinika protokollarında fərqli ola bilər amma təməl olaraq oxşardır.

  1. MEDE KİCİLTME ƏMƏLİYYATINA QƏRAR VERMİSİNİZSƏ BUNU SEVDİKLƏRİNİZLƏ PAYLAŞIN.

         Piylənmə ilə əlaqədar əməliyyata qərar verərkən çox vaxt yaxınlarınız və ya yaxın ətraf insanlarla sıxıntı yaşaya bilərsiniz. Çox rast gəlirik , əksər hallarda valideyinlər , ailə əməliyyata qarşı çıxır.Bu da onların əslində artıq çəkinin nə qədər riskli bir xəstəlik olduğundan xəbərdar olmamasıdır. Qəsarı verən sizsiniz və bu həyatı da yaşayan sizsiniz. Artıq çəkinin də risklərinə qatlaşan sizsiniz. Biz məsləhət görürük müayinəyə və ya kansultasiyaya gələrkən yaxınlarınızı da gətirin. Əksər hallarda bu cür hallah bizimlə görüşdükdən sonra obezitə əməliyyatına qarşı çıxan insanlar NƏ ZAMAN ƏMƏLİYYATI EDƏ BİLƏRİK deyə soruşurlar. Mede kiciltme əməliyyatından sonra ailə dəstəyi çox vacibdir. Ailə dəstəyi yüksək olan halda sağalma dövrü , əməliyyatdan sonrakı dövür çox rahat keçir.

  1. MEDE KİCİLTME ƏMƏLİYYATINDAN ÖNCƏ ALIŞ-VERİŞ

         Mede kiciltme əməliyyatından sonra ilk 2 həftə sizə maye qidalar lazım olacaq.

  • Aşağı kalorili maye içəcəklər,az yağlı və ya laktozsuz süt,kefir və s
  • Bariatrik həkiminizin məsləhət bildiyi protein tozu
  • Mədə qoruyucu , probiotik, spazmolitik
  • Yağsız ət, toyuq, balıq
  1. HƏKİMİNİZƏ BÜTÜN TİBBİ PROBLEMLƏRİNİZİ BİLDİRİN

Mede kiciltme əməliyyat sırasında yarana biləcək bütün problemləri həkiminiz həll etməyə məcburdur. Buna görə davamlı qəbul etdiyiniz dərman preparatlar, keçirdiyiniz əməliyyatlar, keçirdiyiniz xəstəliklər varsa bir asılılığınız ( narkotik və s) hər bir probleminizi həkiminizə deyik ki, sonra yarana biləcək risklərin qarşısı alınsın. Bəzən sizin ciddi olmayan düşündüyünüz bir problem əməliyyat və əməliyyatdan sonra çox ciddi risklərlə qarşı qarşıya qoya bilər. Qan durulducu preparatlar ( aspirin kimi ) , bitki tərkibli preparatlar, təzyiq xəstəliyi üçün preparatlar, ani diabetik preparatlar, artimiya üçün istifadə etdiyiniz və s kimi hər bir dərman preparatını həkiminizə söyləyin ki bunların bəzilərinin kəsilməsi və ya dozasının dəyişdirilməsi lazım olacaq.

  1. MEDE KİCİLTME ƏMƏLİYYATI HAQQINDA HƏR ŞEYİ ARAŞDIRIN.

Mede kiciltme əməliyyatı haqqında bütün detalları araşdırın. Avantajı və dezavantajı, riskləri, əməliyyat öncəsi və sonrası yerinə yetirilməli olan qaydalar və s. İnformasiyasız əməliyyata girmək olmaz. Məlumatlı insanların aldıqları nəticə daha yüksəkdir.

  1. CƏRRAHINIZI ARAŞDIRIN

         Əməliyyat nəticəsi və effektivliyi sözsüz ki cərrahın əl bacarığından çox asılıdır. Heç bir əməliyyat bir birinə oxşar deyildir. Həmçinin də əməliyyat riskləri və sonrakı ağırlaşmalar etibarlı əllərdə 4 dəfə daha az rast gəlinir. Buna görə cərrahı yaxşı araşdırmaq çox vacibdir.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az

© 2014 - 2019 Dr-alif.az . Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design