Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

dral 2

Dr. Hüseynzadə Əlif Hüseyn oğlu 28.03.1986- cı ildə anadan olmuşdur.

2003-cü ildə Azərbaycan Tibb Univerisitetinin müalicə işi fakultəsinə daxil olub. 2010-cu ildə ümumi cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. 2011-2012-ci illərdə Füzuli Müalicə Diaqnostika mərkəzində, 2012-2018 ci illərdə Abşeron Rayon Mərkəzi xəstəxanasında həkim ümumi cərrah vəzifəsində çalışmışdır. Bu illər ərzində fəaliyyətinin əsas hissəsini Premium Klinikdə icra etmişdir.

İşlədiyi müddətdə Türkiyənin tanınmış GOP (Qaziosmanpaşa), Ekol (İzmir) hastanesində “Bariatrik və Metobolik cərrahiyyə”, “Endokrin Cərrahiyyə” “Laparaskopik Cərrahiyyə” üzrə ixtisaslaşma kursları keçmişdir. Bununla yanaşı dəfələrlə Konfrans, Simpozium, Treyninqlərin iştirakçısı olmuşdur. Yüzlərlə açıq və laparaskopik əməliyyatları uğurla icra etmişdir. Hal-hazırda doktrantura üzrə təhsil alır.

Hədəfi insanlara sağlam həyat bəxş etməkdir.

Xidmətlərimiz

" Mədə kiçiltmə " əməliyatı ilə arıqlamaq

Arıqlama əməliyyatlarından olan " Mədə Kiçiltmə "

 Arıqlama cərrahiyyəsi ( bariatrik cərrahiyyə ) son illərdə bütün digər arıqlama vasitələrindən effektivliyinin çox olmasına və daimiliyi baxımından ilk sırada gəlir və çox tətbiq edilməyə başlamışdır. Bütün dünyada olduğu kimi ölkəmizdə də arıqlama əməliyyatlarından ən çox istifadə olunanı mədə kiçiltmə ( sleeve gastrectomy ) əməliyyatıdır. Bu məqaləmizdə mədə kiçiltmə əməliyyatı haqqında əksər məqamlara cavab tapmağa çalışacağıq.

Mədə kiçiltmə əməliyyatı nədir?

 images (1).jpg

Mədə kiçiltmə əməliyyatı laparoskopik ,yəni kəsik aparılmadan video kamera altında xüsusi alətlərin köməyi ilə icra olunan bir əməliyyatdır. Məqsəd təxminən 1 lt həcmi olan mədəni 100 ml lik kiçik boru formasında bir mədəyə çevirməkdir. ( mede kiciltme )

Kimlər mədə kiçiltmə əməliyyatı oluna bilərlər?

Piylənmənin əməliyyatla müalicəsi üçün çox dəqiq qaydalar və ya protokollar artıq qəbul edilmişdir. Beynəlxal nəhəng təşkilatların piylənmə ilə əlaqədar qəbul etdiyi protokol 1992-cı ildən təxminən 26 ildir tətbiq edilir və bu qaydalar qorunmaq şərti ilə əməliyyatlar icra ediməkdədir.( mede kiciltme )

Piylənmənin dərəcəsi və piylənmə ilə əlaqədar ortaya çıxan sağlamlıq problemləri cərrahi əməliyyatın ehtiyac olub olmamasına təsir edir. Kilo artıqlığı BKİ ilə hesablanır. Əvvəlcə piylənmənin siniflənməsinə diqqət edək ki , kimə əməliyyatın oluna biləcəyi və ya bilməyəcəyini daha rahat başa düşək. 

Piylənmə nədir və ya hər kilo artıqlığı piylənmədirmi?

Boyunuz ilə kilonuz arasında nisbətdə BKİ ( bədən kütlə indeksi ) adın verdiyimiz bir ölçü forması vardır ki , bu nəticəyə görə müalicə formasına qərar verilə bilər

BKI  < 20 kg/m2 Zəif

BKI  20-25 kg/m2  Normal

BKI  25-30 kg/m2   Kilolu (Over-weight)

BKI  30-35 kg/m2  1 ci dərəcəli piylənmə

BKI  35-40 kg/m2  2 ci dərəcəli piylənmə

BKI  40-50 kg/m2  3 cü dərəcəli piylənmə

BKI  > 50 kg/m2   Ölümcül piylənmə

Kimlər mədə kiçiltmə əməliyyatına namizəddir

 BKİ –i 40 kg/m2 dan yuxarı olan şəxslər 3 cü dərəcəli piylənmədən əziyyət çəkirlər. Belə şəxslərdə daha efektiv və qalıcı arıqlama üsulu mədə kiçiltmədir. Bu piylənmədə olan birinin piylənmə ilə əlaqədar əlavə bir xəstəliyin olub olmaması əməliyyata göstəriş üçün önəmli deyil.( mede kiciltme )

BKİ-i 35-40 kg/m2 arasındadırsa piylənmə ilə əlaqədar əlavə xəstəliklərdən birinin olması mədə kiçiltmə əməliyyatı üçün göstəriş ola bilər.

Mədə kiçiltmə əməliyyatından əvvəl diet saxlanılmalıdırmı?

