Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

dral 2

Dr. Hüseynzadə Əlif Hüseyn oğlu 28.03.1986- cı ildə anadan olmuşdur.

2003-cü ildə Azərbaycan Tibb Univerisitetinin müalicə işi fakultəsinə daxil olub. 2010-cu ildə ümumi cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. 2011-2012-ci illərdə Füzuli Müalicə Diaqnostika mərkəzində, 2012-2018 ci illərdə Abşeron Rayon Mərkəzi xəstəxanasında həkim ümumi cərrah vəzifəsində çalışmışdır. Bu illər ərzində fəaliyyətinin əsas hissəsini Premium Klinikdə icra etmişdir.

İşlədiyi müddətdə Türkiyənin tanınmış GOP (Qaziosmanpaşa), Ekol (İzmir) hastanesində “Bariatrik və Metobolik cərrahiyyə”, “Endokrin Cərrahiyyə” “Laparaskopik Cərrahiyyə” üzrə ixtisaslaşma kursları keçmişdir. Bununla yanaşı dəfələrlə Konfrans, Simpozium, Treyninqlərin iştirakçısı olmuşdur. Yüzlərlə açıq və laparaskopik əməliyyatları uğurla icra etmişdir. Hal-hazırda doktrantura üzrə təhsil alır.

Hədəfi insanlara sağlam həyat bəxş etməkdir.

Xidmətlərimiz

ÖD KİSƏSİ ƏMƏLİYYATI ( OD KİSESİ EMELİYYATİ )

ÖD KİSƏSİ ƏMƏLİYYATI ( ÖD KİSƏSİNİN LƏĞVİ )

Öd kisəsinin ləğvi və ya Öd kisəsinin kəsilib götürülməsi :— öd kisəsinin kəsilib götürülməsi və ya kənarlaşdırılması məqsədi ilə icra edilən cərrahi əməliyyatın adı – xolesistoektomiya adlanır. Laparoskopik ( qapalı ) və ya açiq üsullarla icra olunur. Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90%-i laparoskopik üsulla yerinə yetirilir. Laparaskopik üsul dünya üzərində öd kisəsi əməliyyatında qızıl standart sayılır. İlk dəfə laparatomik ( açıq ) üsulla öd kisəsinin ləğvi - xolesistektomiya əməliyyatı 1882 ci ildə Berlinin Lazarus xəstəxanasında, laparaskopik ( qapalı ) üsulla isə 1985 ci ildə cərrah Erix Mühe tərəfindən Böblingen xəstəxanasında icra edilmişdir

ÖD KİSƏSİ ƏMƏLİYYATI NƏ ZAMAN EDİLMƏLİDİR?

  • Öd kisəsinin iltihabında ( diskineziyasında )
  • Öd daşı xəstəliyində
  • Öd kisəsinin poliplərində

Öd kisəsinin iltihabı və öd daşı xəstəliyi zamanı öd yollarının tıxanması nəticəsində meydana çıxan öd durğunluğu xüsusilə yağlı yeməkdən sonra sağ qarınüstü yaxud qabırğaaltı nahiyədə davamlı sancılar, bu ağrıların sağ kürəyə iradiasiya etməsi kimi özünü biruzə verir.

LAPARATOMIK ( AÇIQ ) ÜSUL:

aciq od kisesi.jpg

Laparatomik üsula eyni zamanda açıq üsul da deyilir. Bu zaman sağ qabırğaaltı nahiyədə ( sağ qarınüstü nahiyədə ) təqribən 10 cm uzunluğunda kəsik aparılmaqla qarın boşluğu açılır. Bu kəsik öd kisəsinin əldə edilməsi üçün optimal sayılır. Öd kisəsinin elementləri dediyimiz öd axacağı və  öd arteriyası sərbəstləşdirilərək ayrılıb ayrı ayrılıqda bağlanılaraq kəsilir. Sonra isə öd kisəsi qaraciyərdə yerləşdiyi yataqdan küt və iti üsulla soyularaq xaric ed. Daha sonra yatağın hemostazı (qanaxmanın durdurulması) icra edilərək, drenaj qoyularaq qarın boşluğu qat-qat tikişlərlə bağlanır.

LAPARASKOPİK ÜSUL ( QAPALI )

od dasi lap.jpg

Laparaskopu qarın boşluğuna daxil etmək üçün göbək nahiyyəsindən 2 sm uzunluğunda kəsik aparılır. Əlavə olaraq döş sümüyünün altından bir və sağ qabırğaaltı nahiyədən isə daha bir kəsik aparılaraq müvafiq kəsici və sıxıcı laparaskopik alətlər qarın boşluğuna daxil edilir. Laparaskopik alətlərin köməyi ilə öd kisəsi elemenləri sərbəstləşdirilərək bağlanılıb kəsilir. Sonra isə öd kisəsinin qaraciyərdə yerləşdiyi yatağından soyularaq xaric edilir. Kəsik yaralara kosmetik tikiş qoyularaq əməliyyat sona çatdırılır. Əməliyyat təxminən 30 dəq çəkir.

ÖD KİSƏSİ ƏMƏLİYYATINDA LAPAROSKOPİK ÜSULUN ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR ?

Yuxarıda qeyd etdiyimiz kimi qapalı üsul öd kisəsi əməliyyatında qarın boşluğuna kamera ilə girilib karbon qazı vurulduqdan sonra 2 və ya 3 əlaqə alətlə girilib əməliyyat icra olunur. Əvvəla  üstünlüyü ondan ibarətdir ki , görüntü sahəsi geniş olur. Bəzən pasientlər bizə müraciət edirlər ki, əməliyyatı açıq üsulla et ki, daha rahat gör ))). Amma əksinədir.  İkincisi görüntü böyüdülmüş olur deyə ən kiçik elementləri belə çox rahatlıqla nəzərdən keçirmək mümkündür. Kəsik olmadığından yaranın sağalması daha sürətlə baş verir və reabilitasiya dövrü daha qısa olur. Pasient  əməliyyatdan qısa müddət  (3-4 saat) sonra ayağa qalxır və ertəsi gün evinə gedə bilir. Kəsiklər kiçik olduğundan əməliyyatdan sonra yırtıqların əmələ gəlmə şansı yox dərəcəsindədir. Əməliyyat daha az travmatik olduğundan əməliyyatdan sonra bitişmə xəstəliyinin əmələ gəlməsi də yox dərəcəsindədir.

Əgər siz də bu problemdən əziyyət çəkirsinizsə bizimlə əlaqə saxlayıb daha ətraflı məlumat ala bilərsiniz!!!

Op.Dr.Əlif Hüseynzadə

 

 

 

 

#oddasi #od kisesi #umumicerrah #laparaskopikcerrahiyye #ödkisəsi #öddaşı #öddaşıxəstəliyi

 

 

 

 

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az