 Mədə kiçiltmə əməliyyatından əvvəl diet qaydalarını gözləmək ,idman etmək əməliyyatdan sonrakı qaydaları qorumaqda çox kömək edəcək. Bildiyimiz kimi mədə kiçiltmə əməliyyatından sonra da yaşam tərzinin dəyişdirilməsi , qidalanma rejiminin dəyişdirilməsi çox önəmlidir. Əməliyyatdan öncə heç diet saxlamamış və ya idman etməmiş biri əməliyyatdan sonra digərlərinə nisbətdə çox əziyyət çəkmiş olur.( mede kiciltme )

Mədə kiçiltmə əməliyyatından əvvəl nə qədər müddəttə diet saxlamalıyam?

Mədə kiçiltmə və ya digər arıqlama əməliyyatlarından əvvəl nə qədər və ya neçə müddətdə dietin saxlanılması üçün dəqiq bir protokol yoxdur.

Fərqli cərrahların fərqli məsləhəti ola bilər. Ümumilikdə bir neçə gün maye qidalar bədənin rahatlaması , həzmin normallaşması, bağırsaqlarda köpün olmaması əməliyyatın gedişini də asanlaşdırır. Bəzən doktorlar işlədici dərmanlardan da istifadə edirlər. ( mede kiciltme )

Əməliyyatdan təxminən 30 gün öncədən protein çox ,yağı az olan qidaların qəbulu qaraciyərin kiçilməsinə bədənin proteinlə doymasına səbəb olacağı düşünürük. Daha düzgünü hər pasient üçün öz həkiminin məsləhətidir. Burda əsas məqsəd qidalanma rejimində olan pozuntunu qaydaya salmaqdır.

Mədə kiçiltmə əməliyyatından sonra klinikada neçə gün qalmaq lazımdır?

Normalda əməliyyat laparoskopik edildiyindən əməliyyatdan 2-3 saat sonra pasient gəzə bilir. Ancaq mədə üzərində boyük bir əməliyyat sahəsi olduğundan biz 3 gün klinikada nəzarətimizdə qalmağın istəyirik. 3 cü günü qaçaq testini yoxladıqdan sonra pasienti evə yazırıq. (mede kiciltme )

Mədə kiçiltmə əməliyyatından sonra nə qədər vaxt sonra gündəlik həyatıma dönə bilərəm?

Əməliyyat kəsiksiz qapalı üsulla icra edildiyindən evinizə getdiyiniz gendən təxminən 10 gün sonra rahatlıqla günlük həyatınıza dönə bilərsiniz.

Mədə kiçiltmə əməliyyatından sonra necə qidalanmalıyam?

Mədə kiçiltmə əməliyyatından sonra 3 gün heç nə içmirsiz və yemirsiz. Bu zaman ərzində bədəninizin ehtiyacı olanlar infuzia ( sistem ) formasında verilir. 15 gün maye 15 gün püre sonra istə qatı yeməklərə başlayırsız. ( mede kiciltme ) Daha geniş forması bizim saytda əməliyyat sonrası qidalanma programından baxa bilərsiz.

Şəkəri çox olan qidalar ( şirniyyat, şokalad və s) kalori baxımından çox olduqları üçün kilo verməkdə problem yaradıq gələcəkdə təkrar kilo almaqda köməkçi olduğu üçün mədə kiçiltmə əməliyyatından sonra bu tip qidaların qəbulu qadağan edilir.

Mədə kiçiltmə əməliyyatından sonra nə qədər kilo verə bilərəm ?

Mədə kiçiltmə effektiv və qalıcı effektə malik bir cərrahi əməliyyatdır. Mədə kiçiltmə əməliyyatı ilə artıq kilonuzun 75% - ni və daha artığını verə bilərsiniz. Məsələn 160 sm 100 kilosu olan biri əməliyyat sonrasında 35-40 kg çəki verə bilir.

 Mədə kiçiltmə əməliyyatdan sonra təkrar kilo ala bilərəm?

Mədə kiçiltmə əməliyyatı həcm kiçildici bir əməliyyatdır. Şəkərli və ya şirniyyat kimi yüksək kalorili qidalardan qoruyucu effekti yoxdur. 1.5-2 il sonra az da olsa mədədə genişlənmə ola bilər sözsüz insandan insana dəyişir. Ancaq yaşam tərzini, qidalanma rejimində dəyişiklik etməyən birində yenidən kilo almaq şansı ortaya çıxa bilər. ( mede kiciltme )

 Mədə kiçiltə əməliyyatından sonra təkrar kilo alınarsa neyləmək lazımdır? 

Mədə kiçiltmə əməliyyatından sonra təkrar kilo almaq adətən qidalanma rejiminə əməl etməmək, gündəlik fiziki aktivliin aşağı olması, müntəzəm qidalanmamaqdır. Qidalanma rejimini normallaşdırmaq, fiziki aktivliyi artırmaqla çox rahatlıqla alınan kilodan qurtulmaq mümükündür. Ancaq bütün vasitələrə baxmayaraq mümkün olmadığı tədqirdə revizion cərrahi vasitə seçmək lazım gəlir ( mede kiciltme )

Mədə kiçiltmə əməliyyatı haqqında yadda saxlanılası məqamlar

Mədə kiçiltmə əməliyyatı bir möcüzə deyil. Özünüz üçün edə biləcəyiniz dəyişikliyə kömək edəcək güclü bir vasitədir. Sadəcə mədə kiçiltmə əməliyyatı etmək sizə davamlı kilo itirməkdə kömək etməz. Mədə kiçiltmə əməliyyatının sizin bir ömür qidalanma rejimi, həyat tərzinizi dəyişmənizə ehtiyacı vardır

 

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az